durmaq sözü azərbaycan dilində

durmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • durmaq • 97.5806%
  • Durmaq • 1.4113%
  • DURMAQ • 1.0081%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.61 dəfə / 1 mln.
2002 •••••••••••••••• 3.43
2003 •••••••••••••••••• 3.94
2004 ••••• 1.01
2005 ••••••• 1.35
2006 ••••• 0.90
2007 ••••••••• 1.90
2008 ••••••••• 1.95
2009 •••••••••••••••• 3.52
2010 •••••••••••••••• 3.45
2011 ••••••••• 1.89
2012 ••••••••••• 2.24
2013 •••••••••••••••••••• 4.38
2014 •••••••••••••••••••• 4.46
2015 ••••••••••••• 2.72
2016 ••••••••••• 2.43
2017 ••••••• 1.46
2018 •••••••• 1.65
2019 ••••••• 1.53
2020 •••••••••••••••••••• 4.38

durmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz dayanmaq. Ağacın altında kölgədə durmaq. Güzgünün qabağında durmaq. Sahildə durub dənizə baxdıq. – [Odabaşı Xudayar bəyə:] …Di, burada niyə durubsan, buyur, gedək mənzilə. C.Məmmədquluzadə. Onlar alçaq bir divarın dibində durdular. M.S.Ordubadi. // Bədən hissələrindən biri üzərində dayanmaq. Başı üstündə durmaq. Əlləri üstündə durmaq. Dizi üstündə durmaq. // Ayaq üstə durmaqla bağlı olan bir işi, vəzifəni yerinə yetirmək, bir işlə məşğul olmaq. Dəzgah dalında durmaq. Keşikdə durmaq. Növbədə durmaq. Qarovulda durmaq. – Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı). Qədir iki ay iyirmi bir gün qoruqlarda qarovul durdu. Mir Cəlal. 2. Ayağa qalxmaq, yerindən qalxmaq, oturduğu yerdən qalxmaq. Aclıq mənə lap kar etmişdi. Durdum ki, evimizə gedib bu arsızı doydurum. A.Divanbəyoğlu. [Gilə] oturduğu yerdən durub qapıya tərəf getdi. Ə.Vəliyev. // Yuxudan ayılaraq yorğan-döşəkdən qalxmaq. Tezdən durmaq. Gec durmaq. – Səhər durub Sabunçu məktəbinə getməyə hazırlaşdım. A.Şaiq. Biz hərbiyyəlilər dan üzü durmağı öyrənmişik. Mir Cəlal. İndi mən lap tezdən qalxıb; Qoca nənəm duranadək çay qaynadıb, süfrə açıb; Eyləyirəm ona kömək. M.Dilbazi. // “Xəstəlikdən”, “yorğan-döşəkdən” sözləri ilə – sağalıb ayağa qalxmaq, sağalmaq, yaxşı olmaq. Xəstəlikdən təzəcə durmaq. – [Gültəkin:] Azardan təzə durmusan, nəfəsin qaralar. S.Rəhimov. 3. Yerləşmək, olmaq, dikəlmək. Pəncərənin qabağında uca bir ağac durur. Küçənin sağ tərəfində gözəl bir bina durur. Meydanda Füzulinin heykəli durur. – Gəl bahar, gəl, özünü cəbhədə zənn etmə tək; Durmuşam burda dünəndən qaya tək. S.Rüstəm. 4. Bir şey üzərində dayanmaq, bir şeyə istinad etmək, əsaslanmaq. Bina özül üzərində durur. Neft daşlarında vışkalar dəmir dayaqlar üstündə durmuşdur. 5. Əyninə oturmaq, bədəninə uyğun gəlmək. Paltar əynində yaxşı durur. Palto əynində gör necə pis durur? 6. Dikinə qalxmaq, dik durmaq, dik vəziyyət almaq. Tükləri biz-biz durmaq. Köynəyin yaxalığı pis nişastalanıb, yaxşı durmur. 7. Qalmaq, dayanmaq. Bir-iki saat burada duraq, sonra gedərik. 8. Qərar tapmaq, rahat qalmaq, sakit qalmaq. Bir dəqiqə bir yerdə dura bilmir. – [Xırdaxanım:] İndi başım yerində durmur, guya ki, mənim deyil… N.Vəzirov. Yerdə su durmayıb fışqırdığı kimi, mənim dərdim də daha qəlbimdə durmayır. A.Divanbəyoğlu. 