* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əd. Sual və təəccüb ilə bərabər təmənna və ümid bildirir; görəsən. Aya bu işdən bir şey çıxacaq? Aya bir az tez gələ bilməzdin? – Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. [Nuxalılar:] Aya biz bu gün o cənabın ziyarətinə müşərrəf ola bilərikmi? M.F.Axundzadə. Hamı məəttəl qalıb, aya bu qədər yandüdüyünü haradan yığmaq mümkündür və aya görəsən qoşuna bu qədər yandüdüyü nə lazımdır? C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / aya2 is. 1. Barmaqlar daxil olmadan əlin içi, açıq yeri. 2. Yarpağın üzü. [Gülxətminin] yarpaqları dar xaçvaridir, aya və qın hissəsi də tüklərlə örtülüdür. H.Qədirov.
Azərbaycan dilinin izahlı lüğəti / aya1 Qərb dialektlərində əlin içinə “aya” deyirlər. “Sözümün öyü var” cümləsi də işlədilir ki, burada öy sözü aya sözünün dəyişmiş formasıdır. “Çəpik çal” yerinə bəzi türk dillərində “aya yap” deyirlər. Dialektlərdə aya yerinə bəzən maya da işlədilir. Anam deyərdi: “kürəyimi əlinin mayası ilə ovuşdur”. Mənbələrdə ayağın altındakı orta hissəyə (çökək yerə) də ayaq ayası formasında rast olunur. Deməli, aya – “iç”, “məğz”, “çökəklik” (oyuq yer) mənalarını bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / aya2 част. 1. разве. Aya, nə olubdur? разве что-нибудь случилось? 2. ну. Bizə nə mane olur, aya? ну что нам мешает? 3. неужели. Aya, o gəlməyəcək? неужели он не придёт?
Azərbaycanca-rusca lüğət / aya1 сущ. 1. гъилин къен, капун юкь (тупӀар галачиз); 2. пешинин ччин (винел) пад.
Azərbaycanca-ləzgicə lüğəti / aya2 кӀус. жал; яраб; яда; -тӀа, -ни (суал, тажубвал, гьакӀни умуд авун къалурдай кӀус).
Azərbaycanca-ləzgicə lüğəti / aya