* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İnsan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü. Balaca ayaq. Qarın üstündə heyvan ayağının izi var. Ayaq barmaqları. – Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. N.Nərimanov. Fərraşlar Məşədi Həsəni yıxıb ayağına on çubuq vurdular. Çəmənzəminli. // Qıç mənasında. Ayaq getdi, əl gətirdi, diş yedi; Baxmaqdan savayı gözə nə qaldı?! Aşıq Alı. 2. dan. Yarım arşına yaxın məsafə ölçüsü. Üç ayaq aralığı var. Stolların arası beş ayaqdır. 3. Sürət, addım mənasında. Yolda Məmməd bəy Səfərə dedi: – Səfər, qoşun ayağı ilə getsək, gec olacaq, Mustafa xan kəndləri çalıb-çapıb qaçacaq, gəl çaparaq gedək. Çəmənzəminli. 4. Bir sıra şeylərin ayağa oxşayan, yerə dirənən hissəsi, dayağı, qıçı, dirəyi. Masanın ayağı. Taxtın ayaqları. Çarpayının bir ayağı sınmışdır. // Dik duran şeylərin yerə dirənən alt hissəsi. Nərdivanın ayağı. Sütunun ayağı. – Qədim dayı axşama kimi pilləkənin ayağında oturdu. S.Rəhimov. 5. Çay, bulaq və s. axar suların aşağı hissəsi. Çay ayağı. Arxın ayağı gölə tökülür. 6. Son, axır. Onun sözünün nə başı var, nə ayağı. – Pambıq, ərzaq və xuşgəbar karvanının başı, ayağı məlum olmayırdı. Ə.Haqverdiyev. // Bir yerin qurtaracağı, son nöqtəsi. Kəndin ayağından bir bulaq axır; Toz qalxızmış suya gələn mal-naxır. A.Səhhət. Sağ tərəfimizdə Azadlıq kəndinin meşəsinin ayağı gərək olsun. T.Ş.Simurq. 7. dan. Dəfə, kərə. Bir ayaq. Maşın hər ayaqda üç ton yük aparır. Avtobus səhərdən beş ayaq gəlib-getmişdir. – …Beş ayaq qayıtdıqları halda, yeddi dəfə xörəyi doldurub boşaldırdılar. Ə.Vəliyev. □ Bu ayaq – indi, bu dəfə. [Koroğlu:] Aşıq Cünun, indi de görüm, haraları gəzdin? Nə gördün? Nə eşitdin? Bu ayaq haradan gəlirsən? “Koroğlu”. 8. məc. dan. Dəyərsiz, alçaq, qiymətsiz, keyfiyyətsiz, keyfiyyətcə yaramaz. Ayaq mal. 9. Tüfəng, tapança kimi silahların çaxmağı, tətiyi. Tüfəngi ayağa çəkmək. Tapançanın ayağı boşdur. Qoşalülənin ayağı işləmir. □ Ayaqda qoymaq – tüfəng, ya tapançanın çaxmağını geri çəkərək atmaq üçün hazır saxlamaq. 10. Adətən çıxışlıq halında: ayaqdan, ayağından dan. – hesabdan, …hesabından. Qoyunu qoyun ayağından, keçini keçi ayağından. (Məsəl). [Məşədi:] Çitin arşınını bir şahıdan, … ay-ulduzu iki abbasıdan, məxməri on şahıdan və qalan malı da bu ayaqdan qiymət edirlər. Ə.Haqverdiyev. 11. Adətən yerlik halında: ayağında dan. – vaxtında, məqamında, çağında, zamanı olduğu halda, baş verdikdə. Dava ayağında yardıma gəlmək. ◊ Ayağa atılmaq – birdən qalxmaq. Özünü yuxuya verən Sərvinaz xanım ayağa atılıb, qapını möhkəm bağladı. S.Rəhimov. Ayağa bağlanmaq – əngəl olmaq, əl-qol açmağa mane olmaq. Ayağa çıxmaq – qurtarmaq, bitirmək, tamam etmək. Ayağa dolaşmaq – mane olmaq, əngəl olmaq. Ayağa döşənmək – çox yalvarmaq. Ayağa durmaq – bax ayağına qalxmaq (durmaq). Ayağa düşmək – 1) bax ayağa döşənmək. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani; 2) ucuzlaşmaq. Malın qiyməti lap ayağa düşdü; 3) hörmətdən düşmək. Ayağa qaldırmaq məc. – 1) hərəkətə gətirmək, həyəcana gətirmək. Xalqı da ayağa qaldıran və [inqilab] ətrafına toplayan bugünkü qurbanlar olacaqdır. M.S.Ordubadi. Sarıl günəş rəngli bir al bayrağa; Səsinlə elləri qaldır ayağa. S.Vurğun; 2) sağaltmaq. İstisu vannaları bir həftədən sonra xəstəni ayağa qaldırdı; 3) bəsləyibböyütmək, tərbiyələndirmək, yetişdirmək, araya çıxartmaq, müstəqil hala gətirmək. Ayağa qalxmaq – 1) hərəkətə gəlmək, qiyam etmək, üsyan etmək. Asiya və Afrika xalqları ayağa qalxaraq öz istiqlaliyyətləri uğrunda mübarizə aparırdılar. – Vyetnam, Malay da qalxmış ayağa; Gülür azadlığın bayrağı Çində! Z.Xəlil; 2) xəstəlikdən sağalmaq, durmaq, yaxşı olmaq; 3) işləri qaydaya düşmək, düzəlmək, artıq müstəqil olmaq. İndi uşaqlar böyüyüb, hamısı ayağa qalxıbdır. Ayağa salmaq – qiymətdən salmaq, hörmətdən salmaq, etibardan salmaq, gözdən salmaq. Ayağa salıbdır Vaqifi qəmlər; Baş çəkəydi binəvayə, gələydi. M.P.Vaqif. Yüz feyzin olsa xəlqə əgər afitabtək; Dövran salar ayağa səni mahtabtək. S.Ə.Şirvani. [Məsum kişi:] Harda yazılıb ki, oğul atanı … ayağa salsın. Mir Cəlal. Ayağa vermək – tərəfini vermək, alçaltmaq, hörmətdən salmaq. Ayağı açılmaq – 1) bir yerə gedib-gəlməyə başlamaq; 2) ishala düşmək, qarnı işləmək. Ayağı ağır – bax ağırayaq. Ayağı bağlı olmaq – qəbiz olmaq, qarnı işləməmək. Ayağı dolaşmaq – büdrəmək, gəzərkən çaşmaq. Ayağı düşmək – 1) guya birinin gəlməsi xoşbəxtliyə, müvəffəqiyyətə, işin baş tutmasına səbəb olmaq; ayağı xeyirli olmaq, xoşqədəm olmaq. Xala, məni təbrik et. Qızın ayağı mənə düşdü. A.