* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. Evə adamlar doldu. Otağa soyuq hava doldu. Miniklər gəmiyə doldular. – Sar gəlsin dağa dolsun; Bülbüllər bağa dolsun. (Bayatı). Mal-qara kəndə dolub hayküy salmaqda idi. Ə.Vəliyev. // Dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq, boşluq qalmamaq. Stəkanlar çayla doldu. – Mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. C.Məmmədquluzadə. Məktəb həyəti oğlan-qızla dolmuşdu. Mir Cəlal. Bir çoxları yığılıb buraya gəldi, ev-eşik adamla doldu. S.Rəhimov. // Məc. mənada. [Orxan:] Ah, qəlbimə sanki od-alov dolmuş. H.Cavid. Gülsəhər qızlarını görüncə ürəyi fərəhlə doldu. Ə.Vəliyev. Əzizin ürəyi atalıq qüruru ilə doldu. S.Rəhman. Nəbinin ürəyinə şübhə doldu: “Yəqin ki, bəy Yusifi döyməyə gəlib”. Ə.Abasov. 2. Girmək, daxil olmaq (çoxlu miqdarda). Qulaqlarıma su doldu. – Qarşıdakı ikitağlı böyük pəncərədən işıq içəri dolurdu. M.İbrahimov. // Nüfuz etmək. Gülşad qapını açıb içəri girəndə otaqdakı soyuq bədəninə doldu. Ə.Vəliyev. 3. Yayılıb hər tərəfi tutmaq, bürümək, örtmək, qaplamaq. Ətrafa səs doldu. // Örtülmək, tutulmaq. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Günəş batandan azca sonra, sinəsi yarıq-yarıq, böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. M.İbrahimov. Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. Mir Cəlal. 4. Kökəlmək, ətə-cana gəlmək. Ətə dolmaq. 5. Doluxsunmaq, kövrəlmək, tutulmaq, əhvalı pozulmaq, hiddətlənmək, acıqlanmaq. O doldu, qaşqabağı qara bulud kimi üstdən aşağı sallandı. S.Rəhimov. 6. Girmək, çatmaq, yetmək. Ağabəyim ağa artıq böyüyüb, 14-15 yaşına dolmuşdu. Çəmənzəminli. 7. Yetişərək şirə hasil etmək, sütülləşmək. Sünbüllər yavaş-yavaş dolur. 8. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Planların hamısı dolmuşdur.
Azərbaycan dilinin izahlı lüğəti / dolmaq6 1. DOLMAQ, BÜRÜMƏK, TUTMAQ (hər tərəfə yayılıb tutmaq) 2. dolmaq bax girmək 1, 3
Azərbaycan dilinin sinonimlər lüğəti / dolmaq1 DOLMAQ – BOŞALMAQ Bir yandan boşalır, bir yandan dolur; Sirrini verməyir sirdaşa dünya (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / dolmaq1 1. наполняться, заполняться; 2. набиваться, фаршироваться; 3. наливаться; 4. запломбироваться; 5. выполняться;
Azərbaycanca-rusca lüğət / dolmaq2 глаг. 1. наполняться, наполниться; заполняться, заполниться 1) становиться, стать занятым к ем-, чем-л. Zal adamla doldu зал наполнился людьми, stansiya qatarla doldu станция заполнилась составами, vedrə doldu ведро наполнилось, gözləri yaşla doldu глаза наполнились слезами 2) становиться, стать переполненным ч ем-л. (мыслями, переживанием и т.п.). Qəlbim sevinclə doldu душа моя наполнилась радостью 2. наливаться, налиться: 1) созревать, созреть. Sünbüllər dolur колосья наливаются 2) перен. преисполняться, преисполниться (злобой, гневом и т.п.) 3. разг. выполняться, быть выполненным (о плане, норме). İllik plan doldu годовой план выполнен, norma doldu норма выполнена; yaşa dolmaq достигать, достигнуть зрелого возраста; ətəqana dolmaq полнеть, пополнеть ◊ səbir kasası dolub kimin чаша терпения переполнилась чья, у кого; ürəyi qanla dolur kimin сердце обливается кровью у кого; gözləri dolmaq kimin быть готовым расплакаться; bulud kimi dolmaq: 1. быть готовым расплакаться; 2. быть готовым взорваться, вспыхнуть (от гнева); gözləri qanla doldu глаза налились кровью; готов совершить преступление
Azərbaycanca-rusca lüğət / dolmaq1 f. 1. to fill (with), to fill up (with); Zal tezliklə doldu Soon the hall filled; Tezliklə həyət adamla doldu Soon the yard filled / filled up with people; Onun gözləri yaşla doldu His / Her eyes filled with tears; 2. (plan) to be* fulfilled / carried out; 3. (sünbül) to become* / to get* juicy, to start to become ripe; ◊ gözü qanla ~ to be* ready to commit a crime
Azərbaycanca-ingiliscə lüğət / dolmaq1 гл. 1. ацӀун; ацӀанвай гьалдиз атун; // пер. ацахьун; гьатун; 2. гьатун, чукӀун, ацалтун, кьун (мес. ванци); 3. куьк хьун, як акьалтун, якӀа-чӀарчӀе гьатун; ətə dolmaq як акьалтун; 4. вилер ацӀун, гьалар чӀур хьун, чӀзанун; хъел атун; 5. гьахьун, хьун, агакьун (мес. пудкъад яшдив).
Azərbaycanca-ləzgicə lüğəti / dolmaq