yanaq sözü azərbaycan dilində

yanaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yanaq • 88.4211%
  • Yanaq • 10.5263%
  • YANAQ • 1.0526%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2004 ••••• 0.34
2007 ••• 0.21
2009 ••• 0.16
2010 ••• 0.18
2011 •• 0.09
2013 •• 0.15
2014 ••••••••• 0.69
2019 •••••••••••••••••••• 1.53
2020 •• 0.13

yanaq sözünün leksik mənası və izahı

  • 1 is. Üzün almacıq sümüyündən çənəyə qədər olan qismi. Yanağından öpmək. Qırmızı yanaq. – Yanaq üzrə saçın tavusa bənzər; Ki, seyri cənnətül-məvayə düşmüş. Nəsimi. [Muradın] fikrində gəzib dolaşan Nigar idi. O Nigar ki gülümsərkən yanaqlarında ufacıq çuxurlar əmələ gələr, üzü qızarardı. S.Hüseyn. Narınc bütün bədənindəki qanın yanağına hücum etdiyini hiss elədi. S.Rəhman. □ Yanaqlarından qan damır – sağlam, dolğun, qırmızıyanaq adam haqqında. [Səməd Bayramlı:] Əmioğlu, maşallah, lap kökəlmisən, yanaqlarından qan damır. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti

yanaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YANAQ Sənubər heç nə demədi, birdənbirə yanaqlarını iki əli arasına alıb dəli kimi üz-gözünü örtməyə başladı (Elçin); ARİZ (kl.əd.) Qanadın altına qoyma başını, Tökmə gül arizinə göz yaşını (A.Səhhət); ÜZAR (kl.əd.) Gülşəni-ol nigara get, ləlü ləbü üzarə bax (A.Şaiq).

    Azərbaycan dilinin sinonimlər lüğəti

yanaq sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. щека: 1. часть лица от скулы до нижней челюсти. Uşağın yanağından öpmək поцеловать ребёнка в щёку, yanaqları solmuşdur щёки побледнели, yanaqları batmışdır щёки ввалились, yanağında xal с родинкой на щеке, lalə yanaq алые щёки, batıq yanaqlar впалые щёки, yanaqları od tutub yanır щёки горят, yanaqları allandı щёки заалели, dolu yanaqlar полные щёки, yanaqları pörtmüşdür щёки сильно раскраснелись, yanaqları rəng verib rəng alırdı то краснел, то бледнел, sallaq yanaqlar обвислые щёки, təravətli yanaqlar свежие щёки 2. тех. боковая, обычно плоская, поверхность детали, механизма и т.п. Dirsəkli valın yanağı щека коленчатого вала II прил. щёчный. анат. Yanaq əzələsi щёчная мышца, yanaq siniri щёчный нерв, yanaq sümüyü щёчная кость, yanaqları qızarmaq: 1. залиться румянцем, покраснеть; 2. стыдиться, устыдиться ◊ yanaqlarından qan damır пышет здоровьем, кровь с молоком

    Azərbaycanca-rusca lüğət

yanaq sözünün inglis dilinə tərcüməsi

yanaq sözünün fransız dilinə tərcüməsi

yanaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. хъвехъ; qırmızı yanaqlar яру хъуькъвер; yanağından öpmək хъуькъвез темен гун; yanağından qan damır хъуькъвериз иви хъиткьиннавай, сагълам, ацӀай, хъуькъвер яру (къекъифай) касдикай рахадамаз.

    Azərbaycanca-ləzgicə lüğəti

yanaq sözünün türk dilinə tərcüməsi

"yanaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yanaq nədir? #yanaq sözünün mənası #yanaq nə deməkdir? #yanaq sözünün izahı #yanaq sözünün yazılışı #yanaq necə yazılır? #yanaq sözünün düzgün yazılışı #yanaq leksik mənası #yanaq sözünün sinonimi #yanaq sözünün yaxın mənalı sözlər #yanaq sözünün əks mənası #yanaq sözünün etimologiyası #yanaq sözünün orfoqrafiyası #yanaq rusca #yanaq inglisça #yanaq fransızca #yanaq sözünün istifadəsi #sözlük