* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••• | 1.18 |
2004 | ••••• | 2.36 |
2005 | ••••••••••••••• | 7.42 |
2006 | •••••• | 2.70 |
2007 | ••••••• | 3.17 |
2008 | •••••• | 2.68 |
2009 | •••• | 1.76 |
2010 | •• | 0.73 |
2011 | •••• | 1.89 |
2012 | •••• | 1.55 |
2013 | •• | 0.58 |
2014 | • | 0.17 |
2015 | •• | 0.85 |
2016 | •••• | 1.56 |
2017 | ••••••••• | 4.23 |
2018 | •••••••••••••••••••• | 10.04 |
2019 | •••• | 1.81 |
2020 | •••••••••••••••• | 7.56 |
1 is. [ər. “əb” söz. cəmi] Atalar, atababa. □ Abavü əcdad – ata-babalar, əcdad, nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixində Pənah Əli xanın abavü əcdadı şənində belə yazır… F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti2 is. [ər.] köhn. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır). Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi; atlar, inəklər vəd edərdilər; ipək abalar, xəz cübbələr verilərdi. Çəmənzəminli. Çox vədə olurdu ki, həftənin iki ötər, üçüncü günü Molla Rəcəbi küçə ilə qayət qəmgin və ayaqları abasının ətəyinə dolaşa-dolaşa gedən görərsən… B.Talıblı. Molla nazik, ağ abasını çiyinlərində oynadaraq: – Buna heç şəkk-şübhə ola bilməz, – dedi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti3 is. məh. 1. Ata. 2. Böyük bacı (hörmət üçün böyük qadına da deyilir).
Azərbaycan dilinin izahlı lüğəti1 Dialektlərdə çox işlənir, “ana” anlamını əks etdirir. Həvva sözünün dəyişilmiş formasıdır.
Azərbaycan dilinin etimologiya lüğəti1 I ABA (müsəlman ruhanilərinin üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun pallar, xalat) ..üçüncü günü Molla Rəcəbi küçə ilə qayət qəmgin və ayaqlan abasının ətəyinə dolaşa-dolaşa gedən görərsən (Talıblı); LƏBBADƏ (köhn.) [Axund] qara keçə ləbbadəsini ehmalca çiyninə salıb, dəhlizə çıxdı (Mir Cəlal). II aba bax ata-baba
Azərbaycan dilinin sinonimlər lüğəti1 ряса, хламида, одежда вроде плаща (ее большей частью одевает духовенство в мусульманских странах)
Azərbaycanca-rusca lüğət2 1 сущ. 1. ряса, хламида, мантия 2. плащ, накидка, аба 2 сущ. простореч. 1. старшая сестра 2. старшая невестка
Azərbaycanca-rusca lüğət1 [ər.] сущ. куьгьн. аба.
Azərbaycanca-ləzgicə lüğəti2 сущ. нугъ. 1. буба (аял аладайди); 2. чӀехи вах.
Azərbaycanca-ləzgicə lüğətidilimizin daha qədim kəlmələrindəndir. Bəzi türk dillərində hələ də işlənməkdədir. ―Hörmətəlayiq adam‖ deməkdir. Aba kəlməsi qədim türk dillərində çox işlənir və müxtəlif mənaları ifadə edirdi. ―Ana‖, ―abla‖ və ―baba‖ mənasında da işlədilmişdir..
Fəlsəfə terminlərinin izahlı lüğətiə. «əb» c. atalar, ata-baba.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiI (Gədəbəy, Quba, Ordubad, Zəngilan) ata. – Bizdə hindi aba çox işdəmiyədü, ata diyəduğ (Quba); – Abam taxıl biçiydi (Zəngilan); – Abam bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səη (Gədəbəy) II (Cəbrayıl, Qax, Təbriz, Şəmkir) ana. – Mən abamı görmağ isti:rəm (Qax); – Biz aba di: rux anıya (Təbriz)
Azərbaycan dilinin dialektoloji lüğəti.müxtəlif türk dillərində ana, bacı, əmi, ata mənalarında işlənir. Bunu ərəbcə «əb»in cəmi kimi də izah edirlər. Bəzi rayonlarda «ata»ya müraciət forması kimi də işlənir. «Səliqə-sahmanlı, mədəni, arzu edilən» kimi mənaları da vardır.
Azərbaycan kişi adlarının izahlı lüğəti