Şaiq; 2) təsadüfən, yaxud keçərkən bir yerə gəlmək. Mənim qapıma ayağın düşər, səni it ilə çıxardaram. Ə.Haqverdiyev. Ayağı işləmək – bax ayağı açılmaq 2-ci mənada. Ayağı kəsilmək – 1) bir yerə gəlib-getməmək, əlaqəsini kəsmək. Dövlət getdi, hörmət qalxdı aradan; Qapımızdan dost ayağı kəsildi. Aşıq Ələsgər; 2) ardı kəsilmək, daha gəlməmək. Ayağı sürüşmək məc. – səhv etmək, düz yoldan çıxmaq, yanılmaq. Ayağı uğurlu – bax ayağı yüngül. Ayağı yanmaq məc. – vurulmaq, bənd olmaq. [Şəhrəbanı xanım:] Şahbaz bəy Qarabağda oturduğu yerdə, Parij qızlarına ayağı yanıb, Müsyö Jordana qoşulub getdi. M.F.Axundzadə. Ayağı yer almaq – yeri möhkəmlənmək, dili uzun olmaq, özünə güvənmək. [Çiçək xanım:] Mən səndən yavaş danışıram, yoxsa ayağın yer alır? N.Vəzirov. Ayağı yer tutan – gəzə bilən, yeriməyə iqtidarı olan. Nəhayət, qocaların məsləhəti ilə Xınalıqda qalmış bütün kolxozçular, ayağı yer tutan qocalar, arvadlar, uşaqlar mücü yığmaq üçün dağdərəyə dağılmışdılar. R.Rza. Ayağı yüngül – ayağı xeyirli, uğurlu, xoşqədəm. Ayağına aparmaq – hesab etmək, bir sırada tutmaq. [Əziz bəy:] Buyur, Səkinə xanımın özü ilə də küftgu edə bilərsən! Onu özgə qızlar ayağına aparma! M.F.Axundzadə. Ayağına çağırmaq – yanına gəlməsini əmr etmək. Ayağına düşmək (döşənmək) – birinin qabağında diz çökərək yalvarmaq. Əgər ayağına düşmək macalım olsaydı; Dəxi götürməz idim baş anın ayağından. Nəsimi. Seyyid, görəndə yarı düşürsən ayağına. S.Ə.Şirvani. Dolanıb başına sərvi-rəvanın; Döşən ayağına qaşı kəmanın. Q.Zakir. Ayağına getmək – minnət götürmək, xahiş etmək. Ayağına gəlmək – 1) təslim olmaq, razılığını bildirmək üçün birisinin hüzuruna gəlmək; 2) hörmət və ehtiram üçün birinin qulluğuna getmək. Ayağına qalxmaq (durmaq) – biri daxil olarkən hörmət üçün ayağa qalxmaq. Bütün ailə onun ayağına qalxdı, yuxarı başa keçirdilər. Mir Cəlal. Ayağına yazmaq – 1) birinin hesabına yazmaq; 2) birisinə isnad etmək. Ayağına yıxılmaq – bax ayağına düşmək (döşənmək). [Ələsgər ağanı] görcək, [Usta Ağabalanın] cəmi dərd yadından çıxdı. Onun ayağına yıxılıb sevindiyindən ağladı. Çəmənzəminli. Ayağında qalmaq – borcu qalmaq. Ayağından çəkmək – birini yıxmağa çalışmaq, ayağının altını qazımaq; birinin qeybətini etmək, ziddinə getmək. Mən rədd etdim, o pərt oldu, tez ayağımdan çəkdi. S.Rüstəm. [Həpir:] Taleyim belədir, xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür, … mənim … doğma atam ayağımdan çəkir. Mir Cəlal. Ayağını açmaq – işlətmək, ishala salmaq. Çiy süd uşağın ayağını açdı. Ayağını basmamaq – bax ayaq basmamaq. Sevil gedəndən bəri [Gülüş] ayağını bu evə basmayıb. C.Cabbarlı. Ayağını başından aşırmaq – öldürmək. O, ilk atəşi ilə düşmən zabitinin ayağını başından aşırdı. Mir Cəlal. Ayağını çəkmək – 1) axsamaq; 2) tərk etmək, əlaqəni, gediş-gəlişi kəsmək, bir yerə daha gedib-gəlməmək. Ayağını kəsmək – 1) bir yerə daha gedib-gəlməmək, əlaqəni kəsmək. Seyyid, qayıt bu mərhələdən, kəs ayağını; Axır bu rahi-meykədənin bir məlalı yox. S.Ə.Şirvani. Pərzad bir müddət ayağını qızının evindən kəsdi. Mir Cəlal; 2) gedib-gəlməsinə icazə verməmək, əlaqəni kəsməyə məcbur etmək, səbəb olmaq. Doktor bir saniyə düşündükdən sonra: – Mən onun ayağını buradan kəsərəm, – dedi. A.Şaiq; 3) aradan qaldırmaq. [Xanqulu:] …İndi şikayət yoxdur, koxa! Nədən ki, bu oğurluğun ayağını kəsibdir. S.Rəhimov. Ayağını qarmaq məc. – qorxutmaq, hədələmək, döymək. Ayağının altına dəmir (ərsin) at(ın)! – gəlməsi arzu edilən və çoxdan görünməyən bir adam bir yerə birinci dəfə, ya da çox uzun müddət keçdikdən sonra gəldikdə, yaxud bir adam gəlmədiyi bir yerə birinci dəfə gəldikdə deyilir. [Hacı Ağadadaş:] Əleykəssalam, həmişə sən gələsən, a balam, bunun ayağının altına bir dəmir atın! H.Sarabski. Ayağının altını qazımaq – birinə zərər vermək, pislik eləmək üçün onun əleyhinə xəlvəti iş görmək. [Babacan:] Bu gün çörəyimi yeyən adam sabah ayağımın altını qazır. Ə.Əbülhəsən. Ayağının altını öpmək – birinin qabağında alçalaraq yalvarmaq, özünü son dərəcə alçaltmaq. Ayaq açmaq – bir yerə tez-tez gəlmək. Ayaq almaq – tələsmək, tez-tez getmək, cəld yerimək, iti getmək, qaçmaq. Ayaq altına almaq – məğlub eləmək, tamamilə özünə tabe etmək. Ayaq altına düşmək – tapdalanmaq. Turac təki ayaq altına düşdüm; Hər yetən tapdalar, şəhrə yol oldum. Aşıq Cuma. Ayaq altına salmaq – hörmətdən, nüfuzdan, qiymətdən salmaq. Ayaq altında qalmaq – tapdalanmaq, təzyiq altında olmaq. Ayaq basmaq – bir yerə girmək, daxil olmaq, gəlmək. Pişxidmətlər əllərində məcməyi ilə ki içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar. M.F.Axundzadə. [Ülfət:] Görürsən, yad qızı hələ evə ayaq basmamış, gədənin saqqızını oğurlayıb. Mir Cəlal. Ayaq basmamaq – bir yerə daha gedibgəlməmək, əlaqəsini kəsmək, girməmək. [Hacı Kərim:] Sizə demişəm, mənim otağıma ayaq basmayın. A.