* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Səfeh, ağılsız, gic. Axmaq adam. – Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox axmaq imiş. M.F.Axundzadə. // Mənasız, boş (söz, hərəkət, iş və s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir. – [Rüstəm bəy:] Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. [Tarverdi:] Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. C.Cabbarlı. // Zərf mənasında. [Tubu:] Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Ə.Haqverdiyev. // Bəzən söyüş kimi işlənir.
Azərbaycan dilinin izahlı lüğəti / axmaq2 f. 1. Bir istiqamətdə getmək, cərəyan etmək (mayelər və hava haqqında). Çay axır. Su axır. Damarlarda qan axır. – Ərir dağın, çölün qarı; Axır dərələrə sarı. A.Səhhət. [Tahir] pəncərədən içəri axan təmiz havada xumarlana-xumarlana yuxuya getdi. M.Hüseyn. 2. Sızmaq, xarab olduğu üçün mayeni buraxmaq. Dam axır. Qab axır. Kran axır. 3. Damcı-damcı tökülmək (axmaq). Qapında inləyim mən; Sözü de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı). 4. məc. Gəlmək, tökülmək. Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun. [Mürsəl kişi] qəmli ürəyinə axan bir sevincin təsiri ilə gülümsündü. M.Hüseyn. 5. məc. Qüvvətli kütlə və ya izdiham halında hərəkət etmək, irəliləmək, yerimək, getmək, gəlmək. Qoşunlar ardı-arası kəsilmədən axıb gedirdi. – Nəhayət, kəndlilərdən biri ayını tüfəng ilə vurub öldürüncə qələbəlik ayının yuvasına doğru axdı. A.Şaiq. Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı. M.S.Ordubadi. Bu təklifi qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı. S.S.Axundov. 6. məc. Sakit, müntəzəm hərəkət etmək. Buludlar sakit-sakit göydə axır. // Səlislik, ahəngdarlıq mənasında. Musiqinin səsi axır. 7. məc. Getmək, ötmək, keçmək (bəzən “axıb getmək” şəklində işlənir). Vaxt çox tez axıb gedir. Həyat öz qaydası ilə axıb gedir. Hər şey axır, hər şey dəyişir. – Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin. M.Müşfiq. Fikrində, hissində inqilab yarat; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun. // məc. Cərəyan etmək, başa gəlmək, keçmək. Həyat öz məcrası ilə axır. 8. Suyun üzü ilə, cərəyanı ilə getmək; cərəyan aparmaq. Qayıqlar sahil yanından axıb keçdi. 9. məc. Süzgün göz haqqında. Min yerdən “can!” deyildi; Hər axan süzgün gözə. Ə.Cavad. // Özündən gedən, can verən adamın gözləri haqqında.
Azərbaycan dilinin izahlı lüğəti / axmaq1 Suyun axması ağmaq kimi olub. Ağ isə “hündür” deməkdir. Su da həmişə hündürdən aşağıya axır (“su axar, çuxurunu tapar” deyirik). Mənbələrdə söz x yox, ğ hərfi ilə yazılıb: ağım qatıdır cümləsi rus dilinə “течение сильно” kimi tərcümə olunub.
Azərbaycan dilinin etimologiya lüğəti / axmaq7 I AXMAQ (müxtəlif mənalarda), SIZMAQ, TÖKÜLMƏK II axmaq bax səfeh
Azərbaycan dilinin sinonimlər lüğəti / axmaq1 AXMAQ – DAYANMAQ Axır şırıltıyla köpüklü çaylar (S.Vurğun); Gözündə qalmadı xalqın diləyi; Dayandı qan seli, səmum küləyi (O.Sarıvəlli).
