* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. – …Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir. Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi. // Bir boyda, bir ölçüdə kəsmək. Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı. M.Hüseyn. // Ağzı iti bir kəsərti və ya alətlə bir şeyi kəsik-kəsik etmək, tikə-tikə etmək, parçalamaq. [Fərhad] kəlbətini kəmərindən çıxarıb məftilləri doğramağa başladı. Ə.Vəliyev. // məc. Para-para etmək. Doğradı qəmzən xədəngi bağrımı, qan eylədi. Nəsimi. Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı. Ə.Cavad. [Etibarın] göz yaşları Dilaranın həssas ana qəlbini tikə-tikə doğradı. M.İbrahimov. 2. Bölmələrə, arakəsmələrə ayırmaq. Taxtanı bölmələrə doğramaq. 3. məc. dan. Laf vurmaq, yalandan vədə vermək mənasında.
Azərbaycan dilinin izahlı lüğəti / doğramaq1 Kökü toğ (“kəs” deməkdir) kəlməsidir. Doğ-u-ra kimi olub (u isim düzəldib), -ra feil düzəldir. Uyğur dilində doğ (toğ) feili var, “kəsmək” deməkdir. Kəlmə onunla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / doğramaq2 глаг. 1. рубить (ударяя секущим орудием, разделять на части); разрубить. Odun doğramaq рубить дрова, ət doğramaq рубить мясо 2. резать: 1) разделять на части острым орудием; разрезать, нарезать. Çörək doğramaq резать хлеб, kağızı doğramaq резать бумагу 2) перен. причинять острую, режущую боль. Arxa çantası çiynimi doğrayır рюкзак режет плечо 3. крошить (раздроблять на мелкие кусочки); раскрошить. Çörək doğramaq крошить хлеб, göy doğramaq крошить зелень 4. колоть (раздроблять, разделять на куски), расколоть. Qənd doğramaq колоть сахар 5. тех. вальцевать (дробить вальцами), развальцевать ◊ doğrayıb tökmək трепаться, пустословить; xəngəl kimi doğramaq kimi рубить в капусту кого; ovqatına soğan doğramaq kimin солить, насолить, портить, испортить настроение чьё, кому
Azərbaycanca-rusca lüğət / doğramaq1 f. 1. (ağacı) to fell (d.); (odunu) to hew (d.), to hack (d.), to chop (d.); 2. (əti) to mince, to chop (d.); 3. (qılıncla) to cut* (d.), to sabre (d.), to slash (d.); 4. (mişarla) to saw (d.); 5. (çörəyi və s.) to crumble (d.); çörək ~ to crumble bread; (dilim-dilim kəsmək) to slice bread; 6. (dilim-dilim doğramaq) to cut* (d.) (into pieces), to slice (d.)
Azərbaycanca-ingiliscə lüğət / doğramaq1 f. abattre vt, couper vt ; odun ~ fendre du bois ; ət ~ hacher la viande çörək ~ couper (trancher) le pain
Azərbaycanca-fransızca lüğət / doğramaq1 гл. 1. куьткуьнун, кӀус-кӀус атӀун, кӀус-кӀус авун (мес. як, фу); // хун; кукӀварун; odun doğramaq кӀарасар куьткуьнун (хун); 2. кӀар-кӀарун, тике-тике авун (мес. хехинив сим); // пер. пад-пад авун; 3. пер. рах. туп ягъун, тапарривай гаф гун манада; 4. ...doğrayan ...куьткуьндай(ди); ətdoğrayan як куьткуьндайди а) як регъведай, як чӀугвадай машин; б) як кукӀвардай кьасабчи; в) як гатадай дегьре; silosdoğrayan (maşın) силос куьткуьндай (машин).
Azərbaycanca-ləzgicə lüğəti / doğramaq