çalmaq sözü azərbaycan dilində

çalmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çalmaq • 93.2203%
  • Çalmaq • 4.1162%
  • ÇALMAQ • 2.6634%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2003 ••••••••• 1.18
2005 •••••••••••••••••••• 2.70
2006 •• 0.23
2007 •••• 0.42
2009 ••••••••• 1.12
2010 ••••••••••••• 1.72
2011 •••• 0.51
2012 ••••• 0.60
2013 ••••••••• 1.17
2015 ••••••••• 1.19
2016 •••••••••• 1.21
2017 •••• 0.49
2018 •••• 0.45
2019 ••••• 0.56
2020 •• 0.27

çalmaq sözünün leksik mənası və izahı

  • 1 f. Çalğı2 ilə süpürmək; çalğılamaq. Dünənki kimi bu gün də Hüseyn böyük xırmanın qırağını əvvəlcə çaldı, sonra şanaladı. S.Rəhimov. [Niyaz] səhər alaqaranlıqdan yerindən qalxan kimi tövləyə girir, əvvəlcə atların altını kürəyir, təmizləyir, çalğı ilə çalır, quru peyinlə onların altını qurulayırdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / çalmaq
  • 2 f. Çalma kimi başına sarımaq. [Abbas:] Götür, çək sürməni qaşına, gəlsin; Çal əyri çalmanı başına, gəlsin. “Abbas və Gülgəz”. Xanpəri acıqlı olanda kəlağayısının ucu ilə başını çalardı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / çalmaq
  • 3 f. 1. Çalğı alətində bir musiqi nömrəsi icra etmək, çalğı alətini səsləndirmək. Tar çalmaq. Dumbul çalmaq. Pianino çalmaq. – Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. Bir qədər ərəbcə çalıb-oxudular. M.S.Ordubadi. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad. 2. Vurmaq, çaxmaq, qaxmaq. Sağ divardan sol divara bir mıx çalıb ip çəkər, gəlinin ipək çarşabını o ipin üstünə atardılar. H.Sarabski. 3. Döymək, taqqıldatmaq, vurmaq. Darvazanı çalmaq. – Çaldı o qapını… çaldı taqtaraq! B.Vahabzadə. 4. Biçmək. Bir az sonra əllərinə dəryaz götürüb ot çalardılar, taxıl biçərdilər. İ.Hüseynov. 5. Sancmaq, vurmaq, dişləmək (həşərat və ilan haqqında). Əqrəb uşağı çaldı. – [Arıçı:] Sən arıya dəyməsən, arı səni çalmaz. S.Rəhimov. [Əlikram Gülüyə:] İlanın quyruğunu basdalayarsan, qayıdar, baldırını çalar. B.Bayramov. 6. Müəyyən çaları olmaq, bənzəmək; az bənzəmək, oxşamaq, andırmaq (rəng haqqında). Qırmızıya çalmaq. Sarıya çalmaq. – Qilu-qala salan olsa sərini; Siyah çalar qızıl rəngi qıjhaqıj. Aşıq Ələsgər. Dağların hərəsi bir rəng çalır… C.Məmmədquluzadə. Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi, hətta dərisi belə kürənə çalırdı. M.İbrahimov. 7. Səs çıxarmaq, səs vermək, səslə bildirmək (xəbər vermək), vurmaq. [Komandan] təkrar evə girərkən saat on ikini çaldı. H.Nəzərli. Kürd Əhməd faytonçunu yola salıb, dalandan keçərək, balaca bir qapının zəngini çaldı. M.İbrahimov. 8. Zərbə endirmək, vurmaq. Zəyəm pristavı Oqarişşev Seyid Hənifəni … tövləyə qatıb, o qədər onun burnuna çalır ki, bir vedrə qan axır. C.Məmmədquluzadə. Silahlı soldat Qədim dayının boynunun ardından yapışdı, onu darvazadan bayıra itələdi, iki təpik də arxadan ona çaldı. S.Rəhimov. 9. dan. Qapıb almaq, qoparıb götürmək, almaq. Şeyx Haşimi atını irəli sıçradır, bir göz qırpımında Leylini yerdən çalıb, yəhərin qaşı üzərinə atır. Ə.Məmmədxanlı. Əbiş paketi görər-görməz vəhşi bir hərəkətlə onun əlini cırmaqlayıb paketi çaldı. S.Rəhimov. 10. dan. Oğurlamaq, çırpışdırmaq. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. [Piran Rüstəmə:] Sizinkilər çalar qaramal, qoyun; Bizimkilər ərzaq üçün saldırar. H.Cavid. 11. Qarışdıraraq eynitərkibli kütlə halına gətirmək; qatılaşdırmaq, qəlizləşdirmək. [Bahar:] Axşamadək cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar. Ə.Haqverdiyev. [Pərşan Mayaya:] Yaxşı, sən yumurta çal, mən də samovarı odlayım. M.İbrahimov. 12. Qatışdıra-qatışdıra bişirmək. Quymaq çalmaq. – Telli öz otağında halva çalırdı. S.Hüseyn. 13. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: kirpik çalmaq, layla çalmaq, qanad çalmaq, əl çalmaq, qabar çalmaq, qələbə çalmaq və s.

