* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. İtələyib, vurub, yaxud bərk toxunub yerə salmaq, yerə düşürtmək, yerə vurmaq; aşırmaq. Öküzü nallamaq üçün yerə yıxdılar. Külək adamı yıxır. // Üzərindən atmaq, yerə salmaq, devirmək, yerə vurmaq. Uşağı at yıxdı. 2. Yanı üstə qoymaq. 3. Bütün ağırlığı ilə düşmək, salmaq. [Kiçikxanım] güclə özünü taxtın üstünə yıxdı. Mir Cəlal. 4. Uçurmaq, dağıtmaq, xaraba qoymaq, viran etmək. Divarı yıxmaq. – Yıxar qayaları, atar dağları; Kəməndinə salar Koroğlu səni. “Koroğlu”. Böyük bir dünyanı yıxmaq, uçurmaq; Yerində başqa bir dünya da qurmaq? S.Vurğun. 5. Güləşmədə: basmaq, məğlub etmək. [Xəlfə:] …Süleymanı bu vaxtadək yıxan olmamışdı, elə verdin xoruzunu qoltuğuna!… C.Cabbarlı. 6. məc. Devirmək, zorla hakimiyyəti əlindən almaq. İstismarçı sinifləri yıxmaq. // məc. Mövqeyindən, vəzifəsindən düşürmək; mövqeyindən, vəzifəsindən düşməsinə nail olmaq. 7. Atmaq, həvalə etmək, yükləmək (adətən tərkiblərdə). Üzərinə yıxmaq. Üstünə yıxmaq. Öhdəsinə yıxmaq. – Deməli, biz ərin günahını arvadın boynuna yıxmaqda haqlı deyilik? M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / yıxmaq1 “Bütün günahlarını mənim üstümə yıxma”, - deyirik. Mənbələrin araşdırılması göstərdi ki, buradakı yıxmaq sözünün əsli yığmaq olub.Kökün son samiti (ğ) karlaşıb və yığmaqla “yıxmaq” qarışıq salınıb. İndi yığ və yıx tamam ayrı-ayrı mənalarda işlədilir. Yığmaq feilinin yıxmaq formasına düşməsi “üstümə yıxma” cümləsini frazeoloji vahidə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yıxmaq6 1. YIXMAQ (güləşdə birinə qalib gəlmək) [Balağa:] Hamı elə təsəvvür edir ki, mən səni Nardaranda yıxa bilərdim, özüm yıxmadım, gənc olduğun üçün rəhmim gəldi (H.Abbaszadə); SƏRMƏK Onu qarını sərdilər yerə (M.Rzaquluzadə); KÜRƏYİNİ YERƏ VURMAQ/QOYMAQ Həmid: Tək o demir, hamı danışır ki, kim Çopur Abdullanın kürəyini yerə vurarsa, tezliklə pəhləvanı aradan götürürlər (H.Abbaszadə); BASMAQ. 2. YIXMAQ Bir gündə yıxdıq çan; Çoxdan əlimizdədir; Səadətin açarı (M.Rahim); DEVİRMƏK ...Üç yüz illik Romanovlar; Səltənətini devirən; milyonlarla həyat verən; İşıq verən insan odur (R.Rza). 3. yıxmaq bax dağıtmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / yıxmaq1 YIXMAQ – QALDIRMAQ Uşağı vurub yerə yıxdılar (“Ulduz”); Gərək siz qolundan tutub qaldırasınız (Mir Cəlal). YIXMAQ – QURMAQ Böyük bir dünyanı yıxmaq, uçurmaq; Yerində başqa bir dünya da qurmaq? (S.Vurğun). YIXMAQ – TİKMƏK Arvad var, ev tikər, arvad var, ev yıxar (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / yıxmaq1 1. валить, повалить, побороть, перебороть, сшибать, свалить; 2. сносить, разрушить; 3. свергнуть;
Azərbaycanca-rusca lüğət / yıxmaq2 глаг. 1. валить, сваливать, свалить, повалить. Yerə yıxmaq валить на землю, külək ağacı yıxdı ветер повалил дерево, rəqibini yıxdı (он) свалил соперника 2. перен. разг. свергать, свергнуть. Çarı yıxmaq свергнуть царя, mütləqiyyəti yıxmaq свергнуть самодержавие 3. разрушать, разрушить. Köhnə divarı yıxmaq разрушить старую стену, körpüləri yıxmaq разрушать мосты; günahını başqasının üstünə yıxmaq перекладывать, переложить свою вину на другого; işi üstünə yıxmaq kimin свалить дело на кого ◊ ev yıxmaq делать кого-л. несчастным; evini yıxmaq сделать несчастным кого, причинить вред к ому; boynuna yıxmaq свалить на кого (вину, работу, поручение)
Azərbaycanca-rusca lüğət / yıxmaq1 f. 1. to knock down (d.); bir kəsi ~ to knock smb. down; suçu / günahı bir kəsin boynuna ~ to lay* / to put* the blame on smb.; 2. (hökuməti və s.) to overthrow* (d.); hökuməti ~ to overthrow* the government; 3. to destroy (d.), to demolish (d.); köhnə binanı ~ to destroy / to demolish an old building
Azərbaycanca-ingiliscə lüğət / yıxmaq1 f. 1) faire tomber ; 2) renverser vt (hökuməti və s) ; 3) détruire vt ; démolir vt
Azərbaycanca-fransızca lüğət / yıxmaq1 гл. 1. ярхарун, алабарун, акъалдарун; // авудун, ччилел вегин (мес. балкӀанди аял); // са къвалахъ эцигун (мес. банка); 3. чукӀурун, уьцӀуьрун, чӀурун (мес. цал, пару); 4. кьуршахар кьадай акъажунра: кӀаник кутун, магълуб авун; 5. пер. ярхарун, гьукумат гужалди гъиляй къахчун; къуллугъдай акъудун; 6. вегьин (мес. садан гунагь масадал); ** boynuna yıxmaq кил. boyun; ev(ini) yıxmaq кил. ev; üstünə yıxmaq кил. üst.
Azərbaycanca-ləzgicə lüğəti / yıxmaq