baxmaq sözü azərbaycan dilində

baxmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • baxmaq • 98.9137%
  • Baxmaq • 1.0475%
  • BAXMAQ • 0.0388%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.23 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 23.98
2003 •••••••• 9.05
2004 •••••••• 9.10
2005 •••••••••••••••• 18.22
2006 ••••••••••••••••••• 21.85
2007 ••••••••• 9.94
2008 •••••••••••• 13.40
2009 •••••••••••••••••••• 23.52
2010 •••••••••••••••• 19.06
2011 •••••••••••••••• 18.10
2012 •••••••••••••• 16.35
2013 •••••••••••••••• 18.23
2014 •••••••••••••••••• 21.45
2015 •••••••••••••••• 18.71
2016 ••••••••••••• 15.27
2017 •••••••••••• 14.31
2018 •••••••••••••• 16.03
2019 ••••••••••••• 14.74
2020 •••••••••••••••••• 20.82

baxmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək. Şəklə baxmaq. Pəncərədən baxmaq. Diqqətlə baxmaq. Ətrafına baxmaq. Güzgüyə baxmaq. Haraya baxırsan? – Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü kəsdi. N.Nərimanov. □ Qabağa (irəliyə) baxmaq – gələcəyi görmək, nəzərdə tutmaq. 2. Tamaşa etmək, gözdən keçirmək, müşahidə etmək, seyr etmək. Kinoya baxmaq. Şəklə baxmaq. Bu mənzərəyə baxdıqca, insanın könlü açılır. – Yorğun Rüstəm daşa söykənir, üfüqə baxa-baxa (z.) yuxuya gedir. S.Rəhimov. 3. Mütaliə etmək, ötəri oxuyaraq, ya göz gəzdirərək tanış olmaq, gözdən keçirmək; tanış olmaq. Kitaba baxmaq. Qəzetə baxmaq. // Öyrənmək, oxumaq, məşğul olmaq. Dərslərinə baxmaq. // Yoxlamaq, gözdən keçirib düzəltmək, təshih etmək. Əlyazmalarına baxmaq. Şagirdlərin dəftərlərinə baxmaq. Korrekturaya baxmaq. 4. Göz gəzdirmək, axtarmaq, araşdırmaq. Yaxşı bax taparsan. Hər yerə baxdım, tapa bilmədim. 5. Yoxlamaq, müayinə etmək. Nəbzinə baxmaq. Hərarətinə baxmaq. İsti-soyuqluğuna baxmaq. 6. Birindən nümunə götürmək, ibrət götürmək, özünü ona oxşatmaq, fikir vermək. Yoldaşlarına bax, özünü düzəlt. Sən ona baxma, öz ağlınla iş gör! 7. Fikir vermək, əhəmiyyət vermək, diqqət yetirmək, nəzərə almaq, qulaq asmaq, hesablaşmaq. Deyilənlərin heç birinə baxmadı. Edilən göstərişlərə baxsaydı, belə olmazdı. – Səcdə qıl yarə, könül, baxma o zahid sözünə. S.Ə.Şirvani. [Məhəmməd Ağa:] Ay kişi, özgənin sözünə nə üçün baxırsınız. N.Nərimanov. [Mirzə Fətəli:] Amma oğlum, nəvələrim də görsələr mənə hesabdır; camaatın avamlığına baxma. Ə.Haqverdiyev. Ağrın alım, sözə bax, evimizdə səndən savay gör; Heç varmı bir oyaq? Ə.Cəmil. 8. Bir şey haqqında müəyyən rəyi, fikri, mülahizəsi olmaq; bir münasibət göstərmək, qiymətləndirmək, hesab etmək, saymaq. Sən bu məsələyə necə baxırsan? Bu işə sadə bir iş kimi baxmaq olmaz. Mən ona bir alim kimi baxıram. – Ona [Əsədə] sabah yoldaşları necə baxacaqlar, cürətli və doğruçu deyib, ehtiram edəcəklərmi? B.Talıblı. 9. Müzakirə etmək, gözdən keçirmək. İclasda hansı məsələlərə baxacaqlar? Məhkəmə bu gün işə baxacaqdır. 10. Ölçüb-biçmək, yoxlamaq, fikirləşmək, düşünmək, mülahizə etmək. Baxaram, vaxtım olsa, gələrəm. Baxarsan, xoşuna gəlsə, alarsan. 11. Qulluq etmək, xidmət etmək, qayğısına qalmaq, təmin etmək. Xəstəyə baxmaq. Atlara baxmaq. // Nəzarət etmək, göz qoymaq, göz-qulaq olmaq; üstündə gözü olmaq, qarovul çəkmək. Uşaqlara baxmaq. Sürüyə baxmaq. // İdarə etmək, başçılıq etmək, müdirlik etmək. Bu işlərə kim baxır? 12. Müalicə etmək, tibbi cəhətdən nəzarət etmək, müayinə etmək. Xəstəyə hansı həkim baxır? 13. Müəyyən tərəfə yönəldilmək, çevrilmək, döndərilmək, açılmaq. Evin pəncərələri həyətə baxır. Topların ağzı dənizə baxır. Binanın ön tərəfi şimala baxır. 14. dan. Asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq, tabe olmaq. Məsələnin həlli əksəriyyətə baxır. Bu iş sənə baxır. O baxır sənin fərasətinə. – Demək olar ki, kəndin bütün mədəni-maarif işləri ona baxır. “Kirpi”. 15. Əmr şəklində: bax – təkid, hədə, xəbərdarlıq, qəti tapşırıq bildirir, yaxud diqqəti deyilən sözə cəlb etmək üçün işlənir. Bax, gecikmə, ha! Bax, ehtiyatlı ol! Bax, mənim fikrim budur. Bax, qoçaqlıq buna deyərlər. – Xan qəti bir səslə: – Düzünü de görüm, necə oldu? – dedi … Bax, birini [Xanməmməd] altdan-üstdən desən, başın cəllad əlindədir. Çəmənzəminli. [Xavər:] Özünü gözlə, bundan sonra sən mənim üçün də olmasa, bax, bu balaca üçün özünü gözləməlisən. M.İbrahimov. 16. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: fala baxmaq, ağıza baxmaq, barmaqarası baxmaq, əyri baxmaq, yan baxmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / baxmaq

baxmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

baxmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. смотреть, глядеть, наблюдать; 2. заботиться, присматривать, прислуживать; 3. установить, вести надзор; обращать чье-то внимание; 4. рассматривать, слушать заново (судебное дело);

    Azərbaycanca-rusca lüğət / baxmaq
  • 2 прил. 1. смотреть, посмотреть 1) направлять взгляд, чтобы увидеть кого-л., что-л. Şəklə baxmaq смотреть на фотографию, saata baxmaq смотреть на часы, obyektivə baxmaq смотреть в объектив, yola baxmaq смотреть на дорогу, uzağa baxmaq смотреть вдаль, aşağı baxmaq смотреть вниз, diqqətlə baxmaq внимательно смотреть, yorğun baxmaq устало смотреть, hirslə baxmaq сердито смотреть 2) рассматривая, знакомиться с чем-л., быть зрителем на каком-л. представлении, зрелище. Kitablara baxmaq смотреть книги, televizora baxmaq смотреть телевизор, kinoya baxmaq смотреть кинокартину, futbola baxmaq смотреть футбол 3) заботиться о ком-л., чём-л., следить за кем-л., чем-л. Xəstəyə baxmaq смотреть за больным, təmizliyə baxmaq смотреть (следить) за чистотой, səliqə-sahmana baxmaq смотреть за порядком 4) перен. относиться каким-л. образом к кому-л., чему-л. Ayıq baxmaq трезво смотреть, ümidlə baxmaq с надеждой смотреть, dost kimi baxmaq смотреть как на друга, əyləncə kimi baxmaq смотреть как на развлечение 2. выходить, быть обращённым куда-л., направленным в какую-л. сторону. Ev cənuba baxır дом обращён на юг, evin pəncərələri dənizə baxır окна дома выходят на море 3. рассматривать, рассмотреть, обсуждать, обсудить. İclasda məsələyə baxmaq рассмотреть дело на собрании 4. просматривать, просмотреть. Qəzetlərə baxmaq просмотреть газеты 5. присматривать, ухаживать. Mal-qaraya kim baxır? кто присматривает за скотом? 6. ведать. Bu işlərə mən baxıram я ведаю этими делами 7. bax (baxın) употребляется для привлечения внимания кого-л.: смотри, посмотри, погляди. Bax, mən nə qədər göbələk yığmışam смотри, сколько грибов я собрал; бура бах погляди, послушай; bax gör nə qəşəng qızdır погляди, какая хорошенькая девочка; mənə bax слушай, послушай ◊ kimin dediyinə baxmaq слушаться кого, делать по чьему-л. указанию; kimin ağzına baxmaq, ağıza baxmaq слушаться кого, считаться с чьим мнением, смотреть в рот кому; ələ baxmaq быть зависимым (материально) от кого, быть на иждивении; üzünə baxmamaq kimin не замечать кого, не обращать внимания на кого; xor baxmaq пренебрегать к ем-, ч ем-л.; sözə baxmaq слушаться кого-л., fala baxmaq гадать (предсказывать, узнавать что-л.); dadına baxmaq nəyin пробовать что; əslinə baxsan (baxsanız) в сущности говоря; baxa bilmirəm не могу смотреть; baxdıqca baxmaq istəyirsən kimə, nəyə глядеть и не наглядеться на кого, на что, baxmaqdan gözünün kökü saralmaq проглядеть все глаза, baxmağa dəyməz глядеть не на что, глядеть не стоит; bax belə! вот так!

