almaq sözü azərbaycan dilində

almaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • almaq • 99.9050%
  • ALMAQ • 0.0611%
  • Almaq • 0.0339%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)
Almaqulağı döyüşü
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Almaqulağı döyüşü (1503)
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Almaqurdu
Almaqurdu (lat. Cydia pomonella) — yarpaqbükənlər (Tortricidae) fəsiləsinə aid kəpənək. Alma, armud, heyva, ərik, şaftalı ağaclarına çox ziyan vurur. Kəpənəyinin ön qanadları tünd-boz, arxa qanadları qonur-bozdur. Yumurtaları yastı və yaşılımtıl-ağdır. Uzunluğu 18 mm-dək olan tırtılları ağacın qabığı altında və meyvə anbarlarında baramanın içərisində qışlayır. Yazda pup halına keçir. Alma ağacı çiçəkləyəndən sonra puplardan çıxan kəpənək əvvəlcə yarpaqların, sonra meyvələrin üzərinə 100–150 yumurta qoyur. Yumurtadan çıxmış tırtıl 1–2 meyvəni zədələyir. == Mübarizə tədbirləri == Almaqurduna qarşı mexaniki, kimyəvi (0,2–0,3% -li sevin məhlulu ilə) və bioloji üsullarla mübarizə aparılır.
Dieqo de Almaqro
Dieqo de Almaqro - (isp. Diego de Almagro; 1475[…] – 8 iyul 1538, Kusko[d]) — İspaniyalı səyyah və konkistador.

almaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əlinə götürmək, əl ilə tutub götürmək, qaldırmaq. Əlinə ağac almaq. Qələmi əlinə aldı və yazdı. Tüfəngini alıb ova getdi. – Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini-xörəyini qabağına çəkmişdi. Mir Cəlal. // Cəld qapmaq, tutmaq, ələ keçirmək; ovlamaq. Qızılquşlar ov kimi süzüb, qırqovulları göydə alıb, otluğa endilər. Çəmənzəminli. 2. İcra üçün qəbul etmək. Tapşırıq almaq. Sifariş almaq. Komanda almaq. Siqnal almaq. 3. Satın almaq. Bazardan ət almaq. Mağazadan palto aldım. – Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu. N.Nərimanov. Salam kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. 4. Qaldırmaq, götürmək, çıxarmaq, açmaq. Sevdiyim alaydı üzündən niqab; Bir də baxıb o camalı görəydim. M.P.Vaqif. 5. Əxz etmək, götürmək, istifadə etmək. Məlumatı ilk məxəzlərdən almışam. Müəllif mövzunu xalq həyatından almışdır. 6. Göndərilən, verilən, təklif edilən, gözlənilən, istənilən bir şeyi qəbul etmək, götürmək, əldə etmək. Məktubu almaq. Maaş almaq. Yeni evdə mənzil almaq. Tibbi yardım almaq. Üzərinə vəzifə almaq. – [Qüdrət:] Gəmi vermirlər? Almaq lazımdır. Almağı bacarmaq lazımdır. M.Hüseyn. 7. Rütbə, ad, dərəcə, vəzifə sahibi olmaq, qazanmaq. Professor adı almaq. Elmlər namizədi elmi dərəcəsi almaq. 8. Özü ilə bərabər gətirmək, özü ilə aparmaq, yanınca gətirmək. [Rəşid:] Çox təvəqqe edirəm ki, Nina xanımı da alıb bizə təşrif gətirəsiniz. M.S.Ordubadi. Hər gün şamdan sonra atam məni yanına alıb, çərəkədən mənə dərs deməyə başladı. M.İbrahimov. // Aparmaq, götürmək, gətirmək. [Qızılquş] ovladığı quşu su kənarına alar, tüklərini yolar, cəmdəyini suda təmiz yaxaladıqdan sonra parçalayıb balalarının qabağına atar. A.Şaiq. 9. Ələ keçirmək, fəth etmək, istila etmək, tutmaq, özünə tabe etmək. Şəhərlər almaq. Əsir almaq. Qalanı almaq. 10. Zəbt etmək, əlinə keçirmək, tutmaq, ixtiyarına keçirmək. [Qubernator:] Budur, Əmiraslan bəy deyir: müsəlmanların yerlərini alırlar, heç hələ özündən xəbəri yoxdur. C.Cabbarlı. 11. Evlənmək, özünə arvad etmək. [Vəzir:] Mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib onu almağa talib idim. M.F.Axundzadə. [Nəcəfqulu:] …Mahmud, indi zamana xarab olub, qızı görməmiş heç kəs almaq istəməyir. B.Talıblı. 12. Bürümək, qaplamaq, əhatə etmək, basmaq, sarmaq, örtmək. Dağların başını duman almışdır. – Çən alıb dağlar başın; Bağ başın, bağlar başın; Camalın bir aynadır; Hər görən bağlar başın. (Bayatı). 13. Yemək, içmək, dadmaq. Kababdan bir-iki tikə aldım. Bir udum su aldım. 14. İstehsal etmək, hasil etmək, hazırlamaq. Neftdən benzin alırlar. Daş kömürdən müxtəlif maddələr almaq olur. Tədqiqatdan maraqlı nəticələr almaq. 15. Daxil etmək, iştiraka yol vermək. Aralarına almaq. Sahibsiz uşaqları uşaq evinə aldılar. 16. Müəyyən bir şəklə düşmək, mahiyyət kəsb etmək. Mübahisə çox kəskin bir şəkil aldı. Yağış adi bir hal almışdır. Onların söhbəti başqa bir rəng aldı. – İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. M.İbrahimov. 17. Kəsmək, gödəltmək, qısaltmaq, kiçiltmək. Ağac uzundur, bir az boyundan almaq lazımdır. Paltonun ətəyindən bir az alsan, pis olmaz. Saçların yan-yörəsini almaq. 18. Anlamaq, düşünmək, dərk etmək. Mən onun danışığından bir şey ala bilmədim. Zehnim bunu almır. 19. Çıxartmaq, götürmək. Doqquz yaşı olanda anası onu [Azadı] oxuda bilməyib, məktəbdən aldı. M.İbrahimov. 20. Məşğul etmək, maraqlandırmaq, diqqətini cəlb etmək, həyəcanlandırmaq. [Tağının] bacısını xan … aparandan sonra, evdə qalmış balaca qardaşının qeydi onu alıbdır. Ə.Haqverdiyev. Qəribə bir xatirə məni aldı. M.İbrahimov. 21. məc. dan. Təsir etmək, əsər etmək. Bu söz məni aldı. 22. Çalışaraq əldə etmək, rabitə yaratmaq. Nə qədər zəng etdimsə, istədiyim nömrəni ala bilmədim. – Birdən [Dəmirov] ara verdi, zəng edib Qiyasəddinovu aldı. S.Rəhimov. 23. Məhrum etmək. Aşıq ala gözlərin; Canım ala gözlərin; Qorxuram düşəm öləm; Yada qala gözlərin. (Bayatı). Alıbsan əlimdən din-imanımı; Müştaq eləyibsən ay üzəüzə. Aşıq Ələsgər. 24. Sərf etməyə məcbur etmək, aparmaq. Bu iş iki gün vaxtımı aldı. 25. məc. dan. Rüşvətxor olmaq, rüşvət qəbul etmək. [Səfər bəy:] Deyirlər ki, bizim hakim almayır. (Barmağı ilə rüşvətə işarə eləyir). B.Talıblı. 26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: önünü almaq, söz almaq, intiqam almaq, qan almaq, könlünü almaq və s.

    Azərbaycan dilinin izahlı lüğəti / almaq
  • 2 Gözü su içməmək. (“Koroğlu” dastanının lüğəti) Biz heç bundan almırıq. (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Teymur”)

    Azərbaycan dastanlarının leksikası / almaq

almaq sözünün etimologiyası

  • 1 Can almaq ifadəsindəki almaq sözünün qədim mənası “öldürmək” (губить) deməkdir. M. Kaşğaridə “ər alındı” (kişi öldü) cümləsi var. Alqın feili “Divan”da “yox olmaq, ölmək”kimi izah olunub. 

