yaxmaq sözü azərbaycan dilində

yaxmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaxmaq • 97.8125%
  • YAXMAQ • 1.2500%
  • Yaxmaq • 0.9375%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yaxmaq sözünün leksik mənası və izahı

  • 1 bax yandırmaq. [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”. Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi.

    Azərbaycan dilinin izahlı lüğəti / yaxmaq
  • 2 f. 1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq. Çörəyə kərə yaxmaq. – Çıxdım Aya baxmağa; Qapıya qıfıl taxmağa; Qıza xına gəlibdi; Əllərinə yaxmağa. (Bayatı). [Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək xınanı pis yaxıbdır. Ü.Hacıbəyov. // Bulamaq, batırmaq. 2. məc. Əsassız olaraq isnad etmək, boynuna qoymaq, üstünə atmaq. [Fatma xanım:] Sənin bu ləçər qızın mənim üstümə oğurluq yaxır. N.Vəzirov. …Çar agentlərinə və bir casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. M.S.Ordubadi. ◊ Qara yaxmaq – bax qara. Ləkə yaxmaq – bax ləkə.

    Azərbaycan dilinin izahlı lüğəti / yaxmaq

yaxmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yaxmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 YAXMAQ I f. Sürtmək, çəkmək. ...Əslində isə bir kəndçi öz bicliyi ilə yüz şəhərlinin başına piy yaxar (M.İbrahimov). YAXMAQ II f. Yandırmaq. Şairlər, şairlər, bircə söz üstə; Sübhədək yaxdınız ürəyinizi (B.Vahabzadə).

    Azərbaycan dilinin omonimlər lüğəti / yaxmaq

yaxmaq sözünün rus dilinə tərcüməsi

  • 2 1 глаг. 1. мазать, намазывать, намазать. Çörəyə yağ yaxmaq мазать хлеб маслом, saçına həna yaxmaq намазать волосы хной 2. размазывать, размазать (пачкать, грязнить) ◊ qara yaxmaq kimə чернить, очернить кого, обливать, облить грязью кого; adına ləkə yaxmaq kimin чернить, очернить чьё доброе имя 2 глаг. см. yandırıb-yaxmaq ◊ canını atəşə yaxmaq поэт. испепелить сердце своё; özünü oda yaxmaq kimdən, nədən ötrü жертвовать, пожертвовать собой ради кого-л. чего; canını eşq oduna yaxmaq сгорать от любви

    Azərbaycanca-rusca lüğət / yaxmaq

yaxmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. to spread* (on d.), to smear (d. with); çörəyə yağ ~ to spread* bread with butter; maz ~ to apply an ointment (to); dodağını ~ to put* lipstick on; ◊ ufhf ~ to slander (d.), to vilify (d.), to smear (d.); to cast* slurs (upon); to fling* mud at smb. II. f. bax yandırmaq

    Azərbaycanca-ingiliscə lüğət / yaxmaq

yaxmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. алтадун; çörəyə kərə yaxmaq фал дуьдгъвер алтадун; 2. ягъун, эцигун (мес. гъилерал хине); 3. кьацӀурун; 4. пер. вегьин, хиве ттун; ** qara yaxmaq кил. qara; ləkə yaxmaq кил. ləkə.

    Azərbaycanca-ləzgicə lüğəti / yaxmaq
  • 2 кил. yandırmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / yaxmaq

"yaxmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaxmaq nədir? #yaxmaq sözünün mənası #yaxmaq nə deməkdir? #yaxmaq sözünün izahı #yaxmaq sözünün yazılışı #yaxmaq necə yazılır? #yaxmaq sözünün düzgün yazılışı #yaxmaq leksik mənası #yaxmaq sözünün sinonimi #yaxmaq sözünün yaxın mənalı sözlər #yaxmaq sözünün əks mənası #yaxmaq sözünün etimologiyası #yaxmaq sözünün orfoqrafiyası #yaxmaq rusca #yaxmaq inglisça #yaxmaq fransızca #yaxmaq sözünün istifadəsi #sözlük