    Azərbaycanca-rusca lüğət / baxmaq

baxmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (tamamlıqsız) to look; (tamamlıqla) to look (at); diqqətlə ~ to look fixedly / intently; to stare (at), to gaze (at); pəncərədən ~ (içəridən bayıra) to look out of the window, (bayırdan içəri) to look through the window; gözünü zilləyib ~ to peer (at, into, through), to fasten one’s eyes / gaze (on, upon); dalınca ~ to follow with one’s eyes (d.); saata ~ to look at the watch / (stol, divar) clock; uzaqlara ~ to gaze / stare into the distance; ◊ bir kəsin gözünün içinə ~ to look smb. in the eyes; ◊ irəliyə ~ to look ahead, to look forward; 2. (məzmunu ilə tanış olmaq) to look through (d.); əlyazmasına ~ to look through a manuscript; 3. (pyesə, filmə və s.) to see* (d.); yeni filmə ~ to see* a new film; 4. (idman yarışına, televiziyaya və s.) to watch (d.); televiziyaya ~ to watch a TV programme; 5. (xəstəyə baxmaq) to examine (d.); xəstəyə ~ to examine a patient; 6. (qeydinə qalmaq) to look after (d.), to take care (of d.); uşağa ~ to look after a child, to take* care of the child; evə ~ to look after the house; to provide one’s family with all necessary things; 7. (optik cihazla) to look through; teleskopla ~ to look through a telescope; 8. (bir şeylə tanış olmaq) to have* a look (at); 9. (məhkəmədə işə baxmaq) to hear* (d.) Məhkəmə işə dünən baxdı The judge heard the case yesterday; Siz bu məsələyə necə baxırsınız? What is your opinion on this matter? What do you think of this matter?

    Azərbaycanca-ingiliscə lüğət / baxmaq

baxmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. regarder vi ; donner vi sur (açılmaq) ; examiner vt (həkim müayinəsi haqq.) ; considérer vt (əyninə geyib ~) ; interroger vt ; voir vt (film, tamaşa və s haqq.) ; surveiller vt (nəzarət etmək, baxmaq) ; soigner vt qn ; administrer vt, diriger vt ; ağzına ~ obéir à qn ; ayıq ~ juger sainement de ; ümidlə ~ regarder avec espérence (avec espoir) ; xəstəyə ~ garder vt le malade ; xor ~ négliger vt, dédaigner vt, faire fi de qch, mépriser vt ; xoşdur ~ c’est un vrai plaisir que de voir

    Azərbaycanca-fransızca lüğət / baxmaq

baxmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. килигун; тамашун; pəncərədən baxmaq дакӀардай килигун; 2. bax буйр. ф. килиг (кичӀерар гун, хабардарвал, къетӀи тапшуругъ ва я лугьузвай гафуниз дикъет желб авун патал кӀвалахардай гаф).

    Azərbaycanca-ləzgicə lüğəti / baxmaq

baxmaq sözünün türk dilinə tərcüməsi

"baxmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#baxmaq nədir? #baxmaq sözünün mənası #baxmaq nə deməkdir? #baxmaq sözünün izahı #baxmaq sözünün yazılışı #baxmaq necə yazılır? #baxmaq sözünün düzgün yazılışı #baxmaq leksik mənası #baxmaq sözünün sinonimi #baxmaq sözünün yaxın mənalı sözlər #baxmaq sözünün əks mənası #baxmaq sözünün etimologiyası #baxmaq sözünün orfoqrafiyası #baxmaq rusca #baxmaq inglisça #baxmaq fransızca #baxmaq sözünün istifadəsi #sözlük