qurma sözü azərbaycan dilində

qurma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qurma • 97.5155%
  • Qurma • 2.4845%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həndəsi qurmalar
Həndəsi qurmalar - yaxud Qurma məsələləri müxtəlif alətlərin (birtərəfli riyazi xətkeş, ikitərəfli xətkeş, pərgar, düz bucaq modeli və s. alətlər) köməyi ilə müxtəlif şərtləri ödəyən həndəsi fiqurların qurulmasıdır. Həndəsənin həndəsi qurmaların üsullarını öyrənən bölməsinə konstruktiv həndəsə deyilir. Qurma məsələləri həm Evklid həndəsəsində, həm də başqa həndəsələrdə (Sferik həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Bu məsələlərə həm müstəvi üzərində, həm də fəzada baxılır. Qurmanın klassik alətləri pərgar və xətkeşdir. Lakin, təkcə, pərgarla (Mor-Maskeroni qurmaları), təkcə, birtərəfli xətkeşlə (Şteyner qurmaları), təkcə, ikitərəfli xətkeşlə, təkcə, düz bucaqla (düz bucağın modeli) və s. alətlərlə qurmalara da baxılır. Bütün qurma məsələləri Konstruktiv həndəsənin aksiomlarına əsaslanır. Konstruktiv həndəsənin aksiomları ən sadə həndəsi qurmalardır.
Həndəsi qurmalar nəzəriyyəsi
Həndəsi qurmalar nəzəriyyəsi - həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir. Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s. ) öyrənilir. Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli xətkeş). Buna baxmayaraq, digər alətlərin köməyi ilə də həndəsi qurmalara baxılır. Məsələn, yalnız pərgarın köməyi ilə (Mor-Maskeroni qurmaları ), müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, təkcə, xətkeşin köməyi ilə (Şteyner qurmaları) qıraqları paralel olan ikitərəfli xətkeşlə, üçbucaq xətkeşlə (düzbucaqlı üçbucağın modeli) və s. alətlərin köməyi ilə həll edilən həndəsi qurmalar var. Müstəvi üzərində və fəzada bütün həndəsi qurmalar qurmanın postulatlarına (konstruktiv həndəsənin askiomları), yəni sadə, elementar qurmalara əsaslanır. Əgər verilmiş qurma məsələsi sonlu sayda elementar qurmalara gətirilirsə, bu qurma məsələsi həll olunmuş hesab olunur.
Qurmadərə (Qürvə)
Qurmadərə (fars. قاورمه دره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 247 nəfər yaşayır (55 ailə). Əhalisini kürdlər təşkil edir.
Qurmalı silah
Qurmalı silahı (Bolt action), qundağa bağlanma yerinin qarşısında, patron yatağının arxasında və tətiyin üstündə və tüfəngdən istifadə edən şəxsin əli tərəfdə (ümumiyyətlə sağda) yerləşən bir qurma qolu ilə atəş açmaq üçün hazırlanan odlu silah növüdür. İkinci dünya müharibəsi dövrünə qədər (İkinci Dünya Müharibəsində müharibəyə qatılmış bütün ordular ABŞ-dən başqa əsasən Bolt Action silahlarına sahib idi və bu silahlardan başqa əsgərlərini pulemyot və tapança ilə silahlandırırdılar) ikidən artıq patron götürə bilən piyada tüfənglərində seçilən və düzəldilməsi mümkün olsa da, müasir dövrdə artıq ordularda az atış tutumuna ehtiyac duyan (məsələn, snayperlər) və ov ilə ovçunun mümkün qədər bərabər olmasını təmin edən ovçular tərəfindən sevilir. Yarım avtomatik yivli silahları dəqiq atış qabiliyyətinə malik olan şəkildə dizayn etmək də asan məsələ olmadığından, Bolt actionlar daha ucuz və daha yüksək vuruş dərəcələri olan modellər şəklində istehsal olunurlar. Bundan əlavə, bu sistemin çox xarizmatik və gözəl olduğunu düşünən mülki atıcılar (xüsusən ovçular) yarı avtomatik silahla yırtıcının ard-arda vurulmasının həm etikaya uyğun olmadığını, həm də əyləncəli olmadığını nəzərə alaraq bu sistemi seçirlər. Hal-hazırda Türkiyədə yarı avtomatik yivli ov tüfənglərinə daşıma sənədi verilmir, məhz buna görə yivli silahlar ilə ova çıxmaq istəyən şəxslər yalnız Bolt action modelləri ilə qanuni olaraq ova çıxa bilirlər.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Qurmanay (Avurğazı)
Qurmanay (başq. Ҡорманай, rus. Курманаево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 23 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (96%) üstünlük təşkil edir.
Qurmanbek Bakıyev
Qurmanbek Bakıyev (1 avqust 1949[…]) - qırğız siyasətçisi, Qırğızıstan Respublikasının 2-ci Prezidenti (2005-2010 illərdə).
Şteyner qurmaları
Şteyner qurmaları - müstəvi üzərində, təkcə, xətkeşlə yerinə yetirilən həndəsi qurmalardır(birtərəfli, riyazi xətkeşlə). Şteyner qurmaları, əsasən, İsveçrə riyaziyyatçısı Y. Şteyner tərəfindən araşdırılmışdır. Şteyner isbat etmişdir ki, əgər müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, müstəvi üzərində pərgar və xətkeşlə həll oluna bilən istənilən qurma məsələsini təkcə xətkeşlə həll etmək olar. Şteyner qurmaları proyektiv xarakter daşıyır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.04 dəfə / 1 mln.
2003 •••• 0.39
2006 •••• 0.45
2007 •••••• 0.63
2008 ••• 0.24
2009 ••••••••• 0.96
2010 ••••••• 0.73
2011 •••••••• 0.86
2012 •••• 0.34
2013 ••••••••••••••••• 1.90
2014 ••••••••••••••••••• 2.06
2015 ••••••••••• 1.19
2016 •••••••••••••• 1.56
2017 ••••••••••••• 1.46
2018 •• 0.15
2019 •••••••••••••••••• 1.95
2020 •••••••••••••••••••• 2.25