Şaiq. Ayaq çalmaq – bax ayaq döymək. Ayaq çəkmək – bax ayaq kəsmək. Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından; Nə gördün dərdü möhnətdən savayı bir səmər ondan. Q.Zakir. Qüdrət heç vaxt evimizdən ayaq çəkmirdi. M.S.Ordubadi. Ayaq dirəmək – inad etmək, israr etmək, tərslik etmək, dediyindən əl çəkməmək. Ayaq döymək – bir şeyi əldə etmək üçün çox çalışmaq, gedib-gəlmək, əlləşmək, işləmək. Ramazan özü də belə bir ustanın yanında on beş il ayaq döymüş, yalnız inqilabdan iki ay sonra buruq ustası ola bilmişdi. M.Hüseyn. Ayaq götürmək – tez yerimək, iri addımlarla yerimək. Xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Məmmədquluzadə. Ayaq izi – ləpir. Ayaq kəsilmək – gediş-gəliş dayanmaq, sakitlik düşmək. [Qüdrət] evinə çatanda hələ küçələrdən ayaq kəsilməmişdi. M.Hüseyn. Ayaq kəsmək – bax ayağını kəsmək 1-ci mənada. Söhbəti-əhli-riyadan qət edib kəsdim ayaq. S.Ə.Şirvani. Ayaq qoymaq – bax ayaq basmaq. Axır sən də bir hərəkət eylə, bir proqresə ayaq qoy. M.F.Axundzadə. Elə ki, ikinci aya ayaq qoydu, dinməz-söyləməz övrəti çağır yanına, dur bir dəfə də olsun alnından öp. C.Məmmədquluzadə. Ayaq olmaq – şərik olmaq, ortaq olmaq, bir işə qoşulmaq, bir işdə iştirak etmək. Sən də oyunda bizimlə ayaq ol. Ayaq saxlamaq – dayanmaq, durmaq. Kəndlilər ayaq saxladılar. Ə.Haqverdiyev. Yolçu çarəsiz qalıb ayaq saxladı. Ə.Məmmədxanlı. Ayaq sürmək – birinin üstünə hücum çəkib getmək. Üstümə ayaq sürüb gəldi. Ayaq sürümək – könülsüz yerimək, yubanmaq, geri qalmaq, gedərkən qəsdən dala qalmaq. Ayaq tutmaq – 1) təzətəzə yeriməyə başlamaq. [Tapdıq] təzə-təzə ayaq tutub yeriyəndə qalxıb … özünü birdənbirə cəhrənin arxasında oturan anasının qucağına atardı. Ə.Əbülhəsən; 2) ayaqlaşmaq, bərabər olmaq. O, bu işdə mənimlə ayaq tuta bilməz; 3) vagirlik etmək (bax vagirlik). Bəzən bir böyük qazmada … Səlim meyxana deyər, o biriləri ayaq tutardılar. Ə.Əbülhəsən. Ayaq üstə dura bilməmək – 1) çox zəif, taqətsiz, əldən düşmüş adam, ya heyvan haqqında; 2) çox sərxoş adam haqqında. O qədər içib ki, ayaq üstə dura bilmir. Ayaq üstə qalmaq – oturmağa yer tapmamaq. Ayaq vurmaq – 1) həddindən artıq yerimək, gəzmək, bir şeyi əldə etmək üçün çox gəzmək; 2) nişanı düz vurmamaq, hədəfin alt yanına vurmaq. Tüfəng ayaq vurur. Ayaqda qalmaq – 1) bax ayaq üstə qalmaq; 2) axıra qalmaq, geridə qalmaq. Ayaqda sürünmək – hamıdan geriyə qalmaq. Ayaqdan (ayağı) diri – bir işi tez gedib yerinə yetirən, iti gedən, cəld yeriyən adam haqqında. Ayaqdan düşmək (olmaq) – yeriməkdən yorulmaq, taqətdən düşmək, üzülmək. Düşər ayaqdan ol sərv qamətin, billah; Qiyaməti gətirər başıma əyan, getmə! X.Natəvan. Yardən xali görüb bəzmi ayaqdan düşdüm; Saqiya, tut əlimi bir dolu peymanə ilə. S.Ə.Şirvani. Ayaqdan salmaq – 1) çox gəzdirib yormaq, əldən salmaq. Uşağı lap ayaqdan saldın; 2) üzmək, iztirab vermək, cəfa və əziyyət vermək. Saldı məni ayaqdan qəm, ver piyalə, saqi; Yoxdur bir ondan özgə üftadələr dayaqi. Q.Zakir. Ayrılıq dərdi məni ayaqdan saldı, yarım. Heyran xanım. Saldı ayaqdan aşiqi, ey yar, firqətin; Gəl bir əyadətə əgər olsa fəraqətin. M.Ə.Möcüz; 3) bir yeri çox gəzmək. Şəhəri ayaqdan salmaq. Ayaqdan-dırnaqdan düşmək – bax ayaqdan düşmək (olmaq). Ayaqları ardınca sürünmək – son dərəcə yorularaq zorla yerimək, yeriyə bilməmək. Bu gün o qədər gəzmişəm ki, ayaqlarım ardımca sürünür. Ayaqlarını uzatmaq məc. – ölmək. Bərk ayağa çəkmək – sıxışdırmaq, ciddi imtahana çəkmək. Bərk ayaqda – iş çətinə düşdükdə, vəziyyət çox çətin və ağır olduqda, təhlükə zamanı. Bərk ayaqda yoldaşı tərk etmək olmaz. – Hər iki xalqdan olan zəhmətkeş camaat dostluğu pozmur, kəsdikləri duz-çörəyi tapdalamır, bərk ayaqda da həmişə birlik yaradırdılar. Çəmənzəminli. Bir ayağı getmək, bir ayağı getməmək – tərəddüd etmək, nə edəcəyini bilməmək. [Uşaq] atasından cavab almadığından, bir ayağı gedər, bir ayağı getməzdi. H.Sarabski. Bir ayağı qəbirdə – bax qəbir. Arvadı Nabat xalanı, qoca, bir ayağı burda, bir ayağı qəbirdə olduğu üçün, Əhməd onu varislər arasına daxil etməyirdi. B.Talıblı. Əl-ayağa düşmək – bax əl. Əl-ayağı soyumaq – bax əl. Əl-ayaq çəkilmək – bax əl. Əlini-ayağını çəkmək – bax əl. İki ayağını bir başmağa dirəmək (soxmaq) – tərslik etmək, inadla tələb etmək, israr etmək, inadla istəmək, bərkə salmaq, darıxdırmaq. (Öz) ayağı ilə gəlmək – təsadüfən gəlmək, dəvətsiz, çağırılmadan, öz xoşu ilə gəlmək. Öz ayağı ilə tələyə düşmək – öz təqsiri üzündən özünü kələyə salmaq, öz işini çətinliyə salmaq, özünü çıxılmaz, çətin vəziyyətə salmaq. Üstünə ayaq almaq – bax ayaqlanmaq 3-cü mənada. Biri gedib Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır, biri də qaçaqlıq eşqinə düşüb üstümüzə ayaq alıb… Çəmənzəminli. Bədirnisə Badam xalaya yavaşca deyirdi: – Dərnəyə yazıl getsin, bütün arvadlar gəlir… Yazılmasan tay-tuş üstünə ayaq alar. Mir Cəlal. Dərə-təpə, it-qurd üstümüzə ayaq alacaq. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / ayaq2 is. klas. Qədəh, piyalə. Meygərçi səfa verər damağə; Axdığı üçün düşər ayağə. Füzuli. Ta girib meyxanə içrə başıma çəkdim ayaq. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / ayaq3 Qədəh. Gümüş piyaləlim, altun ayaqlım, Sürahı gərdənlim, qaymaq dodaqlım, O ceyran yerişlim, ayna qabaqlım, Qurbani der: məni candan eylədi. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası / ayaq4 Dəfə, kərə. (“Koroğlu” dastanının lüğəti) Nə gördün? Nə eşitdin? Bu ayaq hardan gəlirsən? (“Məhbub xanımın Çənlibelə gəlməyi”) * Eşidin, agah olun! Mən bu ayaq Toqatdan gəlirəm. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası / ayaq1 1. Qırğız dilində ay “getmək”, “yerimək” mənasında işlədilir. Soraq sözünün qəlibi üzrə də ayaq yaranıb, mənası “gediş”, “hərəkət üçün vasitə” deməkdir. Ehtimal etmək olar ki, addım sözü də bu kəlmə ilə kökdaş olub. Söz aşaq, adaq formasında da işlədilib. İndi də kəndin ayağı dedikdə onun aşağı tərəfi başa düşülür. Ayaq və baş sözləri antonimdir. Deməli, baş – “yuxarı” (dağın başı deyirik), ayaq isə “aşağı” deməkdir. Bu, ayaq sözünün ikinci yozumudur. Ayaq sözünün üçüncü mənası “badə, qədəh, piyalə” anlamı ilə bağlıdır. İndi bu məna arxaikləşib. Türk aləmində heyvanın heç nəyi atılmazmış: gönündən, ətindən, yunundan, bağırsağından, sümüyündən... hər şeyindən müəyyən məqsədlər üçün istifadə olunmuşdur. Dəvənin dırnağından həm də şərab qabı kimi istifadə olunmuş və ona ayaq deyilmişdir. “Ta girib meyxanə içrə başıma çəkim ayaq” (S.Ə.Şirvani) cümləsində ayaq qədəh mənasındadır. Ayaqçı (saqi mənasında) sözü də var: “Cam içirən ayaqçıya döndü Füzuli...”. Ayaq sözünün dördüncü mənası “hörmət” deməkdir. Filankəsin ayağına getmək “onun hörmətini yüksək tutmaq” kimi başa düşülür. Güman edirəm ki, “hörmət” mənasında işlədilən ayaq sözü, əslində, ağır şəklində olmuş, sonra təhrif edilmişdir. Ağır sözü “hörmətli”, “qiymətli” anlamlarında indi də işlədilir (ona görə də “ayağına getmək” deyirik, “qoluna getmək” və s. demirik). 2. Ayağına yıxılmaq, aya feildir, “hörmət etmək” deməkdir. Ayaq “hörmət sahibi” anlamını əks etdirib. Ayağına yıxılmaq “qarşısındakını ulu hesab etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ayaq2 I 1. AYAQ Fikrət bir an arvadın onun ayaqlarını qucaqlayıb, yalvarması səhnəsini sanki uzaqdan seyr etdi (H.Abbaszadə); QƏDƏM [Fatma:] Qədəmlərinin altında ölüm, qurbanın olum, başına dönüm, ay hakim, məni oğulsuz, nəvələrimi atasız qoyma (H.Abbaszade); PAY (kl.əd.) Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin! Payinə peşkəş ola baş ilə can, xoş gəldin (M.P.Vaqif). 2. ayaq bax son 3. ayaq bax dəfə II ayaq bax piyalə
Azərbaycan dilinin sinonimlər lüğəti / ayaq1 AYAQ – BAŞ Odur ki, sənin ayağını biləni bizim başımız da bilə bilməz (C.Cabbarlı).
Azərbaycan dilinin antonimlər lüğəti / ayaq2 I сущ. 1. нога: 1) нижняя конечность человека, а также одна из конечностей птиц и животных. Sol ayaq левая нога, hər iki ayaq обе ноги, ayağın çıxığı вывих ноги, ayaqlarını yumaq мыть ноги, ayağından yapışmaq kimin схватить за ногу кого; ayağından vurmaq kimi ударить кого по ноге, ayağına geyinmək надеть на ноги 2) часть нижней конечности человека, на которую надевается обувь. Ayağın ölçüsü размер ноги, ayağının ölçüsünü götürmək измерить ногу 2. kimin шаг. Onun ayağı ilə getsək, gecikərik если будем идти его шагом – опоздаем 3. nəyin ножка чего (опора, стойка мебели, утвари). Masanın ayağı ножка стола, çarpayının ayağı ножка кровати 4. nəyin, haranın конец чего, край чего, выход откуда. Kəndin ayağı конец деревни, yarğanın ayağı край обрыва, həyətin ayağında у выхода со двора 5. nəyin устье. Çayın ayağı устье реки 6. заезд, заход. Pambıqyığan maşın hər ayaqda iki ton pambıq boşaldır хлопкоуборочная машина за каждый заезд выгружает две тонны хлопка 7. взвод, курок, собачка ружья. Tüfəngi ayağa çəkmək взводить курок винтовки 8. перен. разг. партнёр, пайщик. O