9. Müqavimət göstərmək, möhkəm dayanmaq, səbat göstərmək, tab gətirmək, dözmək. Sən bərk dur. Düşmən qabağında durmaq. Onun qabağında dura bilməyib çəkildi. Çətinliklərin qabağında möhkəm durmaq. – Qarşımda duramaz nə sel, nə daşqın; Təbiətlə mənim zərafətim var. M.Müşfiq. □ Qabağında durmaq – gücü çatmaq. [Fatma xanım:] Qənd ver, çay ver, düyü də ver. Kimdi qabağında duran? N.Vəzirov. 10. Səbat etmək, sabitlik göstərmək, geri dönmək, israr edib dayanmaq. Sözünün üstündə durmaq. – [Xurşudbanu:] Bil kim, sənə söz verdim, durdum sözümün üstə. Ü.Hacıbəyov. Yüzbaşı dediyində dururdu. Mir Cəlal. Qarı sözünün üstündə durmuş və bu il iki qutu toxum götürmüşdü. Ə.Sadıq. 11. Bir qərara gəlmək, bir nəticəyə gəlmək, bir neçə şeydən birisini qəbul edib, onun üstündə dayanmaq. Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov. 12. Qalmaq, davam etmək, yaşamaq, var olmaq, mövcud olmaq; yerində qalmaqda davam etmək. Onun babası hələ də durur. – Arxa su dolmayıb hələ; Köhnə idarəniz durur; Rəngi də solmayıb hələ. M.Ə.Sabir. // Toxunulmamış qalmaq, işlənməmiş qalmaq, olduğu kimi qalmaq. Aldığım pulların hamısı durur. 13. Hərəkətsiz qalmaq, axıb getməmək. Su bir yerdə durarsa qoxuyar. 14. İnkişaf etməmək, artmamaq, irəliləməmək, bir yerdə qalmaq, durğunluq əmələ gəlmək. Elm bir nöqtədə dura bilməz. 15. İşləməmək, hərəkətsiz qalmaq, fəaliyyət göstərməmək, dayanmaq. Maşınlar durur. Saat durmuşdur. Motor durdu. Zavod durdu. – [Qurbanın] qəlbi bir an durdu. A.Şaiq. // Duracaqda, yaxud hər hansı bir yerdə dayanmaq, əylənmək. Qatar stansiyada üç dəqiqə durur. Ekspress qatarı hər stansiyada durmur. Maşın evimizin qabağında durdu. – Arabamız bir alaçığın ağzında durdu. A.Şaiq. Furqon hərəkətə hazır bir halda durmuşdu. M.İbrahimov. // Öz işini, məşğələsini və s.-ni dayandırmaq, arasını kəsmək. Kitabın 20-ci səhifəsində durdum. Söhbətin ortasında durdu. Keçən dərsdə hansı paraqrafda durmuşduq? 16. Bitmək, kəsilmək, ara vermək, dayanmaq, sakit olmaq. Yağış durdu. Atışma durdu. 17. Çaşıb qalmaq, heyrət içində qalmaq, duruxmaq, duruxub qalmaq. Xəbəri eşidən kimi durdu. 18. Gözləmək, səbir etmək, toxtamaq, tələsməmək, dayanmaq. Bir az dur. Dura bilmirəm. Sən bir dur. Durmaq vaxtı deyil. – [Şahsənəm:] Qulun olum sənin, gülüzlü xacə; Degilən Qəribə durmasın, gəlsin. “Aşıq Qərib”. Şəkli alıb qaçdım yoldaşımın yanına: – Faiq, hələ durmusan, məgər durmalı əsrdir? C.Məmmədquluzadə. [Salman:] Qonaq qardaş, dur! Təlaş etmə sən. H.Cavid. 19. Diqqəti bir şeyin üzərində saxlamaq, dayandırmaq, onun haqqında müfəssəl danışmaq, bəhs etmək. Bu məsələnin üzərində çox durmaq lazımdır. 20. Yer tutmaq, mövqe tutmaq. Tərbiyə məsələsi birinci yerdə durur. Qarşıda ciddi problemlər durmaqdadır. 21. Müəyyən şərtlərlə bir işi, vəzifəni yerinə yetirməyi öhdəsinə götürmək, bir işə girmək. [Aslan] nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq pul vermədi. C.Cabbarlı. [Papaqçı dedi:] – Bala, mənə şəyird durarsanmı? Rəsul dedi: – Nə üçün durmuram. “Aşıq Qərib”. 