qurma sözünün leksik mənası və izahı

qurma sözünün sinonimləri (yaxın mənalı sözlər)

qurma sözünün rus dilinə tərcüməsi

  • 1 1. построение, постройка; 2. завод; 3. заводной;

    Azərbaycanca-rusca lüğət / qurma
  • 2 I сущ. от глаг. qurmaq: 1. построение. Qurma məsələsi мат. задача на построение чего-л. 2. установка, устройство, завод (приспособление для приведения в действие механизма) 3. конструирование II прил. 1. заводной. Qurma disk заводной диск, qurma başlığı заводная головка, qurma dəstəyi заводная рукоятка, qurma yayı заводная пружина 2. установочный. Qurma vinti установочный винт, qurma barmağı установочный палец

    Azərbaycanca-rusca lüğət / qurma

qurma sözünün inglis dilinə tərcüməsi

qurma sözünün fransız dilinə tərcüməsi

qurma sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. f.is. кил. qurmaq; 2. прил. ачардиз звар гана кӀвалахиз тадай, къурмишдай, буржин алай (аялар къугъвадай затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / qurma

qurma sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Hörük. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

"qurma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurma nədir? #qurma sözünün mənası #qurma nə deməkdir? #qurma sözünün izahı #qurma sözünün yazılışı #qurma necə yazılır? #qurma sözünün düzgün yazılışı #qurma leksik mənası #qurma sözünün sinonimi #qurma sözünün yaxın mənalı sözlər #qurma sözünün əks mənası #qurma sözünün etimologiyası #qurma sözünün orfoqrafiyası #qurma rusca #qurma inglisça #qurma fransızca #qurma sözünün istifadəsi #sözlük