mənimlə ayaqdır он мой партнёр II прил. 1. ножной. Ayaq maşını ножная машина, ayaq vannası ножная ванна, ayaq tormozu ножной тормоз, ayaq pedalı ножная педаль 2. сточный. Ayaq suları сточные воды ◊ ayaq etmə муз. возвращение к началу музыкальной темы; ayaq almaq: 1. броситься бежать со всех ног; 2. kimin üstünə наступать, нападать на кого; 3. осмелеть, обнаглеть; 4. шагать, ходить (о ребёнке). Uşaq ayaq almağa başladı ребёнок начал ходить; ayaq altına almaq kimi, nəyi избивать, избить кого; подчинить себе кого; ayaq altında qalmaq остаться под пятой кого, чьей, у кого; ayaq altında qoymaq топтать, растоптать; ayaq altına düşmək быть растоптанным, оказаться под ногами; ayaq altına salmaq: 1. nəyi стелить, постелить под ноги; 2. бросать, бросить под ноги, к ногам что; 3. kimi избивать, избить кого; ayaq açmaq hara повадиться; часто ходить куда, посещать кого, что; часто бывать, показываться где; ayağını basmaq: 1. kimin перен. наступать на пятки чьи; 2. ступать, ступить, приходить, прийти; ayaq basmaq mümkün deyil haraya ни сесть ни встать где, плюнуть негде, (ногой) ступить негде; ayaq basmağa yer yoxdur яблоку негде упасть; ayaq vurmaq1 ходить больше, чем нужно, много ходить с определенной целью; ayaq vurmaq2 не попадать, бить ниже цели (о стрельбе). Tüfəng ayaq vurur винтовка бьёт ниже цели; ayağ(-ını) dirəmək упорно стоять на своём, упрямиться, заупрямиться, артачиться, заартачиться; ayaq döymək: 1. шагать на месте, топтаться; 2. перен. ходить за кем или чем-л. до изнеможения, то и дело ходить куда-л.: ayaq dəyməmiş sahələr непроходимые дебри, места, где не ступала нога человека; ayaq eləmək kimi принять на пай кого; ayaq üstündə güclə durmaq еле стоять на ногах, сильно устать; ayağı kəsilmək kimin haradan перестать ходить куда; ayağını kəsmək: 1. kimin haradan запретить кому ходить куда; 2. перестать ходить куда; ayaq götürmək пойти быстрее, ускорить шаг; ayaq olmaq kimlə принять участие, быть участником, быть партнёром, компаньоном. Oyunda ayaq olmaq быть партнёром в игре; ayaq saxlamaq останавливаться, остановиться, приостанавливаться, приостановиться; ayağ(-ını) sürümək идти нехотя, тащиться, плестись; ayaq tutmaq: 1. начинать ходить; 2. тягаться с кем; 3. подпевать, поддерживать в пении или плаче; ayaq tərəfi haranın околица; чего 2. nəyin ayaq tərəfində у ног чего; ayaq üstə qalmaq оставаться на ногах (о человеке); ayaq üstə dura bilməmək еле стоять (держаться) на ногах, не стоять на ногах, потерять все силы; ayaq çalmaq см. ayaq döymək; ayağ(-ını) çəkmək 1. см. ayağ(-ını) kəsmək2; ayağını çəkmək2 хромать, прихрамывать; ayaqda sürünmək быть последним, тащиться, плестись в хвосте; ayaqdan (ayağı) diri быстроногий; ayaqdan düşmək, ayaqdandırnaqdan düşmək обезножеть, идти из последних сил; ayaqdan salmaq kimi измучить, измотать кого; ayaqlarını yerə vurmaq топтать ногой, требовать, потребовать исполнения чего-л.; ayaqlarını uzatmaq протянуть ноги (умереть); ayaqlarını düz atmaq идти в ногу с кем-, с чем-л.; kimin ayağına atılmaq бросаться, броситься в ноги кому; kimin ayağına verməmək kimi не дать в обиду кого; ayağa qaldırmaq kimi поднять (поставить) на ноги кого: 1. вылечить 2. вырастив, сделать самостоятельным 3. вызвать к действию, заставить делать что-л.; ayağa qalxmaq становиться, стать, подниматься, подняться на ноги: 1. выздоравливать, оправляться от болезни 2. делаться, сделаться самостоятельным, приобретать, приобрести независимое положение 3. встать на борьбу; ayağa dolaşmaq вертеться, путаться под ногами (мешать, быть помехой); ayağa (kimin ayağına) döşənmək валяться в ногах (умолять, кланяться в ноги); быть у чьих ног; ayağa durmaq см. ayağa qalxmaq (durmaq); ayağı əsmək быть слабым, еле стоять на ногах; ayağı altında kimin под сапогом чьим; ayağını yorğanına görə узат протягивай ножки по одёжке; ayaqdan yüngüldür лёгок на подъём; ayağı yer almaq испытывать чувство превосходства, наглеть, обнаглеть; ayağı yer tutmaq: 1. начинать, начать ходить. Ayağım yer tutan vaxtdan с тех пор, как (я) начал ходить; 2. чувствовать, почувствовать под собой почву; ayağı yerdə olmaq стать на твёрдую почву; ayağı kəsilmək kimin haradan перестать посещать кого, что; ayağı sürüşmək ошибиться, сбиться с правильного пути; ayağına aparmaq kimin заставлять кого ходить на поклон к кому; ayağına qalxmaq (durmaq) kimin вставать (в знак уважения) при появлении кого; ayağına düşmək kimin валяться в ногах, припадать, припасть к ногам чьим, падать в ноги кому; ayağına yazmaq kimin: 1. приписать к ому 2. отнести на ч ей