    Azərbaycan dilinin izahlı lüğəti / çalmaq

çalmaq sözünün etimologiyası

  • 1 Mənaları çoxdur: qatıq çal, xəşil çal, mıxı yerə çal, çalmanı başına çal, saz çal və s. Çalxamaq sözü də çalmaqla bağlıdır. “Qatıq çal”, “xəşil çal”, “nehrə çal­xa”cümlələrində çal sözü “qarışdır” mənasındadır: çalasını südə qat; xəşili ox­lovla qarışdır (bula), nehrədə qatığı zərbə yolu ilə qarışdır. Mıxı çal cümləsində çal “zər­bə endir” deməkdir, çalma ilə əlaqədar çal sözü bağla deməkdir, sazla əla­qədar çal sözü “səsləndir (oxut,dilləndir)” deməkdir. Mıxla bağlı çal sözü qaxmaq sözünün təhrifidir. Çalış (əlləş, çəlləş) sözü də “qatışmaq” anlamı ilə bağlıdır, “işə qatış”(qoşul) anlamını verir. Otu çalmaq ifadəsində çalmaq zərbə ilə bağlıdır. Çaxmaq (çaxmaq daşı), qığılcım (əsli: kığılcım) sözləri də az və ya çox dərəcədə zərbə anlayışı ilə əlaqədardır. İlan çalmaq ifadəsində çalmaq “iynə, sancaq” anlamına uyğun gəlir. Bəzi dillərdə жало sözünün mənası çaqqıç kimi verilir. Məncə, çal sözü “zərbə” deməkdir. “Qulağım çalıb ki, sən filan işi elə­mi­sən” de­yirik. Mənbələrdə çalmaq sözünün bir mənası “достигать” kimi tərcümə olu­nub. Deməli, burada çalmaq sözü çatmaq kəlməsinin mənasında işlədilib, onunla tarixən eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Etimoloji mənası “oxumaq” deməkdir. Çalar sözü ruscaya “поющий” kimi tər­cümə olunub, çalğı isə певчий kimi verilib. Qax rayonunda Nə oxuyursan (de­yirsən) əvəzinə, nə çalırsan işlədilir. Mənbələrdə bülbül əvəzinə çalğı quş ifadəsi vardır. Fit çalmaq ifadəsindəki çal sözü də məhz “oxumaq” mənasına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çalmaq

çalmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

çalmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ÇALMAQ I f. Musiqi alətini hərəkətə gətirmək. Hava ifa eləmək. Şair dostum, çaldığın saz; Eldən ayrı səs ucaltmaz… (M.Araz). ÇALMAQ II f. Sancmaq, dişləmək. Birdən cansız kağız bir ilan kimi elə bil ki, çaldı ağa Nazimi (C.Gözəlov). ÇALMAQ III f. Biçmək. Kitab yazırsınız, ot çalırsınız; Calaq vurursunuz, bağ salırsınız (B.Vahabzadə). ÇALMAQ IV f. Vurmaq. Evdədir, xahiş etdi ona zəng çalasınız, gözləyir (M.İbrahimov). ÇALMAQ V f. Oğurlamaq. Mollanın börkünü çaldı oğru; Yüyürüb qaçdı bir bağa doğru (M.Ə.Sabir).