    Azərbaycan dilinin etimologiya lüğəti / almaq

almaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

almaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ALMAQ – QAYTARMAQ Almaq asandır, qaytarmaq çətindir (Ata. sözü). ALMAQ – SATMAQ Ay qızım, mən söz gəzdirən deyiləm, neçəyə almışam, o qiymətə də satıram (M.İbrahimov). ALMAQ – VERMƏK Bahadır mahud almaq fikri ilə bir mağazaya varid oldu (N.Nərimanov); Gübrə özü verilməyib, biz vermişik (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / almaq

almaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. купить, покупать; 2. брать, взять, получать, получить, заимствовать; 3. отнимать, отнять, отобрать; 4. покорять, покорить, завоевать, завоевывать, захватывать, занимать, занять; 5. взыскивать, взыскать;

    Azərbaycanca-rusca lüğət / almaq
  • 2 глаг. 1. получать, получить: 1) принимать, брать что-л. вручаемое, присылаемое. Məktub almaq получить письмо, maaş almaq получить зарплату, dəvətnamə almaq получить пригласительный билет, mükafat almaq получить награду 2) становиться обладателем чего-л., приобретать какое-л. качество. Elmi dərəcə almaq получить учёную степень, tərbiyə almaq получить воспитание, təhsil almaq получить образование, məzuniyyət almaq получить отпуск 3. узнавать что-л. сообщаемое, принимать к сведению, к исполнению. Xəbər almaq получить известие, məlumat almaq получить сообщение, sifariş almaq получить заказ, cavab almaq получить ответ, tapşırıq almaq получить задание, əmr almaq получить приказ, razılıq almaq получить согласие, icazə almaq получить разрешение 4) испытывать, ощущать что-л. Ləzzət almaq получить удовольствие 5) подвергаться чему-л. Güllə yarası almaq получить пулевое ранение, cəza almaq получить наказание, töhmət almaq получить выговор 6) приобретать в результате чего-л. Bol məhsul almaq получить богатый урожай, neftdən benzin almaq получать бензин из нефти 2. покупать, купить. Ucuz almaq недорого, дешёво купить, çörək almaq купить хлеб, kreditə almaq купить в кредит 3. брать, взять: 1) схватить что-л. у кого-л. Kitabı kimdən alıbsan? у кого ты взял книгу? 2) пользоваться чём-л. Dərs almaq kimdən брать уроки у кого 3) взимать, взыскивать. Vergi almaq брать (взимать) налог, cərimə almaq брать (взыскивать) штраф 4) завладевать кем-л., чем-л., захватывать. Əsir almaq взять в плен, şəhəri almaq взять город 4. отнимать, отнять. Vaxtını almaq отнимать время ◊ borc almaq брать, взять в долг, взаймы; öz əlinə almaq kimi, nəyi брать, взять в свои руки кого-л., что-л.; istiqamət almaq брать, взять курс; yedəyə almaq брать, взять на буксир; nişan almaq брать на прицел; qeydə almaq, hesaba almaq брать на учёт; həbsə almaq брать под стражу, ibrət almaq kimdən брать пример с кого; qisas almaq брать, взять реванш; söz almaq kimdən брать слово с кого; öz qanadı altına almaq брать под своё крылышко; himayəsi altına almaq брать под своё покровительство; şübhə altına almaq брать под сомнение; payını almaq получить по заслугам за что-л. (как наказание), получить по шее; qulaqburması almaq получить взбучку; almağın üzünü vermək ağardır долг платежом красен; özünü ələ almaq брать, взять себя в руки; cavabını almaq получить сдачи