счёт, ayağını qatlamamaq долго находиться на ногах; ayağına yıxılmaq kimin падать (упасть) в ноги кому; ayağına getmək kimin идти на поклон к кому; ayağına gəlmək kimin: 1. сдаться 2. в знак уважения прийти к кому первым; ayağında qalmaq kimin nə задолжать к ому; ayağından çəkmək kimin подкапываться под кого; ayağını açmaq слабить (о кишечнике); ayağını başından aşırmaq повалить, убить; iki ayağını bir başmağa dirəmək упираться как бык в плетень; ayağını qırmaq kimin попугать, избить, побить за хождение куда-то; ayağını təmizləmək прочищать, прочистить, счистить желудок; ayağının altını qazımaq kimin подкапываться под кого, рыть яму кому; ayağının altını öpmək kimin целовать ноги, унижаться перед кем; ayağının altında yer yanır kimin земля горит под ногами у кого; ayağının biri bu dünyada, o biri qəbirdə olmaq быть одной ногой в могиле, дышать на ладан; ayağının ucunda gəzmək kimin qarşısında ходить на цыпочках перед кем; bərk ayaqda на худой конец; bərk ayağa çəkmək kimi помучить кого; bir ayağı qəbirdə одной ногой в могиле; ayağından çəkmək kimin вставлять палки в колёса кому; bir ayağı gedir, bir ayağı getmir и хочется и колется; ayağının altına baxmadan (qaçmaq) (бежать) без оглядки, сломя голову; ayağının altından yeri oynatmaq выбить почву из-под ног кого, чьих; ayağının altına dəmir (ərsin) at(-ın) сколько лет, сколько зим; ayağının altını seçməmək задрать нос, слишком высоко парить; öz ayağı ilə gəlmək приходить по своей воле, без приглашения, без принуждения; (öz) ayağı ilə tələyə düşmək попасться на удочку, попасть в сети; yuxarı ayaqda на взводе; üstünə ayaq almaq kimin поднять хвост на кого; bir ayağı orda biri burda одна нога здесь – другая там, быстро
Azərbaycanca-rusca lüğət / ayaq1 I. i. 1. foot; sol ~ left foot; sağ ~ right foot; ~ saxlamaq to pause, to halt; ~dan tutmaq / yapışmaq to seize smb.’s foot; ayağını geyinmək to put* on one’s shoes / boots; bir kəsin ayağını geyindirmək to put* on smb.’s shoes / boots; ~ üstə olmaq (xəstəlikdən sonra) to be* on one’s feet; güclə ayağa qalxmaq to struggle to one’s feet; ~ altına salmaq to tread / to trample under foot; xəlçəni ~ altına salmaq to spread* a rug under feet; ayağa durmaq / qalxmaq 1) to get* up, to stand* up; 2) məc. to find* one’s feet; bir ayağı qəbirdə / gorda olmaq to have* one foot in the grave, with one foot in the grave; ~dan düşmək (bərk yorulmaq) to be* dog tired, to be* dead-beat; hamını ayağa qaldırmaq to raise a general alarm; bir kəsi ayağa qaldırmaq 1) to set* smb. on his feet; 2) (kömək etmək) to give* smb. a start in life; ayağı üstə dayana bilmək 1) to be* able to stand; 2) məc. to be* able to stand on one’s own feet; ~dan başa qədər from head to foot, from top to toe; ~-baş head over heels; ~ basmamaq never to cross the threshold (of smb.’s place), not to set* foot (somewhere); ~ saxlamaq to stop, to pause; ayağını çəkmək 1) to be* lame; 2) məc. to stop going somewhere, to stop visiting smb.; öz ayağı ilə gəlmək to come* of one’s own accord; ~dan çəkmək to pull one’s leg; to prevent smb. from doing smth.; ~ açmaq 1) to begin* to visit / to go to see; 2) (uşaq) to start / to begin* to walk; ~ kəsmək to give* up going somewhere; ayağını kəsmək (kiminsə) to stop smb. to visit (d.), to prohibit smb.’s visiting (d.); ~ vurmaq (silah) to shoot* below the mark / target; bərk ~da if the worst comes to the worst, at worst; bir şeyi bir kəsin ayağına yazmaq to attribute / to ascribe smth. to smb.; to put* smth. down to smb.; ayağa düşmək to beg pardon; Yalan ayaq tutar lakin / amma / ancaq yeriməz at. söz. ≅ Lies have short legs; 2. (əşyanın ayağı) leg; stolun ayağı the leg of the table; 3. (qədəhin və s. ayağı) stem; qədəhin ayağı the stem of the glass; 4. (kəndin, çayın və s.) end; kəndin ayağı the end of the village II. s. foot; ~ tormozu foot / pedal break; ~ tikiş maşını treadle sewingmachine; ~ izi foot mark, foot print; footstep; maralın ~ izi the footprints of a deer; onun ~ izləri his / her footsteps; ~ barmaqları toes; ~ dırnaqları toenails
