qurmaq sözü azərbaycan dilində

qurmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qurmaq • 99.7602%
  • Qurmaq • 0.1439%
  • QURMAQ • 0.0959%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 29.43 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 41.11
2003 •••••••••••••• 27.56
2004 •••••••••••••• 27.29
2005 ••••••••••••••• 29.02
2006 ••••••••••••• 26.35
2007 ••••••••••••• 26.22
2008 ••••••••••••• 25.34
2009 ••••••••••••• 25.60
2010 •••••••••••••• 26.87
2011 ••••••••••••••• 30.03
2012 ••••••••••••••• 29.34
2013 ••••••••••••••••• 32.97
2014 •••••••••••••• 27.63
2015 ••••••••••••••• 30.11
2016 ••••••••••••••• 28.98
2017 ••••••••••••••• 30.40
2018 ••••••••••••••••• 34.31
2019 •••••••••••••••• 32.27
2020 •••••••••••••••• 32.89

qurmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq. 2. Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. – İstehkamçı – mühəndis deməkdir. Yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal. [Qaraca çobanın] igid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular. M.Rzaquluzadə. 3. Düzəltmək, tərtib etmək. Məclis qurmaq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qurmaq. İki cümləni qura bilmir. – …Qəzetlərdə yazırlar ki, Təbrizdə övrətlər mitinq qururlar, köhnə adətləri aradan götürürlər, islahat tələb edirlər. C.Məmmədquluzadə. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. A.Şaiq. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. 4. Bir şeyin üzərində əsaslandırmaq, təşkil etmək. Planı real imkanlar əsasında qurmalı. İşləri yeni üsul ilə qurmaq. – …Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün, o, Səliminin … bəzi hərəkətlərini təshih etməli idi. M.İbrahimov. 5. Xəyalında yaratmaq. Cürbəcür fərziyyələr qurmaq. Xəyalında böyük-böyük planlar qurmaq. 6. Saat və s. mexanizmlərin yayını burmaq və işə salmaq. Saatı qurmaq. Patefonu qurmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qurmaq

qurmaq sözünün etimologiyası

  • 1 “Qur” sözü müxtəlif mənalara malik olub: “dartmaq, çəkmək, yaratmaq” və s. Tələ qurmaq, xana qurmaq, tapqır (əsli: dartqur), qurşaq sözlərindəki qur, qır hissələri məhz “dartmaq” anlamı ilə bağlıdır. Tapqır (dartqur) sinonimlər birləşməsindən əmələ gəlib. Qurşaq dartıb bağlamaq üçün olan şeydir, toqqadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qurmaq

qurmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qurmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QURMAQ – DAĞITMAQ Qururuq biz çayların üstündə asma körpü (S.Rüstəm); Hər şey yanıb dağılmış, yerlə yeksan olmuşdur (S.Qədirzadə). QURMAQ – SÖKMƏK Atam Kərim baba ilə alaçıq qurmağa gəldi (A.Şaiq); Köçəndə alaçığı sökdülər (M.Süleymanlı). QURMAQ – UÇURMAQ Belədir insan; Bir yandan uçurur, bir yandan qurur (S.Vurğun). QURMAQ – YIXMAQ Neçə dəfə mənə ailə qurmağı təklif edib (C.Əmirov); İşi-peşəsi onun-bunun evini yıxmaqdır (C.Əmirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qurmaq

qurmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. построить, устроить, сооружить, устанавливать, конструировать; 2. разбить (палатку); 3. заводить (часы, заводную игрушку и т. п.);

    Azərbaycanca-rusca lüğət / qurmaq
  • 2 глаг. nəyi 1. сооружать, соорудить. Körpü qurmaq соорудить мост 2. создавать, создать, конструировать, сконструировать. Maşın qurmaq конструировать машину, təyyarə qurmaq конструировать самолёт 3. составлять, составить. Plan qurmaq составить план, cümlə qurmaq составить предложение 4. разбивать, разбить (палатку и т.п.); устроить, планируя, располагать, расположить; ставить, поставить 5. заводить, завести (часы, заводную игрушку и т.п.) 6. строить, построить, организовать. Yeni məişət qurmaq строить новый быт

    Azərbaycanca-rusca lüğət / qurmaq

qurmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to build* (d.), to construct (d.); plan ~ to build* a plan; cümlə ~ to construct a sentence; 2. (çadır və s.) to set* up (d.), to pitch (d.); çadır ~ to pitch a tent; 3. (saatı və s.) to wind* up (d.); ailə ~ to start a family, to acquire a family; zəngli saatı ~ to set* the alarm clock; tələ ~ to set* a trap

    Azərbaycanca-ingiliscə lüğət / qurmaq

qurmaq sözünün fransız dilinə tərcüməsi

qurmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. туькӀуьрун, тешкил авун (мес. цӀийи майишат, межлис); 2. эцигун, туькӀуьрун (мес. муьгъ); расун, авун; дуьзрун; 3. пер. туькӀуьрун (мес. гьилле); кутун (мес. ракьар, кьулар); 4. ачардиз (буржиндиз) звар гун, кӀвалахиз тун; къурмишун (мес. сят); 5. яна туькӀуьрун, ягъун (мес. палатка).

    Azərbaycanca-ləzgicə lüğəti / qurmaq

qurmaq sözünün türk dilinə tərcüməsi

"qurmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurmaq nədir? #qurmaq sözünün mənası #qurmaq nə deməkdir? #qurmaq sözünün izahı #qurmaq sözünün yazılışı #qurmaq necə yazılır? #qurmaq sözünün düzgün yazılışı #qurmaq leksik mənası #qurmaq sözünün sinonimi #qurmaq sözünün yaxın mənalı sözlər #qurmaq sözünün əks mənası #qurmaq sözünün etimologiyası #qurmaq sözünün orfoqrafiyası #qurmaq rusca #qurmaq inglisça #qurmaq fransızca #qurmaq sözünün istifadəsi #sözlük