* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••• | 3.54 |
2004 | ••••• | 1.01 |
2005 | •••••••••••••••••••• | 4.72 |
2006 | •••••• | 1.35 |
2007 | •••••••••• | 2.33 |
2008 | •••••••• | 1.71 |
2009 | ••••••••• | 2.08 |
2010 | ••••••••••••••••• | 3.90 |
2011 | •••••••••••••• | 3.09 |
2012 | •••••••• | 1.81 |
2013 | •••••••••• | 2.33 |
2014 | •••••••••• | 2.23 |
2015 | •••••• | 1.36 |
2016 | ••••••••••••••••••• | 4.34 |
2017 | •••••••••• | 2.28 |
2018 | ••••• | 1.05 |
2019 | •••••• | 1.25 |
2020 | ••••••• | 1.46 |
1 sif. 1. Hündürlüyü, ucalığı az olan, yerdən, hər hansı bir səviyyədən azacıq hündür olan. Alçaq dağ. Alçaq ev. Alçaq boy. Alçaq divar. – Alçaq yerdə təpəcik özün dağ sanar. (Ata. sözü). Bura darısqal, alçaq, yarıqaranlıq bir otaq idi. Mir Cəlal. // Yer səthindən çox hündürdə olmayan, hündürlük məsafəsi az olan. Alçaq uçuş. Alçaq buludlardan yağış səpələndi. 2. Bəstəboy, boyu gödək. Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adamam. C.Məmmədquluzadə. 3. Yavaş, asta, aşağı. Alçaq səs. Alçaq ton. 4. məc. Pis, xarab, keyfiyyətsiz. Alçaq mal. – Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şaldan, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. 5. məc. Rəzil, şərəfsiz, namərd, çox pis. Birisi haqqında alçaq fikirdə olmaq. Alçaq fikirlər. Alçaq hərəkət. Alçaq adam. Müharibə qızışdıranların alçaq niyyətləri. – Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da həyat haramdır. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / alçaq1 Rus dilində “спускаться” kimi tərcümə edilmiş il felimiz olub. Alçaq sözü də bir vaxtlar ilçaq şəklində işlədilib. Zənn edirəm ki, alt, aşağı, alçaq kimi sözlərin hamısı həmin il feili zəminində meydana çıxıb. Məclisin başına tör, ayaq tərəfinə “il”deyiblər. Belə məlum olur ki, il sözü ad-feil omonimliyinə malik olub və ad korrelyatı “aşağı” anlamını əks etdirib. Bu sözün mənalarından biri “sadə, təvazökar” deməkdir. Zənn edirəm ki, sözün kökü alt, aşağı kəlmələrinin kökü ilə eynidir. -çaq şəkilçisi isə belədir: dilimizdə arzu, meyil bildirən-sa (-sın, -sun) şəkilçisi olub və var (su-sa-maq, gülüm-sən-mək). Beləliklə, söz alsa şəklində feil olub, “sadəliyə meyil etmək” (özünü aşağı tutmaq) mənasını verib. Dara-q, yara-q modelləri üzrə isə alsa-q kəlməsi yaranıb. Sonra s səsi ç ilə əvəz olunub və söz alçaq şəklinə düşüb. Qərb dialektlərində (xüsusən, Qazaxda) alçaq sözü “sadə” mənasında indi də işlədilir.
Azərbaycan dilinin etimologiya lüğəti / alçaq1 ALÇAQ – ALİCƏNAB Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da, həyat haramdır (M.S.Ordubadi); Çox alicənab, nəcib insandır (Anar). ALÇAQ – ZİL Alçaq səslə zümzümə etməyə başladı (“Ulduz”); Cəlal da zil səslə deyir bayatı; Tutub qışqırığı bütün elatı (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / alçaq1 ALÇAQ I sif. Bəstəboy, boyu gödək. Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adamam (C.Məmmədquluzadə). ALÇAQ II sif. Rəzil, şərəfsiz, namərd. Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə də olsa həyat haramdır (M.S.Ordubadi).
