qurama sözü azərbaycan dilində

qurama

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qurama • 89.6396%
  • Qurama • 10.3604%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. == Texnika == Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Sərt quramat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2004 ••••••• 1.01
2006 ••• 0.45
2007 ••• 0.42
2008 •• 0.24
2009 ••• 0.48
2010 •• 0.18
2011 ••• 0.34
2012 •••• 0.60
2013 •••••••••• 1.60
2014 •••••••••• 1.54
2015 •••••••••••••••••••• 3.23
2016 •••••• 0.87
2017 ••• 0.33
2018 0.15
2019 •••• 0.56
2020 •••••• 0.93

qurama sözünün leksik mənası və izahı

  • 1 is. Özündən quraşdırılmış söz və s.; uydurma. Yusif Qəhrəmanın bu vəziyyətə düşməsindən istifadə edərək, daha bir çox quramalar və əlavələr etməyə cəhd edirdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / qurama
  • 2 sif. Xırda-xırda və rəngbərəng parçalardan calanıb tikilmiş, yaxud düzəldilmiş. Qurama yorğanüzü. Qurama qapı. – Qaravaşlardan biri dizi üstə durub, qurama boğçanın bir ucundan tutub nə isə xanıma göstərirdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / qurama

qurama sözünün rus dilinə tərcüməsi

  • 1 лоскутный, составленный из лоскутьев (верх одеяла)

    Azərbaycanca-rusca lüğət / qurama
  • 2 1 I сущ. от глаг. quramaq II прил. лоскутный, состоящий из лоскутьев (о верхе одеяла) 2 сущ. утка, беспочвенный слух, домысел

    Azərbaycanca-rusca lüğət / qurama

qurama sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. цӀилерин, чӀукварин, кӀусарин; цӀилер, кӀусар сад-садахъ гилитӀна расай, ва я цвайи (мес. рак, месин ччин).

    Azərbaycanca-ləzgicə lüğəti / qurama
  • 2 сущ. вичелай туькӀуьрай, вичелай акъудай гаф ва мс.; ттаб.

    Azərbaycanca-ləzgicə lüğəti / qurama

qurama sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Cəbrayıl, Salyan, Yardımlı, Oğuz) uydurma, yalan. – Qurama sözə inanma (Oğuz) II (Bakı, Cəbrayıl, Gədəbəy, Hamamlı, Şamaxı, Şuşa) müxtəlif parça kəsiklərindən tikilmiş yorğan, döşək. – Qurama yorğan bəzegli olur (Bakı); – Yorğan üzünüz quramadı, də:sin (Gədəbəy); – Xalam maηa bir qurama bağışlıyıf (Şuşa) III (Mingəçevir, Oğuz, Şəki) quraşdırılmış (pəncərə, qapı). – Şəkidən gedif qurama qapı almışam (Oğuz)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qurama" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurama nədir? #qurama sözünün mənası #qurama nə deməkdir? #qurama sözünün izahı #qurama sözünün yazılışı #qurama necə yazılır? #qurama sözünün düzgün yazılışı #qurama leksik mənası #qurama sözünün sinonimi #qurama sözünün yaxın mənalı sözlər #qurama sözünün əks mənası #qurama sözünün etimologiyası #qurama sözünün orfoqrafiyası #qurama rusca #qurama inglisça #qurama fransızca #qurama sözünün istifadəsi #sözlük