Anaqnostaras
Anaqnostaras (yun. Αναγνωσταράς; 1760 – 26 aprel 1825) ― yunan inqilabçısı, Filiki Eteriyanın qabaqcıl üzvü, general və Yunanıstan İstiqlaliyyət müharibəsinin müharibə naziri. Anaqnostaras bir təxəllüsdür, şəxsin doğuluşda adı Xristos Papageorgiu (yun. Χρήστος Παπαγεωργίου) idi, qeyd olunan adı isə Anaqnostis Papageorgiu (yun. Αναγνώστης Παπαγεωργίου) oldu.
== Erkən illəri ==
1760-cı ildə Messeniyanın Poliani kəndində anadan olmuşdur; onun nəsli Arkadiyanın Leontari kəndindən gəlirdi. 1787-1792-ci illərdə baş tutan Rusiya-Osmanlı müharibəsi zamanı o, Xristofor Perrevos və Tsanetos Qriqorakis ilə birlikdə İon adalarına gəlmişdir ki, mayor rütbəsində yunan-rus generalı Emanuil Papandopulonun komandanlığı altında vuruşsun. 1803-cü ildə Zakinf adasına köçdü və 1813-cü ilə qədər Rusiya İmperator Ordusunda hərbi xidmətə başladı, sonra ordudan buraxıldı və qalıq maaşı istəmək üçün Odessaya köçdü.
== Filiki Eteriyada fəaliyyəti ==
1817-ci ildə Odessada Nikolaos Skufas tərəfindən Filiki Eteriyada cəlb olundu, ona "keşiş" adı verildi və 1817-ci ilin mart ayında onu Atanasios Tsakalofla görüş üçün Moskvaya yolladılar. Tsakalof onu İdra və Spetse adalarında göndərdi ki, orda təşkilat üçün yeni üzvlər axtarsın.