Azərbaycan dilinin antonimlər lüğəti / axmaq1 1. течь, протекать, струиться; 2. глупый; 3. глупец, дурак, простофиля;
Azərbaycanca-rusca lüğət / axmaq2 1 глаг. 1. течь, потечь. Çay axır река течёт, yaradan qan axır кровь течёт из раны, damcı-damcı axmaq течь по капле, lal axmaq течь тихо (о реке); iti axmaq течь быстро, qıjıltı ilə axmaq течь, бежать с шумом 2. протекать, протечь. Gəminin anbarına su axdı вода протекла в трюм, evin üstü axır крыша протекает 3. тонуть, утонуть; axıb tökülmək: 1. стекать, стечь с чего-л.; 2. течь, потечь; axıb getmək вытекать, вытечь; axıb dolmaq: 1. вливаться, влиться; 2. натекать, натечь; şırnaqla axmaq струиться; axıb sızmaq просачиваться, просочиться; axan ulduzlar астр. падающие звёзды ◊ qan su yerinə axır(-dı) кровь лилась рекой, sel kimi axmaq течь потоком, валить валом; kimin gözləri axır закатываются глаза у кого 2 I сущ. разг. дурак (дура), болван II прил. дурной, глупый, неумный. Axmaq rəftar дурное поведение, axmaq hərəkət дурной поступок, axmaq xasiyyət дурной характер, axmaq vərdiş дурная привычка, axmaq insan глупый человек, axmaq söz глупое слово, axmaq sözbət глупый разговор III нареч. глупо. Axmaq danışmaq говорить глупо, говорить глупости, нести чушь ◊ axmağın biri дурак; axmaq oldum я сглупил; axmaq olma не будь дураком; axmaq tanıyıb (bilib) kimi принимает за дурака, считает дураком; axmaq tapıb нашёл дурака, не на дурака напал; ağlı axmağa gedib принимает за дурака; axmaq deyil не дурак; axmaq yerinə qoymaq kimi оставить в дураках кого; axmaq yerində qalmaq остаться в дураках; özünü axmaq yerinə qoymaq прикинуться дураком; axmaq kimi как дурак
Azərbaycanca-rusca lüğət / axmaq1 I. f. to flow, to run*; (fikir, səs və s.) to flow; (insan kütləsi) pour forth / down; (vaxt) pass; Çay axır The river flows / runs; Onun burnundan qan axır His / Her nose is bleeding; Onun ağzından su axır His / Her mouth is watering; f. Onun burnu axır His / Her nose is running, He / She has a running nose; Ondan tər axır He / She is bathed in perspiration / sweat. The sweat is pouring off him / off her; dənizə axmaq to flow into the sea; su kimi axmaq to flow like water; Qan damarlardan axır Blood runs in veins II. i. fool; idiot, block-head, dolt; tamam axmaq perfect / utter / complete fool; bir kəsi axmaq yerinə qoymaq to make* a fool of smb., to dupe smb.; axmaq yerində qalmaq to be* made a fool, to be* duped; özünü axmaq yerinə qoymaq to pretend to be fool; Axmaq olma! Don’t be a fool! III. s. 1. foolish, stupid, silly; axmaq cavab a foolish answer; axmaq adam a stupid / foolish man*; axmaq şeylər danışmaq to say* silly things; Siz nə axmaqsınız! How foolish you are! 2. bad, evil; axmaq hava bad weather; axmaq iy bad smell axmaq xəbər bad news; axmaq hərəkət bad action / behaviour; axmaq adam wicked / bad man*; axmaq iş evil deed; axmaq fikirlər evil thoughts IV. z. foolishly, stupidly; axmaq danışmaq to speak* stupidly / fool ishly, to speak* non-sense
Azərbaycanca-ingiliscə lüğət / axmaq1 1) f écouler (s’) ; épancher (s’) ; filer vi (ulduz haqq.) ; fuir vi, fuser vi (axıb getmə) ; 2) is. sot m ; imbécile m ; bête f ; andouille f (danış.) ; âne m bâté ; gourde f (lap axmaq) ; bête f à manger du foin ; idiot m ; bête comme ses pieds ; özünü ~ yerinə qoymaq faire la bête ; ~ olma! Ne sois pas bête (imbécile) ; ~ cavab une réponse idiote ; ~ adam un imbécile ; un stupide ; ~ şeylər danışmaq dire des bêtises ; Siz nə ~sınız! Que vous être stupide! ; ~ hərəkət une balourdise
Azərbaycanca-fransızca lüğət / axmaq1 прил. ахмакь, сефигь, акьулсуз, кӀамаш; axmaq adam ахмакь кас; // са манани авачир, манасуз, буш (гаф, гьерекат, кар ва мс.); axmaq fikir ахмакь фикир; // сущ. ахмакь (экъуьгъун манада).
Azərbaycanca-ləzgicə lüğəti / axmaq2 гл. 1. авахьун; çay axır вацӀ авахьзава; qab axır къапунай авахьзава; 2. пер. атун (къуват, шадвал ва мс.); санал кӀватӀ хьана гьерекат авун, къвез (алатиз) фин (мес. инсанрин кӀватал, кьушунар); 3. пер. кьурвал, туькӀвейвал манада (музыкадин ванцин гьакъинда); 4. пер. фин, алатун, алатна фин (мес. вахт, уьмуьр); 5. цин винел алаз, яд физвай патахъ фин; цел алаз фин, ци тухун; 6. пер. хумар вилерин гьакъинда; // вич-вичелай фейи, чӀур хьайи, ччан гузвай касдин вилерин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / axmaq