    Azərbaycan dilinin omonimlər lüğəti / çalmaq

çalmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. играть (на музыкальном инструменте); 2. бить, забивать, вбивать; 3. хлопать, колотить, стучать; 4. махать крыльями; 5. отливать (о цвете); 6. ужалить; 7. гудеть, свистеть; 8. косить; 9. сбивать; 10. красть;

    Azərbaycanca-rusca lüğət / çalmaq
  • 2 1 глаг. 1. играть: 1) исполнять, исполнить что-л. на музыкальном инструменте сыграть. Melodiya çalmaq играть мелодию, Ü. Hacıbəyovun əsərlərini çalmaq играть произведения У. Гаджибекова, sazda çalmaq играть на сазе, ilhamla çalmaq играть вдохновенно (с вдохновением) 2) исполнять, исполнить какое-л. музыкальное произведение (об оркестре, ансамбле и т.п.), сыграть. Çalır Azərbaycan Dövlət simfonik orkestri играет Азербайджанский государственный симфонический оркестр 3) быть членом какого-л. музыкального коллектива, работать музыкантом в нём. Orkestrdə çalmaq играть в оркестре, ansamblda çalır kim играет в ансамбле кто 2. забивать, забить; вбивать, вбить, вколачивать, вколотить (гвоздь, клин, колит.п.). Mıxı divara çalmaq забить (вбить) гвоздь в стенку, tirə paz çalmaq забить (загнать) клин в бревно, payanı yerə çalmaq вколотить (воткнуть) кол в землю, çəkiclə çalmaq забивать молотком 3. разг. стучать, постучать (в дверь, в окно и т.п.). Qapını çalmaq стучать в дверь, darvazanı çalmaq стучать в ворота 4. бить, пробивать, пробить (отмечать ударами, звоном что-л. или издавать звуки, обозначая что-л.). Saat altını çaldı (vurdu) часы пробили шесть 5. бить, ударять, ударить, стегать, стегнуть, хлестать, хлестнуть (кнутом и т.п.). Qamçı çalmaq kimə бить кнутом, стегать хлыстом кого: 6. ударять, ударить обо что-л. Daşa çalmaq nəyi ударить о камень что, divara çalmaq nəyi ударить об стенку что, yerə çalmaq ударить об пол, о землю 7. разг. вырвать из рук, выхватить рывком, отнять. Əlindən çalmaq kimin nəyi выхватить из рук кого что 8. разг. выкрасть, похитить, угнать кого, что. Mal-qarasını çalmaq kimin угнать скот чей, у кого 9. косить, скашивать, скосить (срезать траву или хлеба косой, косилкой). Ot çalmaq косить траву (сено) 10. подметать, подмести метлой, сметать, смести, очищать, очистить от чего-л. Tövləni çalmaq подмести метлой конюшню, həyəti çalmaq подмести двор, çalğı ilə çalmaq подметать метлой 11. взмахивать, взмахнуть. Qanad çalmaq взмахивать крыльями 12. моргать, моргнуть, мигать, мигнуть (непроизвольно быстро опустить и поднять веки и ресницы). Kirpik çalmaq моргать глазами 13. заквашивать, заквасить (положив закваску, вызвать кислое брожение). Qatıq çalmaq (südü çalmaq) заквасить молоко 14. взбивать, взбить (лёгкими ударами сделать пенистым, вспенить). Yumurtanı çalmaq взбивать яйцо 15. готовить, приготовить (о способе приготовления некоторых азербайджанских национальных мучных блюд). Halva çalmaq готовить халву, quymaq çalmaq готовить куймаг 16. приправлять, заправлять, сдабривать что-л. с чём-л. Xörəyə un çalmaq заправлять мукой какое-л. блюдо 17. жалить, ужалить (ранить, впиваясь жалом, хоботком). İlan çaldı kimi змея ужалила кого, əqrəb çalıb kimi скорпион ужалил кого ◊ qələbə çalmaq одерживать, одержать победу; qələm çalmaq: 1. воспевать, воспеть, хвалить, похвалить (в своих произведениях, статьях и т.п.); 2. многократно писать, письменно выступать против кого-л.; qılınc çalmaq рубить саблей (мечом); воевать, сражаться с оружием в руках; əl çalmaq (çəpik çalmaq) аплодировать, рукоплескать кому-л., хлопать в ладоши; zəng çalmaq звонить, позвонить: 1) подавать сигнал звонком. Qapının zəngini çalmaq позвонить в дверь 2) вызывать, вызвать для разговора по телефону; ilmə çalmaq завязать петлю; təpik çalmaq топать, протопать; шагать, прошагать; fit çalmaq: 1. издавать гудок; 2. свистеть, свистнуть; fışqırıq çalmaq свистеть, свистнуть; laylay çalmaq петь колыбельную; ayrı hava çalmaq запеть, петь другую песню (заговорить или повести себя иначе под влиянием обстоятельств, принуждений); qırxında öyrənən gorunda çalar всему своё время (буквально: кто в сорок лет учится играть, тот научится на том свете); dili topuq çalır kimin язык заплетается у кого; külüng çalmaq неутомимо трудиться в какой-л. области; çalmadan oynamaq быть в хорошем настроении; ömrünü (həyatını) daşa çalmaq прожигать жизнь, бесцельно прожить годы; sən çaldın букв.: ты сыграл (т. е. тебе повезло, ты выиграл); qulağım çaldı я услышал краем уха 2 глаг. 1. nəyə отливать чем (отсвечивать каким-л. оттенком, отличающимся от основного цвета). Sarıya çalmaq отливать жёлтым цветом, boz rəngə çalmaq отливать серым цветом, gümüşü rəngə çalmaq отливать серебряным цветом, отливать серебром 2. kimə быть похожим на кого, напоминать кого. Atasına çalır похож на отца, danışığı nənəsinə çalır манера её говора напоминает бабушку 3. отдавать чем-нибудь, иметь привкус чего-л.

