dalmaq sözü azərbaycan dilində

dalmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dalmaq • 93.5065%
  • Dalmaq • 6.4935%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dalmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Görünməyəcək dərəcədə suyun içinə girmək, batmaq. Suya dalmaq. – Dəryalara mən dalanda; Şirin cana dərd salanda; Dava zamanı olanda; Əyilməz, sınmaz dəmirəm. “Koroğlu”. // Məc. mənada. Saçın kimi qıvrılan dalğalara dalaydım; Dalıb ilham alaydım. M.Müşfiq. // məc. Bir şeyin içində qərq olmaq. Qaranlığa dalmış şəhərə baxırdılar. Ə.Məmmədxanlı. 2. məc. Özünü unutmaq dərəcəsində bir şeylə dərindən məşğul olmaq, bir şeyə başı qızışmaq (adətən, “fikrə”, “xəyala”, “sükuta”, “yuxuya” və s. sözlərə qoşularaq işlənir). Fikrə dalmaq. Sükuta dalmaq. – Bu gözəl mənzərənin seyrinə dalmaqdan isə; Daha xoşdur, gedib öz dərdimə dərman etsəm. A.Səhhət. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz qaldım. H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / dalmaq

dalmaq sözünün etimologiyası

  • 1 Dalğa, dalğıc, dalğın kəlmələri ilə kökdaşdır. Qədim mənası “batmaq, qərq olmaq” deməkdir (xəyala dalmaq, suya dalmaq...). Dalğa – suyun sanki qabar­ması (qalxması) və çəkilməsi (batması) kimi anlaşıla bilər. Xəyala dalmaq, dalğın kimi söz və ifadələrdəki dal hissəsi feildir və “yüklənmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dalmaq

dalmaq sözünün rus dilinə tərcüməsi

  • 1 погружаться, погрузиться, окунуться

    Azərbaycanca-rusca lüğət / dalmaq
  • 2 глаг. погружаться, погрузиться: 1. окунаться, окунуться. Suya dalmaq погрузиться в воду 2. перен. целиком отдаваться, отдаться какому-л. занятию, чувству. Fikrə dalmaq погрузиться в думы, düşüncələrə dalmaq погрузиться в раздумья, yuxuya dalmaq погрузиться в сон

    Azərbaycanca-rusca lüğət / dalmaq

dalmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (suya) to sink* (into), to settle down; 2. (fikrə, xəyala) to be* absorbed (in), to be* lost / buried (in); xəyala ~ to be* absorbed / lost / buried in thought

    Azərbaycanca-ingiliscə lüğət / dalmaq

dalmaq sözünün fransız dilinə tərcüməsi

dalmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. михьиз (тахквар кьадар) гьахьун (циз), батмиш хьун, михьиз акатун (цик); // пер. кьил ягъун (лепейриз); // пер. са куьнин (мес. мичӀивилин) къене квахьун; 2. пер. жув (вич) рикӀелай алатдай дережеда са куьнал машгъул хьун, са затӀуник гзаф кьил акахьун; fikrə dalmaq фикирди кьун (тухун, тӀушунун), фикирдиз фин, фикирдик акатун; xəyala dalmaq хиялри кьун (тухун), хиялриз фин, хиялрик акатун; yuxuya dalmaq ахвари тухун, ахварал фин; sükuta dalmaq секинвал гьатун, секин хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / dalmaq

dalmaq sözünün türk dilinə tərcüməsi

"dalmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dalmaq nədir? #dalmaq sözünün mənası #dalmaq nə deməkdir? #dalmaq sözünün izahı #dalmaq sözünün yazılışı #dalmaq necə yazılır? #dalmaq sözünün düzgün yazılışı #dalmaq leksik mənası #dalmaq sözünün sinonimi #dalmaq sözünün yaxın mənalı sözlər #dalmaq sözünün əks mənası #dalmaq sözünün etimologiyası #dalmaq sözünün orfoqrafiyası #dalmaq rusca #dalmaq inglisça #dalmaq fransızca #dalmaq sözünün istifadəsi #sözlük