* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2009 | ••••••••••••••••••• | 3.36 |
2010 | ••••••••••••••• | 2.72 |
2011 | •••••••••••• | 2.06 |
2012 | ••••••••••• | 1.89 |
2013 | •••••••••••••••••••• | 3.65 |
2014 | •••••••••••••• | 2.40 |
2015 | • | 0.17 |
2016 | •• | 0.35 |
2017 | •••• | 0.65 |
2018 | ••• | 0.45 |
2019 | •••• | 0.56 |
2020 | ••••••••••••• | 2.25 |
1 is. 1. Barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü. Dırnaq tutmaq. Dırnaq şotkası (dırnaqları təmizləməyə məxsus kiçik şotka). // At, inək kimi heyvanların ayaqlarının alt hissəsini əhatə edən bütöv və ya haça şəklində buynuz maddə. [Balaxanım Dadaşa:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov. Dırnağilə bəzək vurub nəmli torpağa; Qoyun-quzu mələşərək qalxır yaylağa. S.Rüstəm. 2. Caynaq (quşlarda). □ Dırnaq ilişdirmək (keçirmək) – tutmaq, çənginə keçirmək, yapışıb buraxmamaq. 3. dilç. « » və ya “ ” işarəsi olub, mətn daxilində vasitəsiz nitqi, sitatları, əsər adını, başlıqları, ayrı-ayrı sözləri, həmçinin şərti və ya əks mənada işlənən sözləri bildirmək üçün işlənir. □ Dırnaq arasında (içində) – bax dırnaqarası. Kobud dedim, kobudluq yerində xoşa gəlir; İşlədirəm bu sözü mən dırnaq arasında. S.Rüstəm. ◊ Dırnağı bərk olsun! – təzə alınan at üçün deyilən xeyirxahlıq ifadəsi. Dırnağı qayım olsun! etnoqr. – təzə gəlin üçün edilən xeyir-dua. …dırnağı da ola bilməz (deyil) – müqayisələrdə birinin digərindən çoxçox aşağı, dəyərsiz, ləyaqətsiz olduğunu bildirir. [Vəli:] A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Ə.Haqverdiyev. Dırnağı ilə (çalışmaq və s.) – ağır zəhmət və çətinliklə. Sən süngünlə, dırnağınla yer altından yol açarsan; Sən qaranlıq küçələrə gözlərindən nur saçarsan. S.Vurğun. Dırnaq qədər – əsla, qətiyyən, heç. [Mindilli:] Siz bu hadisələrə bir dırnaq qədər də fikir verməyin. S.Rəhman. Dırnaq yeri axtarmaq – girəvə, bəhanə axtarmaq. Dırnaq göstərməyən (sızmayan) – xəsis. Dırnaq ovuca batmaq – 1) bilmədən özü öz işini korlamaq; 2) özünə güvənmək. Ətlə dırnaq arasına girmək – bax ət. Təpədən dırnağa (qədər) – bax təpə.
Azərbaycan dilinin izahlı lüğəti / dırnaq1 Bu sözlə qohum olan aşağıdakı kəlmələr mövcud olub: tırna(maq) (чесать), duş darağı (pipik; rusca: “гребень”), əl darağı (кисть руки), ayaq darağı (передок ноги), taramaq (çıxıntı, yabanın dişləri, quşun caynağı), tarmaq (ağac budağı) və s. Bu qohum sözlərin məna və forma yaxınlığına əsasən deyə bilərik ki, onların hamısı çıxıntı əlamətinə malikdir. Dırmıq (buna “torpaq darağı” deyilib) sözü də yuxarıdakılarla kökdaşdır. Deməli, daraq, dırnaq, dırmıq, caynaq... “çıxıntısı olan” anlamlarında başa düşülməlidir. Dırna feili olub, mənası “qaşımaq” kimi açıqlanıb. Dırna feilinə -q şəkilçisi artırmaqla (dara-q modeli üzrə) dırnaq ismi əmələ gəlib. Durğu işarələrindən olan dırnaq sözü əldəki dırnaqlarla bağlıdır. Formaca dırnağa oxşadığından bu cür adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dırnaq2 1. DIRNAQ Gözlərinin yaşları, dırnaqları ilə dartıb dağıldıqları yanaqlarının qanı sifətləri uzunu axırdı (Ə.Haqverdiyev); CIRNAQ Arvadının cırnaqları görünür ki, çox iti imiş (C.Məmmədquluzadə). 2. dırnaq bax caynaq
Azərbaycan dilinin sinonimlər lüğəti / dırnaq1 DIRNAQ I is. Əl və ayaq barmaqların bərk və iti ucu. Kim bilir, bayaqdan dırnaqlarını tutdurmağa getmişdi (C.Cabbarlı). DIRNAQ II is. qram. Durğu işarəsi. Nə deyəsən; Bu sözdəki dırnaq içi; “böyüklüyə”, “müdrikliyə”? (B.Vahabzadə). DIRNAQ III is. At, inək kimi heyvanların ayaqlarının alt hissəsini əhatə edən bütöv və ya haça şəklində buynuz maddə. Kazak sinəsini tutub yəhərdə qıvrıldı və gurultu ilə atın dırnaqlarına düşdü (İ.Şıxlı).