22. Başa gəlmək, mal olmaq, tamam olmaq, oturmaq. Palto mənə 150 manata durdu. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də, çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi. 23. Qalxmaq, çıxmaq, törəmək. Qəmzəsindən fitnələr durdu, oyandı uyqudan. Nəsimi. Gün ki sayən düşdüyü yerdən durar, bir vəchi var. Füzuli. 24. Qalmaq. Qədir, sənin can naloqundan nə qədər durur? Mir Cəlal. 25. Hərəkət etmək, davranmaq. Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! S.Vurğun. 26. Başlamaq, girişmək, təşəbbüs etmək. Durdu mənimlə mübahisəyə. Durdu ağaca çıxdı. – [Hacı Nuru:] …Sən əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. M.F.Axundzadə. Başına durdu qoydu əmmamə; Geydi nəleynini ol əllamə. S.Ə.Şirvani. 27. “Belə”, “bu yana”, “o yana” və s. sözlərlə – çəkilmək. O yana dur, keçim. – [Nurcahan:] …Qapıdan belə dur, vallah, yoxsa bir oyun oynaram, tamam şəhər tökülər. N.Vəzirov. 28. …dursun, …belə dursun, …bir yana dursun – …kənarda qalsın, …bir tərəfdə qalsın, …sərf-nəzər edərək, …haqqında danışmayaraq. Tanımaq bir yana dursun, heç adını eşitməmişəm. – Rüstəm dursun, onlara Səyavuş verir cavab. H.Cavid. 29. İnkar şəklində: durmamaq – dayanmamaq, qalmamaq. Bu bağçada quş durmaz; Yaz gələndə qış durmaz; Küsmüsən, gəl barışaq; Mənim dilim dinc durmaz. (Bayatı). Çeşmi-xumarın görəndə; Can çıxar, durmaz bədəndə; Mey içib sərxoş gəzəndə; Dönüb məstanə bir baxmaz. Q.Zakir. // Tökülmək, yerindən çıxmaq. Başında saçı durmur. – Öküz qocalmışdı, ağzında bir dişi durmurdu, …ətlikdən savayı heç şeyə yaramırdı. S.Rəhimov. □ Geri durmamaq – hər bir şey etməyə hazır olmaq, heç bir tədbir qarşısında durmamaq, hər cür tədbirə əl atmaq. 30. İnkar şəklində, ikinci və üçüncü şəxslərdə: durma(yın) – tələs(in), tez ol(un), dayanma(yın), gecikmə(yin). Qabla dəxi mafraşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! M.Ə.Sabir. [Tərxan:] Durmayın, haqlayın vurulmuş ovu. A.Şaiq. // Hərəkətə gəl(in), sakit durma(yın). Ey könül, sən də həvəslən, durma! M.Müşfiq. // Tez, təcili, yubanmadan. Keçən həftə getmişdim şəhər idarəsindən paşburt alam; çünki səfərim var, anam tel göndərib: durma, gəl. C.Məmmədquluzadə. [Lütfəli:] Mən ölüm, durma, gəl, səni gözləyirəm. İ.Musabəyov. 31. Feli bağlamalara qoşularaq vəziyyətin davamlılığını bildirir. Dayanıb durmaq. – Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətin yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Xəstə sayıqlayır, hərəkət içində çırpınıb dururdu. M.İbrahimov. 32. Feli bağlama şəklində bir sıra feillərin əvvəlində bir işə təşəbbüs etmək, başlamaq mənasını ifadə edir. Durub söyləmək. Durub qaçmaq. Durub mənə belə dedi… Durum baxım, görüm. – [Firidun] bir ildırım sürəti ilə … durub qaçmaq istəyirdi. M.İbrahimov. [Əminə:] [Həmzə] Nikolayın Nuh əyyamından durub mənə danışır. Ə.Əbülhəsən. ◊ Durma gəldim – tez, tələsik, birbaşa, üz tutaraq. Kəblə Novruzqulu başmaqlarını ayağına geyərək, durma gəldim birbaş Hacı Abtalıbın yanına gedir. H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / durmaq

durmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

durmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DURMAQ – ƏYLƏŞMƏK Durdum ki, evimizə gedib bu arsızı doydurum (A.Divanbəyoğlu); Onlar əyləşdilər və Sərdarın kefini soruşdular (M.S.Ordubadi). DURMAQ – GETMƏK ...Di, burada niyə durubsan, buyur, gedək mənzilə (C.Məmmədquluzadə). DURMAQ – OTURMAQ Sakitcə oturmuşuq; Bir tərəfdə durmuşuq (İ.Tapdıq). DURMAQ – UZANMAQ Səhər durub Sabunçu məktəbinə getməyə hazırlaşdım (A.Şaiq); Əlini yastıq edib uzandı yastığına (S.Rüstəm). DURMAQ – YIXILMAQ Mat-qut dayanıb durdum; Qarşısında şairin (S.Rüstəm); Sənin yanında Rəsulova dedim ki, yıxılmışam, burnum qanayıb (C.Əmirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / durmaq

durmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. стоять; 2. стать, остановиться; 3. вставать;

    Azərbaycanca-rusca lüğət / durmaq
  • 2 глаг. 1. стоять: 1) находиться на ногах в вертикальном положении, не двигаясь с места (о людях, животных); занимать место где-л., находясь в таком положении. Pəncərənin yanında durmaq стоять у окна, güzgünün qarşısında durmaq стоять перед зеркалом, ağac altında durmaq стоять под деревом, növbədə durmaq стоять в очереди, ayaq üstə durmaq стоять на ногах 2) стоять в какой-л. позе. Dizi üstə durmaq стоять на коленях, başı üstə durmaq стоять на голове, əlləri üstündə durmaq стоять на руках 3) выполнять какую-л. работу, связанную с пребыванием на ногах. Dəzgah arxasında durmaq стоять за станком, qarovulda durmaq стоять в карауле, növbətçi durmaq стоять дежурным 4) иметь временное местопребывание. Alay bu kənddə dururdu полк стоял в этой деревне 5) занимать какое-л. положение. Birinci planda durmaq стоять на первом плане, eyni səviyyədə durmaq стоять на одном уровне, dövlət başında durmaq стоять во главе государства, diqqət mərkəzində durmaq стоять в центре внимания 6) занимать какую-л. позицию. Müdafiədə durmaq стоять в обороне, qabağında durmaq kimin, nəyin стоять перед кем, чем, möhkəm durmaq стоять крепко 7) помещаться, находиться где-л. (о чём-л.). Küncdə durmaq стоять в углу, rəfdə durmaq стоять на полке, stolun üstündə durmaq стоять на столе, yaxınlıqda durmaq стоять поблизости, sağda bir bina durur справа стоит дом, meydanda heykəl durur на площади стоит памятник, özül üzərində durmaq стоять на фундаменте, dayaqlar üstündə durmaq стоять на опорах 8) иметь какое-л. местоположение. Dayanacaqda durmaq стоять на стоянке, limanda durmaq стоять в порту 9) быть неподвижным, не двигаться, не изменяться. Yerində durmaq стоять на месте, bir yerdə durmaq стоять на одном месте, bir nöqtədə durmaq стоять на одной точке 10) быть, оставаться нетронутым, неиспользованным. Otaqlar bomboş durur комнаты стоят пустыми 11) разг. храниться, оставаясь неизменным, не теряя своих качеств. Mürəbbə uzun müddət dura bilir варенье может стоять долго 12) существовать, быть на свете – о ком-л., о чем-л. Bu bina yüz ildir durur это здание стоит сто лет 13) находиться некоторое время где-л. Bir saat durdular стояли час, bir-iki saat burada duraq постоим здесь час-два 2. вставать, встать. Yerindən durmaq вставать с места, yatağından durmaq вставать с постели, stuldan durmaq вставать со стула, tezdən durmaq вставать рано 3. жить, быть живым, существовать. Babası durur kimin дед живет чей 4. останавливаться, остановиться. Tramvay harada durur? где останавливается трамвай? Maşın evin qabağında durdu машина остановилась перед домом, saat durdu (dayandı) часы остановились, zavod durdu (dayandı) завод остановился 5. обходиться, обойтись (стать в какую-л. цену). Təmir on min manata durdu ремонт обошёлся в десять тысяч манатов, kostyum yüz manata durdu костюм обошёлся в сто манатов 6. в сочет.: mübahisəyə durdu стал спорить, döyüşməyə durdu стал драться, durdu qışqırmağa стал кричать 7. в сочет. с деепричастями: dayanıb durur встал и стоит 8. в форме деепричастия в сочет. с глаголами: durub danışmaq стать говорить, durub yazmaq стать писать 9. в отрицат. форме: durma, durmayın в сочет. с глаг. в повелительном наклонении: durmayın tələsin торопитесь, durmayın qaçın! побежали! бегите! durmayın tez olun! скорей!; durma gəl! скорей приходи (приезжай); durma oxu! скорей читай! ◊ qabağında durmaq kimin, nəyin устаивать, устоять п еред кем, ч ем (выдержать натиск, проявить стойкость, выдержку); dalında durmaq kimin стоять за спиной кого, оказывать поддержку к ому; dalında dağ kimi durmaq kimin стоять горой за кого; yolunda durmaq kimin стоять на пути чьём; başının üstündə durmaq kimin стоять над душой у кого; başında durmaq nəyin стоять во главе чего; возглавить, возглавлять что; geri durmamaq не отступать перед кем, перед чем; gözündə durmaq стоять над душой; sözünün üstündə durmaq стоять на своем; durduğu yerdə безо всякой надобности; ни с того, ни с сего; üstündə durmaq: 1. останавливаться, остановиться на чём-л., обращать внимание на что-л.; 2. настаивать, настоять на чём-л.; kənarda durmaq стоять в стороне от кого-л., чего-л.; keşiyində durmaq: 1. nəyin стоять на страже чего; 2. kimin охранять, защищать кого, заботиться о ком; gözləri önündə durmaq kimin стоять перед глазами кого, чьими; tərəfində durmaq kimin становиться, стать на чью сторону; bir yana dursun не только … но даже, но и … Tanımaq bir yana dursun, heç adını da eşitməmişəm не только не знаю, но даже имени не слыхал