    Azərbaycanca-rusca lüğət / almaq

almaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to get*; bilet almaq to get* tickets; pul ~ to get* money; icazə ~ to get* permission (from d.); bir kəsdən cavab ~ to get* an answer from smb.; mükafat ~ to get* a prize; yaxşı əmək haqqı ~ to get* good wages; Siz nə qədər alırsınız (maaş)? How much do you get? məktub ~ to get* a letter; yaxşı / pis xəbər ~ to get* good* / bad* news xaricdən bir şey ~ to get* smth. from abroad; kitab / palto / kostyum / papaq və s. ~ to get* a book / a coat / a suit / a hat, etc. (at, from); xaricdən mal ~ to get* commodities from abroad; bir şeyi çox ucuz ~ to get* smth. very cheap; (telefonla) Siz Londonu ala bildinizmi? Did you get London?; 2. to take*; hakimiyyəti ələ ~ to take* / to sieze power; qalanı / şəhəri hücumla ~ to take* a fortress / a town by storm; əsir ~ to take* a prisoner; dərs ~ to take* lessons; kitabxanadan kitab ~ (götürmək) to take* a book from the library; payını ~ to take* one’s part; əvvəlcədən bilet ~ to take* seats in advance; rüşvət ~ to take* bribe; arvad ~ to take* a wife; O, arvad almaq istəyir He is going to take a wife; nəfəs ~ to take* (a) breath; dincini ~ to take* / to have a rest; 3. to receive; to obtain; məktub / teleqram / hədiyyə / məlumat / xəbər və s. ~ to receive / to obtain a letter / a telegram / a gift / infor mation / news, etc.; xəbərdarlıq ~ to receive a warning; maaş ~ to receive one’s salary; sifariş ~ to receive an order; yaxşı təhsil ~ to receive a good education; yara ~ to receive a wound; 4. (pulla almaq) to buy*; bir kəsdən bir şey ~ to buy* smth. from smb.; satılmış bir şeyi geri ~ to buy* back (d.); satın ~ (rüşvət verməklə öz tərəfinə çəkmək) to buy* over; ucuz ~ to buy* (d.) cheap; baha ~ to buy* dearly; həbsə ~ to arrest (d.), to put* under arrest; özünü ələ ~ to pull oneself ; 5. (zəbt etmək) to conquer; ölkəni ~ to conquer a country; 6. to occupy (d.), to capture (d.); ərazi / şəhər ~ to occupy a territory / a town; to capture a city / a town

    Azərbaycanca-ingiliscə lüğət / almaq

almaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) acheter vt (pulla, satın ~) ; 2) prendre vt (əlindən ~, zəbt etmək) ; enlever vt (əlindən alıb qaçırmaq) ; saisir vt (əmlakını əlindən ~) ; 3) recevoir vt (poçt və s ilə ~) ; 4) emprunter vt (borc pul, söz və s ~) ; 5) conquérir vt (istila yolu ilə, zorla ~, tutmaq) ; 6) percevoir vt (vergi ~) ; 7) toucher vt (maaş ~) ; 8) informer (s’) (məlumat ~) ; 9) capter vt (aldadıb ~) ; empoigner vt (əlindən dartıb ~) ; bir-birinin əlindən ~ arracher (s’) ; var-yoxunu əlindən ~ égorger vt ; qarşısını ~ enrayer vt (məc.) ; dövrəyə ~ entourer vt ◊ daban ~ foutre le camp (kobud) ; elmi dərəcə ~ recevoir une grade scientifique ; əmr ~ recevoir un ordre ; əsir ~ faire prisonnier ; icazə ~ demander une permission ; güclə ~ forcer vt ; maaş ~ toucher les appointements (le salaire, le traîtement) ; məktub ~ recevoir une lettre ; məlumat ~ informer (s’) ; mükafat ~ toucher une prime ; remporter un prix ; nəğd pulla ~ acheter au comptant ; özünü ələ ~ dompter vt (se) ; sifariş ~ recevoir une commande ; tərbiyə ~ avoir (recevoir) une éducation ; təhsil ~ étudier ; faire ses études ; töhmət ~ être réprimandé, -e ; xəbər ~ demander une nouvelle ; həbsə ~ emprisonner vt ; himayəsi altına ~ prendre qn sous sa protection ; cavab ~ obtenir une réponse

    Azərbaycanca-fransızca lüğət / almaq

almaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къачун; arvad almaq паб къачун; // маса къачун; ev alma, qonşu al. Ata. sözü кlвал къачумир, къунши къачу; 2. кьун; itin adını çəkdin, ağacı əlinə al. Ata. sözü кицlин тlвар кьуна лаш гъиле яхъ; 3. къахчун; // куьруь авун, атӀун (мес. чӀарарикай).

    Azərbaycanca-ləzgicə lüğəti / almaq

almaq sözünün türk dilinə tərcüməsi

"almaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#almaq nədir? #almaq sözünün mənası #almaq nə deməkdir? #almaq sözünün izahı #almaq sözünün yazılışı #almaq necə yazılır? #almaq sözünün düzgün yazılışı #almaq leksik mənası #almaq sözünün sinonimi #almaq sözünün yaxın mənalı sözlər #almaq sözünün əks mənası #almaq sözünün etimologiyası #almaq sözünün orfoqrafiyası #almaq rusca #almaq inglisça #almaq fransızca #almaq sözünün istifadəsi #sözlük