    Azərbaycanca-rusca lüğət / çalmaq

çalmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (musiqi) to play (d.); 2. (mıx və s.) to drive* in (d.), to hammer in (d.); paz ~ to drive* in a wedge; (məc.) to thrust* a wedge; 3. (qanad) to flap; qanad ~ to flap (its) wings; 4. (çəpik və s.) to clap; çəpik ~ to clap one’s hands; 5. (rəng və s.-də) to be* shot (with a colour); qırmızıya / yaşıla və s. ~ to be* shot with red / green, etc. 6. (ilan və s.) to sting* (d.), to bite* (d.); 7. (ot və s.) to mow (down) (d.); to cut* (d.)

    Azərbaycanca-ingiliscə lüğət / çalmaq

çalmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) jouer vt ; 2) clouer vt ; enfoncer vt (mix və s) ; 3) sonner vi (saat) ; 4) qanad ~ battre des ailes ; 5) çəpik ~ applaudir vi ; 6) ot ~ faucher vt

    Azərbaycanca-fransızca lüğət / çalmaq

çalmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ягъун (музыкадин алатдал); saz çalmaq чуьнгуьр ягъун; nağara çalmaq далдам ягъун; 2. ягъун; mıx çalmaq масмар ягъун; ot çalmaq векь ягъун; layla çalmaq лайлаяр ягъун (лугьун); // кӀасун (мес. кьачӀарагди, гьуьлягъди); 3. гатун, гатана ваниз тун; qapını çalmaq рак гатун; 4. кӀур гун (чӀижре); 5. тав акьалтун, -вал акьалтун; ...жуьре хьун, ухшар хьун (рангарин гьакъинда); qırmızıya çalmaq яру тав (ярувал) акьалтун; 6. вегьин, кекисун, эцягъун (мес. гъуд, кьуьл); 7. рах. къакъудун; вегьена кьун, къачун; 8. рах. чуьнуьхун; 9. акадарун (мес. какадин къибни лаз тӀурунив сад-садак акадарна сад авун); // авун (мес. мая гана къатух); 10. ктадиз-ктадиз (акадриз-акадриз) чурун; авун (мес. иситӀа); ** əl çalmaq кил. əl; kirpik çalmaq кил. kirpik; qanad çalmaq кил. qanad; qələbə çalmaq гъалиб хьун, уфтан хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / çalmaq
  • 2 гл. шуткун (ккулунив), ккул ягъун, ккул элягъун, ккул алтадун.

    Azərbaycanca-ləzgicə lüğəti / çalmaq
  • 3 гл. чалма ягъун, чалма хьиз кьилел арушун (алчукун), кьилик кутӀунун.

    Azərbaycanca-ləzgicə lüğəti / çalmaq

çalmaq sözünün türk dilinə tərcüməsi

çalmaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Oğurlamaq, xəlvəti götürmək. 2. Döymək. (“Koroğlu” dastanının lüğəti) Sürüsündən quzu qapdım, uladım, Kəllə kəsdim, igid qanı yaladım, Çaldım, çapdım, çox sövdəgər taladım, Bazırganda arzumanım qalmadı.                    (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası

"çalmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çalmaq nədir? #çalmaq sözünün mənası #çalmaq nə deməkdir? #çalmaq sözünün izahı #çalmaq sözünün yazılışı #çalmaq necə yazılır? #çalmaq sözünün düzgün yazılışı #çalmaq leksik mənası #çalmaq sözünün sinonimi #çalmaq sözünün yaxın mənalı sözlər #çalmaq sözünün əks mənası #çalmaq sözünün etimologiyası #çalmaq sözünün orfoqrafiyası #çalmaq rusca #çalmaq inglisça #çalmaq fransızca #çalmaq sözünün istifadəsi #sözlük