    Azərbaycanca-rusca lüğət / durmaq

durmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to stand*; ayağa ~ (həm müst., həm də məc.) to stand* on one’s feet; dizi üstə ~ to kneel*; barmağının ucunda ~ to stand* on one’s tip-toe; növbəyə ~ to stand* in a queue; keşiyində ~ to stand* on guard (of); sülhün keşiyində ~ to stand* on guard of peace; bir kəsin tərəfində ~ to stand* up for smb., to take* smb.’s side; 2. to get* up, to rise*; ayağa ~ to stand* up; stoldan ~ to get* up / to rise from the table; bir kəsin işığında ~ to stand* in smb.’s light; 3. (dayanmaq) to stop; Qatar beş dəqiqə durur The train stops five minutes; Onlar artıq durub (yataqdan) They are up already; Xəstəyə yataqdan durmaq olmaz The patient must keep to his bed, The patient must not get up

    Azərbaycanca-ingiliscə lüğət / durmaq

durmaq sözünün fransız dilinə tərcüməsi

durmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. акъвазун, къвазун; dizləri üstündə durmaq метӀерал акъвазун; sözünün üstündə durmaq гафунал акъвазун; 2. къарагъун; gec durmaq геж къарагъун; 3. амукьун; // амаз хьун, аваз хьун, яшамиш хьун; // алаз хьун; кваз хьун; чкадал аламаз хьун, аламукьун; гумаз хьун, амаз хьун (мес. пул); 4. алаз хьун, алукьун, чка кьун, хьун (мес. са чкадал гуьмбет, ттар ва мс.); 5. акъвазун; saat durdu сят акъвазна; yağış durdu марф акъвазна; 6. тандал ацукьун, тандив кьун, бедендив туькӀуьн (мес. ппек); 7. акахьун, какахьун, акахьна амукьун, пагь атӀана амукьун (мес. са хабардикай); 8. кьил кутун, авалун, башламишун; ** durma gəldim акъваз тавуна, фад, дуьз, тадиз; durub-durub нареч. акъвазиз-акъвазиз, ара гуз, арум-арум, ара-ара, гагь-гагь; durub-oturmaq (əyləşmək), yaxud oturub-durmaq ацукьиз-къарагъун, садахъ галаз санал вахт алудун, авсият хуьн, юлдашвал авун, дуствал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / durmaq

durmaq sözünün türk dilinə tərcüməsi

"durmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#durmaq nədir? #durmaq sözünün mənası #durmaq nə deməkdir? #durmaq sözünün izahı #durmaq sözünün yazılışı #durmaq necə yazılır? #durmaq sözünün düzgün yazılışı #durmaq leksik mənası #durmaq sözünün sinonimi #durmaq sözünün yaxın mənalı sözlər #durmaq sözünün əks mənası #durmaq sözünün etimologiyası #durmaq sözünün orfoqrafiyası #durmaq rusca #durmaq inglisça #durmaq fransızca #durmaq sözünün istifadəsi #sözlük