* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 729.77 |
2003 | ••••••••• | 320.06 |
2004 | •••• | 143.51 |
2005 | ••••••••• | 305.68 |
2006 | •••••• | 216.68 |
2007 | ••••• | 159.63 |
2008 | ••••• | 160.79 |
2009 | •••••• | 199.34 |
2010 | •••••••• | 274.95 |
2011 | ••••••• | 240.04 |
2012 | •••••• | 207.12 |
2013 | ••••••••••• | 391.82 |
2014 | ••••••••• | 301.01 |
2015 | •••••••• | 272.70 |
2016 | •••••••• | 257.36 |
2017 | ••••••• | 233.96 |
2018 | •••••• | 217.40 |
2019 | ••••••• | 254.26 |
2020 | •••••••••• | 337.35 |
1 1. bağl. Lakin, amma. Ancaq mən sevgilərin bu qədər aldadıcı … olduğunu bilmirdim. M.S.Ordubadi. [Müdir:] Ancaq eşitdiyimə görə, sizin yoldaşınız Cəmili çox incidir. Mir Cəlal. 2. Zərf mənasında. Çətinliklə, zorla, gücbəla ilə. Tamaşanın üçüncü pərdəsinə ancaq çata bildim. Bu işi axşama ancaq qurtarmaq olar. Bu yerə ancaq beş adam yerləşə bilər. O, axırıncı sözü ancaq söyləyə bildi. – Görünüşündən [Almurada] 50 yaş ancaq vermək olardı. İ.Əfəndiyev. 3. Ədat kimi işlənir – məhz, sırf, yalnız, tək. Biz buraya ancaq iş üçün gəlmişik. Buna ancaq təəccüb etmək olar. Ancaq nağılla tərbiyə olunmuş beyin hər cür yeniliyə ürəkdən qol aça bilər. – Evin dolanacağı ancaq Cavadın qələminə bağlı idi. Ə.Haqverdiyev. [Şair:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti1 Bağlayıcılardan amma, lakin sözləri ərəbcədən alınmadır, ancaq öz sözümüzdür. Tarixən hərfi mənası “bu çağ” demək olub. Sonra yeni məna kəsb edib. Mənbələrdə ancan, ancaq və anca (столько), ancağına (в это время) sözləri də qeydə alınıb, bunlardan biri (ancağına) ancaq bağlayıcısına çevrilib.
Azərbaycan dilinin etimologiya lüğəti1 ancaq bax amma
Azərbaycan dilinin sinonimlər lüğəti1 ANCAQ I bağ. Qarşılıq bildirən tabesiz bağlayıcı. O nə isə soruşmaq istəyirdi, ancaq utanırdı (Ə.Vəliyev). ANCAQ II ədat Məhdudlaşdırma mənasında işlədilən ədat. Yasəmən ancaq alaq otlarının başını vururdu (Ə.Vəliyev).
Azərbaycan dilinin omonimlər lüğəti1 1. лишь, только; 2. но, однако, все же, однако же;
Azərbaycanca-rusca lüğət2 I союз 1. но, однако, да. Çox bilirdim, ancaq hamısı yadımdan çıxıb много знал, да всё перезабыл; oxu, ancaq astadan читай, но тихо (про себя) 2. всё же. Ancaq bunun da çarəsi tapıldı всё же нашёлся выход из положения II част. только, лишь, только лишь, исключительно. Satışda ancaq pomidor var в продаже только помидоры, məni ancaq adamlar maraqlandırırdı меня занимали исключительно люди, ancaq sola hərəkət движение только налево III нареч. еле, еле-еле, с трудом. Dərsin başlanğıcına ancaq çata bildim еле успел к началу урока
Azərbaycanca-rusca lüğət1 I. bağ. bax amma II. əd. only, merely; O, ancaq bilmək istəyirdi He / She only / merely wanted to know
Azərbaycanca-ingiliscə lüğət1 əd. mais ; non seulement ; mais encore
Azərbaycanca-fransızca lüğət1 1. союз анжах, амма; 2. нареч. гьанжах, четинвилелди, гужа-гуж; 3. кӀус манада: анжах, тек (са), са.
Azərbaycanca-ləzgicə lüğəti