Azərbaycan dilinin omonimlər lüğəti / alçaq1 1. низкий, невысокий; 2. низко, невысоко; 3. подлый, гнусный, мерзкий; 4. подлец; 5. низкокачественный;
Azərbaycanca-rusca lüğət / alçaq2 I прил. 1. низкий: 1) невысокий. Alçaq ağac низкое дерево, alçaq daban низкий каблук, alçaq evlər низкие дома 2) близкий к земле. Alçaq tavan низкий потолок; спорт. alçaq duruş низкая стойка, alçaq bruslar низкие брусья 3) не достигающий нормы, пониженный. Alçaq təzyiq низкое давление, alçaq gərginlik низкое напряжение, alçaq temperaturlu su вода с низкой температурой 4) перен. подлый, бесчестный. Alçaq adam низкий человек, alçaq işlər низкие дела 2. низменный: 1) расположенный невысоко. Alçaq düzənlik низменная равнина 2) перен. подлый, бесчестный. Alçaq hisslər низменные чувства 3) низинный. Alçaq (düzənlik) тундра низинная тундра 4) низовой. Alçaq (dumanlar) buludlar низовые тучи II нареч. 1. низко 2. подло, бесчестно III сущ. подлец, негодяй, хам
Azərbaycanca-rusca lüğət / alçaq1 I. i. rascal, scoundrel, villian II. s. 1. (müxt. mənalarda) low: ~ divar / körpü / hasar / şkaf və s. low wall / bridge / fence / shelf, etc; ~ temperatur low temperature; ~ ev low building / house; 2. (yaramaz) base, mean, low; ~ hərəkət mean / base action; ~ adam a low fellow / man*, a mean creature III. z. bax alçaqcasına
Azərbaycanca-ingiliscə lüğət / alçaq1 is. 1) bas (basse) ; 2) bas (alçaq, əclaf) ; vil ; lâche (iyrənc, namərd) ; ignoble (murdar, nifrət oyadan) ; infâme, odieu//x, -se ; scélérat, hideu//x,-se, sale (yaramaz, çirkli, iyrənc) ; abominable ; ~ səslə à voix basse ; ~ tavanlı bas de plafond ; ~ hərəkət vilainie f ; bassesse f ; 3) ~ boylu adam (bəstəboy) de petite taille ; de basse stature ; de taille modérée
Azərbaycanca-fransızca lüğət / alçaq1 прил. 1. аскӀан; ччилин (нугъ.); alçaq ev аскӀан кӀвал; 2. яваш, агъуз, аста (мес. ван); 3. пер. пис, харапӀ, усал (мес. парча, мал); 4. пер. алчах, усал, намерд, пис; alçaq adam алчах кас.
Azərbaycanca-ləzgicə lüğəti / alçaq1. Vadi. 2. Münasib. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikasıSadə, təvazökar (bu məna dialektlərdə də qeydə alınıb). (“Koroğlu” dastanının lüğəti) İgid alçaq gərək, alçaq, Atı yüyrək, kəndi qoçaq, Hər yanında ciftə bıçaq, Belində qılıncı gərək. (“Koroğlu ilə Dəli Həsən”) (erməni əlifbası ilə yazılmış əlyazması)
Azərbaycan dastanlarının leksikasıAzərbaycan dilində sözün məlum mənalarından başqa, dastanlarda “sadə”, “təvazökar” mənasına da rast gəlinir (bu məna dialektlərdə də qeydə alınıb). Qoçaqdan olubsan, qoçaq olgunan, Qadadan, baladan qaçaq olgunan, Sən açıq ol, mərd ol, alçaq olgunan, Demə varım çoxdu, pulum yaxşıdı. (“Əsli və Kərəm”) Aşıq ol, comərd ol, alçaq olgilən, Demə varım çoxdur, pulum yaxşıdı. (“Valeh və Zərnigar”)
Azərbaycan dastanlarının leksikası