cırmaq sözü azərbaycan dilində

cırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cırmaq • 94.2029%
  • Cırmaq • 4.3478%
  • CIRMAQ • 1.4493%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2004 •••••••••••••••• 0.67
2007 ••••• 0.21
2009 •••••••• 0.32
2013 •••••••••••••••••••• 0.88
2014 •••• 0.17
2020 •••• 0.13

cırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Kağız, parça kimi şeyləri qıraqlarından dartaraq parça-parça, doğramdoğram etmək. [Banıxanım:] Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cırmışdır? “Aşıq Qərib”. Gəray deyilən sözü eşitmir, verilən dərsi əzbərləmir, fərşlərin üstündə yumbalanır, dəftər-kitabını cırır, əl-ayaq altına atırdı. S.Rəhimov. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi… S.Vəliyev. 2. Cırmaqlamaq. Üzünü cırmaq. 3. məc. dan. Gizlicə qaçmaq, götürülmək. Qonaqlar ev sahibi ilə… gülüşdükdə uşaq börkünü başına qoyub, yavaşca otaqdan “cırdı”. Çəmənzəminli. [Yəhya Kamal Dilənə:] [Kişi] bir günün içində hökuməti kəndə tökdü. Mən gecə bağların içindən cırdım. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / cırmaq

cırmaq sözünün etimologiyası

  • 1 Biri qaçıb aradan çıxanda deyilir: cırdı (yəni əkildi). Bu söz cıdır kəlməsi ilə qohumdur. Mənbələrdə cıdır kəlməsi “uzaqlaşmaq”, “qaçmaq” mənasında verilib. Cırmaq da buna tam uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / cırmaq

cırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

cırmaq sözünün antonimləri (əks mənalı sözlər)

cırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. рвать, порвать, разорвать; 2. коготь;

    Azərbaycanca-rusca lüğət / cırmaq
  • 2 1 глаг. 1. рвать, разрывать, разорвать, порвать: 1) резким движением разделить на части. Kağızı cırmaq рвать бумагу, kitabı cırmaq рвать книгу; qəzeti cırma не рви газету, o, məktubu cırdı он порвал письмо 2) делать что-л. дырявым, рваным. Tikanlar onun paltarını cırırdı колючки рвали одежду чью, кого, ayaqqabını cırmaq рвать обувь 2. царапать, поцарапать (сделать царапины на чем-л. или кому-л.). Üzünü cırmaq царапать лицо, əlini cırmaq царапать руку 2 глаг. простореч. удирать, удрать, улизнуть (уйти незаметно, потихоньку). Dərsdən cırmaq (əkilmək, qaçmaq) улизнуть с урока 3 сущ. см. caynaq

    Azərbaycanca-rusca lüğət / cırmaq

cırmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. to tear* (d.), to tear* asunder, to rend* (d.); məktubu tikə-tikə ~ to tear* a letter into pieces; üst-başını ~ to rend* one’s garments (clothes); d.d. to break* off (with) II. i. scratch

    Azərbaycanca-ingiliscə lüğət / cırmaq

cırmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 1) f déchirer vt, déchiqueter vt, lacérer vt ; məktubu tikə-tikə ~ lacérer une lettre en nombreuses parties ; üst-başını ~ déchirer les vêtements de qn ; 2) is. griffe f

    Azərbaycanca-fransızca lüğət / cırmaq

cırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къазунун, гудун, чӀудгъунун, кукӀварун, кӀус-кӀусун; 2. чухун, цӀарх авун (мес. ччинал); 3. пер. рах. шуткьун хьун, тӀветӀ авун, чинеба катун.

    Azərbaycanca-ləzgicə lüğəti / cırmaq

cırmaq sözünün türk dilinə tərcüməsi

"cırmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cırmaq nədir? #cırmaq sözünün mənası #cırmaq nə deməkdir? #cırmaq sözünün izahı #cırmaq sözünün yazılışı #cırmaq necə yazılır? #cırmaq sözünün düzgün yazılışı #cırmaq leksik mənası #cırmaq sözünün sinonimi #cırmaq sözünün yaxın mənalı sözlər #cırmaq sözünün əks mənası #cırmaq sözünün etimologiyası #cırmaq sözünün orfoqrafiyası #cırmaq rusca #cırmaq inglisça #cırmaq fransızca #cırmaq sözünün istifadəsi #sözlük