* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Dünyaya bala gətirmək; balalamaq. Uşaq doğmaq. Bala doğmaq. – Sənin kimi oğlanı; Analar tək-tək doğar. (Bayatı). …Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə. Bir il sonra Zeynəb bir oğlan doğdu. M.İbrahimov. 2. məc. Çıxmaq, görünmək, tülu etmək (göy cisimləri haqqında). Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi. (Bayatı). Səhər oldu, ay gizləndi, gün doğdu. Q.Zakir. [Dursun:] Səlimqızı, bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. C.Cabbarlı. Bu gecə doğmuş həqiqət günəşi; Parlamış üzlərə zəhmət günəşi. M.Müşfiq. 3. Meydana çıxmaq, ortaya çıxmaq, əmələ gəlmək, törəmək, irəli gəlmək, nəşət etmək, hasil olmaq. Qələm tez-tez qələmdandakı davata batırılıb kağızın üzərində dolaşır, sətir-sətir dalınca doğur, qəmli şairin ürəyini yüngülləşdirirdi. Çəmənzəminli. 4. köhn. Doğulmaq.
Azərbaycan dilinin izahlı lüğəti / doğmaq2 Məcazi mənada: çıxmaq, görünmək, tülu etmək (göy cisimləri haqqında). (“Koroğlu” dastanının lüğəti) Qeyd: quyruq doğmaq ifadəsində də doğmaq sözü quyruğabənzər (quyruqlu) ulduzun görünməsi ilə bağlı işlənir. Bir də gördü ki, məşriqdən bir ulduz, məğribdən də bir ulduz doğdu. (“Alı kişi” )
Azərbaycan dastanlarının leksikası / doğmaq4 1. DOĞMAQ [Yasəmən:] Baba, dönmüş taleyim burada da məni ərimin yanında xəcil etdi, qız doğdu (S.S.Axundov); BALALAMAQ (heyvanlar haqqında) Keçi o vaxt balalayır ki, balası pöhrəlikdə yarpaqlar arasında gizlənə bilsin (M.Aslan); KÜÇÜKLƏMƏK (vulq.) (təhqir məqamında) Qızı küçükləyəndə, adam bilib subaylığım ilə 40 manat xərcə düşdüm (Mir Cəlal). 2. doğmaq bax çıxmaq I
Azərbaycan dilinin sinonimlər lüğəti / doğmaq1 DOĞMAQ – BATMAQ Yenidən doğmaq üçün batdı. Gözlərdən itdi (S.Rüstəm). DOĞMAQ – ÖLMƏK Bir il sonra Zeynəb oğlan doğdu (M.İbrahimov); Ölər, kişitək ölər ələ düşməz o, yalnız (B.Vahabzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / doğmaq1 1. родить, рожать, жеребиться, отелиться, ягниться; 2. восходить (о солнце и луне); 3. зарождаться, возникнуть;
Azərbaycanca-rusca lüğət / doğmaq2 глаг. 1. рожать, родить (производить, произвести на свет подобных себе). Uşaq doğmaq родить ребенка, oğlan doğmaq родить мальчика 2. перен. появляться, появиться; зарождаться, зародиться; возникать, возникнуть. Buradan yeni məsələ doğur отсюда возникает новый вопрос, arzu doğdu появилось желание, ideya doğdu возникла идея 3. восходить, взойти (о появлении небесных светил). Günəş doğdu взошло солнце, ay doğdu взошла луна
Azərbaycanca-rusca lüğət / doğmaq1 f. 1. to give* birth (to); məc. to give* rise (to); (at) to foal; (qoyun) to lamb; (inək) to calve; (maral) to fawn; (pişik) to kitten; (donuz) to farrow; 2. (günəş, ay) to rise*; Günəş doğur The sun is rising; 3. (meydana çıxmaq) to arise*; Buradan yeni bir sual doğur A new question arises here
Azərbaycanca-ingiliscə lüğət / doğmaq1 f. accoucher vt, enfanter vt, mettre au monde ; lever (se) ; ay doğur la lune se lève
Azərbaycanca-fransızca lüğət / doğmaq1 гл. 1. хун; рухун; uşaq doğmaq аял хун; 2. экъечӀун, акун, акьун (мес. рагъ, варз); 3. майдандиз атун, арадиз акъатун, гьасил хьун; 4. куьгьн. ханваз хьун, дидедиз хьун.
Azərbaycanca-ləzgicə lüğəti / doğmaq