boğmaq sözü azərbaycan dilində

boğmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • boğmaq • 99.1909%
  • Boğmaq • 0.6472%
  • BOĞMAQ • 0.1618%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.89 dəfə / 1 mln.
2003 •••••••••••••• 3.15
2004 ••• 0.67
2005 •••••••••••• 2.70
2006 ••••••• 1.58
2007 ••• 0.63
2008 •••••• 1.22
2009 •••••••• 1.92
2010 ••••••••••••• 3.00
2011 •••••••••• 2.23
2012 ••••••• 1.46
2013 •••••••••••••••••••• 4.81
2014 ••• 0.69
2015 ••••• 1.02
2016 •••••• 1.39
2017 ••••• 0.98
2018 •••••••••• 2.25
2019 •••••• 1.25
2020 ••••••••• 1.99

boğmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Boğazı sıxmaqla nəfəs yolunu, nəfəsini kəsmək. Boğazından yapışıb boğmaq. Boyunduruq öküzün boynunu boğur. – [Bayram:] Yüyürdüm yanına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. M.F.Axundzadə. Baba qollarını ata-ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Çəmənzəminli. Arvadı hıçqırıq boğdu. M.İbrahimov. Ağlamaq məni boğdu. Mir Cəlal. // Nəfəs almağı çətinləşdirmək, nəfəs almağa qoymamaq. Buranın havası adamı boğur. 2. Boğub öldürmək. Çaqqal toyuqları boğdu. – [Rəsul:] Kişi məni boğmağa gətirib. N.Vəzirov. // Suya batırıb öldürmək. Küçüyü suya atıb boğmaq. 3. Əl, ip və s. ilə sıxmaq. Çuvalın ağzını boğmaq. Borunun bir tərəfini boğ, su axmasın. // Tarım çəkmək, bağlamaq, sarımaq. [Göyərçin] gümüş kəmərini açaraq, bir az daraltdı və belini boğdu. S.Rəhimov. 4. məc. Yolunu daraldaraq suyunu azaltmaq (arxın). 5. məc. İnkişaf etməyə, yayılmağa, güclənməyə qoymamaq; qabağını almaq. Azadlığı boğmaq. – Çar hökuməti 1905-ci il inqilabını boğmaq məqsədi ilə ermənilərlə müsəlmanlar arasında milli qırğın üçün bir zəminə hazırladı. M.S.Ordubadi. // məc. Yatırtmaq, məhdudlaşdırmaq, üzə çıxmasına, görünməsinə, eşidilməsinə mane olmaq. [Əlyarov] hirsini boğub, səsinə mülayim bir ahəng verdi. M.Hüseyn. Amma … Nadir ürəyinin tələbini boğub, öldürüb fürsətdən istifadə etmədi… B.Talıblı. İsfahani təzəcə yaralanmış ayı kimi qəzəbini boğa bilmədi… M.İbrahimov. 6. məh. Xam atı öyrətmək, sakitləşdirmək, ram etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / boğmaq

boğmaq sözünün etimologiyası

  • 1 Mənbələrdə göstərilir ki, ba feili olub və indiki “bağlamaq” mənasını əks etdirib. Həmin feildən bağ ismi də yaranıb. Eyni qayda ilə bo feili də mövcud olub və ondan boğ sözü əmələ gəlib. Boxça (əsli: boğça), boğaz (əsli: boğuz), buxaq (əsli: boğaq) sözləri də həmin boğ ad –feil omonimindən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / boğmaq

boğmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

boğmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. душить, задушить, удавить, сдавливать; 2. зажимать; 3. вызвать удушье; 4. топить (в воде);

    Azərbaycanca-rusca lüğət / boğmaq
  • 2 глаг. kimi: 1. душить: 1) сдавливать горло, лишать жизни кого; задушить. İplə boğmaq душить верёвкой 2) затруднять дыхание, не давать свободно дышать. Tüstü boğur дым душит, öskürək boğur кашель душит 2. топить, потопить, утопить (погрузить в воду) кого где 3. затягивать, затянуть. Belini boğmaq затянуть пояс, талию, çuvalın ağzını boğmaq затянуть мешок 4. суживать канаву, чтобы уменьшить в ней приток воды 5. перен. подавлять, подавить: 1) заглушать. Hissini boğmaq подавлять чувства, hirsini boğmaq подавить злобу 2) уничтожать (прекращать силой). Üsyanı boğmaq подавить восстание 3) зажимать, мешать свободному проявлению. Tənqidi boğmaq подавлять критику

    Azərbaycanca-rusca lüğət / boğmaq

boğmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to strangle (d.), to throttle (d.), to choke (d.), to suffocate (d.), to suppress (d.), to keep down (d.); azadlığı ~ to strangle / to throttle freedom; tənqidi ~ to suppress the criticism; təşəbbüsü ~ to keep* down the initiative; hirsini / acığını ~ to suppress one’s anger / rage; Göz yaşları məni boğurdu Tears choked me; 2. (suda) to drown (d.); (səsi) to drown (d.)

    Azərbaycanca-ingiliscə lüğət / boğmaq

boğmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. étrangler vt ; étouffer vt ; priver qn de sa vie ; noyer vt, couler vt (suda) ; réprimer vt, écraser vt ; tənqidi ~ réprimer la critique ; təşəbbüsü ~ étouffer l’initiative ; hirsini (acığını) ~ étouffer son rage

    Azərbaycanca-fransızca lüğət / boğmaq

boğmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. бамишун, бамишарун (туьд чуькьвена нефес атӀун, ял кьун); 2. чуькьвена кьун; чуькьуьн; // тӀарамдиз ялун, ялна кутӀунун (мес. чӀулунив юкь); 3. пер. сив дар авуна яд тӀимиларун (хвалан); 4. пер. вилик пад кьун; 5. пер. къене тун, винел акъуд тавун (мес. хъел); 6. пер. хам балкӀан вердишарун, авхарун, рам авун.

    Azərbaycanca-ləzgicə lüğəti / boğmaq

boğmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#boğmaq nədir? #boğmaq sözünün mənası #boğmaq nə deməkdir? #boğmaq sözünün izahı #boğmaq sözünün yazılışı #boğmaq necə yazılır? #boğmaq sözünün düzgün yazılışı #boğmaq leksik mənası #boğmaq sözünün sinonimi #boğmaq sözünün yaxın mənalı sözlər #boğmaq sözünün əks mənası #boğmaq sözünün etimologiyası #boğmaq sözünün orfoqrafiyası #boğmaq rusca #boğmaq inglisça #boğmaq fransızca #boğmaq sözünün istifadəsi #sözlük