Azərbaycan dilinin omonimlər lüğəti / dırnaq2 I сущ. 1. ноготь (роговой покров на конце пальца). Dırnaq tutmaq стричь ногти, dırnaq saxlamaq отращивать ногти, dırnaq aycığı луночка ногтя, dırnaqların kövrəkliyi ломкость ногтей 2. коготь (роговой придаток на пальцах некоторых животных). İti dırnaqlar острые когти, dırnaqları ilə yapışmaq схватывать (хватать) когтями 3. копыто (роговая пластинка, покрывающая концы пальцев у некоторых млекопитающих). Atın dırnaqları копыта лошади, dırnağı ilə yeri eşmək рыть землю копытами 4. кавычка, кавычки (парные знаки « … » и “ … ”, употребляющиеся для выделения в тексте прямой речи, цитат, заглавий, а также слов, употреблённых в условном, несобственном смысле и т.д.). Dırnağa almaq взять в кавычки, dırnaq içərisində в кавычках, dırnaq açmaq открыть кавычки, dırnağı bağlamaq закрыть кавычки II прил. 1. ногтевой. Dırnaq yatağı ногтевое ложе, dırnaq şırımı ногтевая бороздка 2. копытный. Dırnaq izi копытный след, dırnaq bıçağı животн. копытный нож; dırnaq arasında (içində) в кавычках (не соответствующий, незаконно присвоенный данному лицу, предмету, явлению); dırnaq qədər с ноготок; dırnaq qədər belə … нисколько; нисколечко; dırnaq yeri axtarmaq искать удобный момент, искать зацепку; dırnaq göstərməyən скупой; dırnağı bərk olsun! чтобы был крепкий, здоровый (о приобретённом коне, корове и т.п. и о новорождённом ягнёнке, жеребёнке, козлёнке – пожелание); dırnağı qayım olsun! пожелание, высказываемое невесте; dırnağı ilə своим горбом, своими руками; təpədən dırnağa qədər с ног до головы; atılan dırnağına dəyməz kimin ногтя не стоит, мизинца не стоит кого, чьего; dırnağı üstündə gəzmək kimin qarşısında ходить на цыпочках перед кем; ətlə dırnağın arasına girmək лезть во взаимоотношения родных, близких
Azərbaycanca-rusca lüğət / dırnaq1 i. 1. nail; (əldə) finger-nail; (baş barmaqda) thumb-nail; (ayaqda) toenail; 2. (heyvanda) hoof; 3. qram. inverted com mas pl.; quotation marks; ~ açmaq to quote; dırnağı bağlamaq to unquote; ~ içində 1) in inverted commas; 2) məc. so-called, təpədən dırnağa qədər from head to foot
Azərbaycanca-ingiliscə lüğət / dırnaq1 is. ongle f ; griffe f, serre f ; sabot m ; qram. guillemet m
Azərbaycanca-fransızca lüğət / dırnaq1 сущ. 1. кек (инсандин, балкӀандин, калин ва мс.); dırnaq kəsmək кикер атӀун; 2. къармах (къушарин); 3. лингв. кавычкаяр («...» ва я "..." лишанар); ** dırnağı qayım olsun! этногр. цӀийи сусаз гудай хийир-дуьа; ...dırnağı da ola bilməz (deyil) ...кикекни квайди туш (гекъигунра; са касдин муькуьдалай гзаф агъада хьун, къиметсуз хьун, лайихсуз хьун къалурдай ибара); dırnağı ilə (çalışmaq və s.) кикеривди, гзаф зегьметдалди, четинвилелди (кӀвалахун ва мс.); dırnaq qədər кек кьван, эсиллагь, гьич; dırnaq yeri axtarmaq багьнайрихъ къекъуьн, багьна жугъурун; dırnaq göstərməyən (sızmayan) шкьакь, мискьи; dırnaq ovuca batmaq а) чир тахьана вичи-вичин кар чӀурун; б) вич-вичел агъун; ətlə dırnaq arasını girmək кил. ət; təpədən dırnağa (qədər) кил. təpə.
Azərbaycanca-ləzgicə lüğəti / dırnaq