Azərbaycanca-ingiliscə lüğət / ayaq1 is. pied m ; jambe f (qıç) ; ~la təpik vurmaq donner un coup de pied ; ~ları altına yığmaq ramener les pieds sous soi ; ~ları sürüşmək cheminer vi ; ~larını müalicə etmək faire (se) soigner les pieds ; ayağını ayağı üstünə qoyub oturmaq être assis,-e les jambes croisées ; ayağı ağrımaq avoir mal aux pieds ; ~yalın olmaq être pieds-nus ; ~ barmaqları orteils m pl ; başdan ayağa des pieds à la tête ; ayağa qaldırmaq (müalicə etmək) remettre qn sur (ses) pieds ; ~ vannası qəbul etmək prendre un bain de pieds ; o qızın gözəl ~ları var elle est bien jambée ; elle a de belles jambes ; sağ (sol) ayağını çəkmək boîter du pied droit (gauche) ; hamını ayağa qaldırmaq alerter tout le monde ; soulever vt ; ~ almaq 1) être pressé, -e ; marcher vite ; 2) attaquer vt qn ; ~ altına almaq vaincre vt ; défaire vt ; infliger une défaite à qn ; soumettre qn complètement ; ~ altına düşmək être écrasé, -e (foulé, -e) ; ~ altına salmaq déshonorer vt ; discréditer vt ; déprécier vt ; salir vt dégrader vt ; ~ altına salıb tapdalamaq fouler aux pieds ; ~ altında qalmaq être sous la pression de qn ; être écrasé,-e (foulé,-e) ; ~açmaq venir vi (ê) souvent quelque part ; visiter souvent ; ~ basmaq entrer vi (ê) ; pénétrer vi ; faufiler (se) ; ~ dirəmək entêter (s’) ; obstiner (s’) ; ~ izi trace f ; emprunte f ; ~ olmaq prendre pour associé ; prendre pour compagnon (partenaire) ; ~ üstə debout adv ; ~ dan düşmək (olmaq) perdre le pas ; être fatigué,-e ; ~larını bağlamaq empêtrer vt ; ~ğa qaldırmaq soulever vt ; exalter vt ; animer vi ; ~ğa qalxmaq soulever (se) ; rebeller (se) ; mutiner (se) ; ~ğa dolaşmaq empêcher vt ; gêner vt ; embarasser qn de faire qch ; ayağı dolaşmaq trébucher vi ; ayağından çəkmək intriguer vi contre qn ; dresser des embûches ; ayağının ucunda sur la pointe des pieds ; başdan ayağa du fond en comble
Azərbaycanca-fransızca lüğət / ayaq2 сущ. 1. кӀвач (инсандин, гьайвандин); // кӀвачин; ayaq barmaqları кӀвачин тупӀар, куьлер; 2. рах. зур аршиндиз мукьва мензил; 3. кӀвач, ккам, йигинвал; 4. кӀвач, кек (мес. столдин, дивандин ва мс.); 5. вацӀун, булахдин ва мс. авахьзавай ятарин агъа кьил; 6. эхир, ттум; 7. кек, эхир, куьтягь жедай кьил (мес. хуьруьн); 8. рах. тилит, гъил, сефер; bu ayaq и тилит(да), и сефер(да), гила; 9. пер. рах. къимет авачир, хъсан ери авачир, амайни-амачир усал (мес. мал); 10. кӀвач (тфенгдин, тапанчидин ва мс.); tüfəngi ayağa çəkmək тфенг кӀвачиз акъудун; ** ayağa atılmaq къудгъунна къарагъун, садлагьана кӀвачел акьалтун; ayağa bağlanmaq кӀвачерихъ галкӀун, энгел хьун, гъил-кӀвач ахъайиз манийвал авун; ayağa çıxmaq куьтягьун, акьалтӀарун, тамамарун; ayağa dolaşmaq кӀвачера аруш хьун, манийвал авун; ayağa döşənmək кӀвачерихъ ярх хьун, гзаф минетун; ayağa durmaq кил. ayağına qalxmaq (durmaq); ayağa düşmək а) кил. ayağa döşənmək; б) агъуз аватун, ужуз хьун (са куьнин мас); в) гьуьрметдай аватун; ayağa qaldırmaq пер. а) кӀвачел акьалдарун, гьерекатдиз гъун, къарагъарун (мес. халкь); б) сагъарун, хъсанарун, къарагъарун (азарлуди); в) хвена чӀехи авун, тербия гун, агакьарун, арадиз акъудун; ayağa qalxmaq пер. а) кӀвачел акьалтун, къарагъун, бунт авун, восстание авун; б) сагъ хьун, хъсан хьун, къарагъун (азарлуди); в) крар къайдада гьатун, туькӀуьн, чӀехи хьун, кьилди хьун; ayağa salmaq кӀвачерик вегьин, къиметдай (гьуьрметдай, ихтибардай) авудун, виляй вегьин; ayağa vermək гьуьрметдай авудун, виляй вегьин, алчахарун, усаларун; ayağı açılmaq а) кӀвач ахъа хьун, са чкадиз физ-хквез авалун; б) къен фин, турмуцӀ агалтун, ялтал хьун; ayağı ağır кил. ağırayaq; ayağı bağlı olmaq къебз хьун, къен кьун, къен кӀеви хьун; ayağı dolaşmaq кӀвач галкӀун, кул кягъун, татаб хьун, къекъведамаз какахьун; ayağı düşmək а) кӀвач аватун (кутугун, туькӀуьн), кӀвач хийирлу хьун; гуя сад атун садан кар туькӀуьниз, хушбахвилиз себеб хун; б) пер. рехъ алатун, дуьшуьшдай ва я рехъ фидамаз са чкадиз атун; ayağı işləmək кил. ayağı açılmaq б); ayağı kəsilmək а) кӀвач атӀун, алакъа атӀун, фин-хтун атӀун (са чкадиз); б) кьулухъ кьил тахтун, мад хтун тавун; ayağı sürüşmək пер. кӀвач цӀуьдгъуьнун, гъалатӀ хьун, гъалатӀ ахъаюн, дуьз рекьяй акъатун, ягъалмиш хьун; ayağı uğurlu кил. ayağı yüngül; ayağı yanmaq пер. ашукь хьун, бенд хьун, кӀан хьун; ayağı yer almaq кӀвачи чил кьун, чка мягькем хьун, мез яргъи хьун, жув-жувахъ агъун; ayağı yer tutan кӀвачи чил кьадай, къекъвез жедай, къекъведай такьат авай; ayağı yüngül кӀвач кьезил, кӀвач хийирлу, кӀвач аватдай (кутугдай, туькӀуьдай); ayağına çağırmaq кӀвачел эверун, патав атуниз буйругъ гун; ayağına düşmək (döşənmək) кӀвачерик ярх хьун, садан вилик метӀер яна минетун; ayağına getmək кӀвачел фин, хагьиш авун; ayağına gəlmək а) кӀвачел атун; муьтӀуьгъ хьун, разивал къалурун патал садан патав атун; б) гьуьрмет патал садан къуллугъдиз фин; ayağına qalxmaq (durmaq) сад къведамаз гьуьрмет патал кӀвачел къарагъун; ayağına yazmaq а) кӀвачихъ кхьин, садан гьисабдиз кхьин; б) кӀвачихъ ягъун, садан хиве ттун; ayağına yıxılmaq кил. ayağına düşmək (döşənmək); ayağında qalmaq кӀваче амукьун, буржлуз амукьун; ayağından çəkmək кӀвачикай ялун, кӀвачин кӀан эгъуьнун, сад ярхурун патал алахъун; гъибет авун, акси фин (садаз); ayağını açmaq къен ракъурун, къен хъуьтуьларун; ayağını basmamaq кил. ayaq basmamaq; ayağını başından aşırmaq пер. татабарун, ярхарун, яна рекьин; ayağı çəkmək а) кӀвач ялун, кул кягъун, кьецӀивалун; б) кӀвач атӀун, алакъа атӀун, фин-хтун атӀун, са чкадиз мад хъфин-хквен тийин; ayağını kəsmək а) кӀвач атӀун, алакъа атӀун, са чкадиз мад хъфин-хквен тийин; б) кӀвач атӀун, фин-хтуниз рухсат тагун, алакъа атӀуниз мажбур авун, себеб хьун; в) вилик пад кьун, арадай акъудун (мес. угъривал); ayağını qarmaq пер. кичӀерар гун, кичӀ кутун, сеперар авун, гьелягъар кьун, гатун; ayağının altına dəmir (ərsin) at(ın)! кӀвачерик ракь (гъаргъалаг, маша ва мс.) вегь! (кӀвализ фадлай татанвай ва я сад лагьай гъилда атанвай сейли мугьман къведамаз лугьуда); ayağının altını qazımaq кӀвачин кӀан эгъуьнун; садаз зарар гун, писвал авун патал кӀаникай кар акун; ayağının altını öpmək кӀвачериз мез гун (темен гун); садан вилик усалвилелди минетун, вичи-вич алчахарун, усаларун; ayaq açmaq кӀвач ахъаюн, са чкадиз фад-фад атун; ayaq almaq ккамна фин, фад-фад фин, зверун; ayaq altına almaq кӀвачик кутун, кӀурук кутун, магълуб авун, жуваз муьтӀуьгъарун; ayaq altına düşmək кӀвачик акатун, кӀурук акатун, къуьл гун; ayaq altına salmaq кӀвачик кутун, гьуьрметдай (къиметдай, нуфуздай) авудун; ayaq altında qalmaq кӀвачик акатун, кӀурук акатун, аслу хьун; ayaq basmaq кӀвач эцигун, ккам вегьин, са чкадиз гьахьун, атун; ayaq basmamaq кӀвач эхциг тавун, са чкадиз мад хъфин тавун (гьахь тахвун), алакъа атӀун; ayaq salmaq кил. ayaq döymək; ayaq çəkmək кил. ayaq kəsmək; ayaq dirəmək кӀвачер (ччиле) атӀумарун, терсвал авун, вичин гафунал акъвазун; ayaq döymək дабан гатун, са затӀ гъилик авун патал гзаф алахъун, физ-хтун, кӀвалахун; ayaq götürmək ккам къачун, фад-фад фин, ккамна фин; ayaq izi кӀвачин гел, лепир; ayaq kəsilmək квач атӀун, фин-хтун акъвазун, эпсинвал гьатун (мес. куьчеда); ayaq kəsmək кил. ayağını kəsmək а); ayaq qoymaq кил. ayaq basmaq; ayaq olmaq уртах хьун, шерик хьун, акал хьун, иштирак авун (са кардал); ayaq saxlamaq кӀвач акъвазарун, ккам акъвазарун, акъвазун; ayaq sürmək ккамна фин, гьужум авун (садан кьилел); ayaq sürümək кӀвач галчӀурун, кӀанз-такӀанз фин, фидамаз кьасухдай гуьгъуьна амукьун; ayaq tutmaq а) кӀвачи чил кьун, кӀвачел акьалтун, цӀийиз-цӀийиз къекъвез авалун (мес. аял); б) пер. ккам вегьин, санал ккамиз хьун, барабар хьун (са кардал); в) вагирвал авун, сада кӀелзавай мерсиядин ва я манидин эхиримжи куплет тикрар хъувун; ayaq üstə dura bilməmək кӀвачел акъвазиз тахьун (гзаф зайиф, гужалди кӀвачел акъвазнавай, такьат авачир инсан ва я гьайвандин гьакъинда; гзаф пиян касдин гьакъинда); ayaq üstə qalmaq кӀвачел аламукьун, ацукьдай чка жагъун (якьун) тавун; ayaq vurmaq а) кьадардилай артух къекъуьн, са кар авун патал гзаф къекъуьн, кӀвачерай акъатун; б) лишан дуьз ягъун тавун, са тӀимил агъадай ягъун (мес. тфенгди); ayaqda qalmaq а) кил. ayaq üstə qalmaq; б) гуьгъуьна амукьун, кьулухъ галамукьун; ayaqda sürünmək гуьгъуьниз галчӀур хьун, виридалай кьулухъ галамукьун; ayaqdan (ayağı) diri кӀвачел кьезил, кӀвачерик звар квай, цицӀи, фад-фад фидай, са кар фад-фад ийидай касдин гьакъинда; ayaqdan düşmək (olmaq) кӀвачерай акъатун, къекъведалди галатун, такьатдай аватун; ayaqdan salmaq а) кӀвачерай акъудун, гзаф къекъуьрна галудун; б) азият гун, жафа гун; ayaqdan-dırnaqdan düşmək кил. ayaqdan düşmək (olmaq); ayaqları ardınca sürünmək кӀвачер галчӀуриз-галчӀуриз къекъуьн, ккам-ккамунив татун, гзаф галатун; ayaqlarını uzatmaq пер. кӀвачер гагьадарун, кьин; bərk ayağa çəkmək кӀеве ттун (акӀурун), дара-барада ттун; bərk ayaqda кар кӀеве гьатайла, дарда акӀайла, везият гзаф четин ва залан жедамаз, четин юкъуз; bir ayağı getmək, bir ayağı getməmək са кӀвач фин, сад кӀвач тефин; кьве рикӀин хьун, вуч ийидатӀа течиз аламукьун; bir ayağı qəbirdə са кӀвач сура (кил. qəbir); əl-ayağa düşmək кил. əl; əl-ayağı soyumaq кил. əl; əl-ayaq çəkilmək кил. əl; əlini-ayağını çəkmək кил. əl; iki ayağını bir başmağa dirəmək (soxmaq) кьве кӀвач са чапатӀда ттун, терсвал авун; (öz) ayağı ilə gəlmək вичин кӀвачеривди атун, дуьшуьшдай атун, вичин хушуналди, эвер тавунамаз атун; öz ayağı ilə tələyə düşmək вичин кӀвачеривди ракьара гьатун, тахсир вичинди яз вичи-вич туруна ттун, вичи-вичин кар кӀеве ттун; üstünə ayaq almaq кил. ayaqlanmaq 3).
Azərbaycanca-ləzgicə lüğəti / ayaq