qurşaq sözü azərbaycan dilində

qurşaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qurşaq • 89.9425%
  • Qurşaq • 8.9080%
  • QURŞAQ • 1.1494%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur.Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası Dəyişkən rütubətli meşələr (o cümlədən musson) == Yer səthinin enlik zonallığı bölgüsü == C.Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C.Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var. Lakin qurşaq daxilində iqlim amilləri kəskin dəyişilə bilər, bu da hər bir C.Q.-ı müxtəlif coğrafi zonalar və yarımzonalara bölməyə imkan verir.
Nival qurşaq
== Nival qurşaq == Nival qurşaq (lat. nivalis-qarlı, soyuq)-qütbətrafı ərazilərin və qar xəttindən yuxarıda yerləşən yüksək dağlıq rayonlarına bərk atmosfer çöküntülərinin üstünlüyü ilə səciyyələnən sahələrinə deyilir. Nival qurşaqda fiziki aşınma, xüsusilə şaxta aşınması, soliflükasiya və qravitasiya prossesləri üstünlük təşkil edir.
İsti qurşaq
İsti qurşaq - İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
And dağlarının yüksəklik qurşaqları
And dağları 4 yüksəklik qurşağından ibarətdir : Tierra Caliente (İsti Ölkə), Tierra Templada (Sərin Ölkə), Tierra Fria (Soyuq ölkə), Tierra Helada (Şaxtalı ölkə). Hər bir qurşaqda həyat müxtəlifdir. Buna istər insan, istər heyvan, istərsə də bitki həyatı daxildir. Qurşaqlar təkrarolunmazlığı ilə seçilir. Tierra Caliente – İsti ölkə Temperaturu çox yüksəkdir. Burada tarantullara çox rast gəlinir. Onların sancmağı ölümlə nəticələnməsə də şiddətli ağrıya səbəb olur. Tierra caliente- də çoxlu banan plantasiyaları yerləşir. Əsasən tropik ovalıqlardan ibarətdir. Bu yüksəklik qurşağı And dağlarını həm şərqdən, həm də qərbdən əhatə edir.
Qurşaqlı
Qurşaqlı (Xoy) —
Qurşaqlı-i Kürd (Poldəşt)
Qurşaqlı-i Kürd (fars. قورشاقلوي كرد‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (50 ailə).
Qurşaqlı (Urmiya)
Qurşaqlı (fars. قورشالو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (59 ailə).
Qurşaqlı (Xoy)
Qurşaqlı (fars. قورشاق لو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (18 ailə).
Qurşaqlı (Əhər)
Qurşaqlı (fars. قورشاقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (11 ailə).
Qurşaqquyruqlar
Qurşaqquyruqlar (lat. Cordylidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qurşaqtutma
Qurşaqtutma - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı və digər el şənliklərində keçirilən qurşaqyapışma yarışı keçirilir. Zorxana idman oyunlarından güləşmə yarışının ən qədim ənənəvi adılarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan oyun və yaxud da yarış, adətən Novruz bayramı və digər el şənliklərində oynanılır. Adi günlərdə kiçik yaşlı uşaqlar arasında oyun halında keçirilir. == Oyunun qaydaları == Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar: Pəhləvanların ənənəvi salamlaşması və özlərini təqdim etməsi mərasimindən sonra “Cəngi" sədaları altında yarış başlanır. Pəhləvanlar beldən aşağı müxtəlif fəndlər işlədib bir-birinin qurşağından yapışır, biri digərini yıxmağa çalışır. Qalibə müxtəlif hədiyyələr verilir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb).
Subekvatorial qurşaqlar
Subekvatorial qurşaqlar — Yerin iki coğrafi qurşağı. Şimal və Çənub yarımkürələrində, ekvatorial qurşaqla tropik qurşaqlar arasındadı. İqlimində ekvatorial mussonlar (qışı quraq, yayı rütubətli, temperaturu daim yüksək) üstünlüyə malikdir. Subekvatorial qurşaqlar yayda (müvafiğ yarımkürələrdə) ekvatorial hava kütləsinin, qışda passatların (tropik hava) təsiri altındadır. Orta aylıq temperatur 15—32°S, illik yağıntının miqdarı 250–2000 mm-dir. Yağıntının 90—95%-i yağışlar dövründə (2—10 ay) düşür. Landşaft zonaları (daimi rütubətli meşələr, mövsümi rütubətli meşələr, rütubətli hündürotlu savannalar və savanna meşələri, tipik savannalar, səhralaşmış savannalar və savanna meşələri) meridian istiqamətindədir. Heyvanat aləmi üçün kövşəyən çutdırnaqlılar, yırtıcılar, gəmiriçilər, termitlər, ikiqanadlılar və zərqanadlı cücülər səçiyyəvidir. Subekvatorial qurşaqların okean sularında (səthdə) temperatur ilboyu təqribən 25°S-dir. Duzluluq ekvatora doğru 37%-dək azalır.
Van Allen Qurşaqları
Van Allen qurşaqları — adlanan və Yerin maqnit sahəsindən qaynaqlanan bu təbəqə planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyası yerinə yetirir. Günəşdən və digər ulduzlardan mütəmadi olaraq yayılan bu şüalar insanlar üçün çox təhlükəlidir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat qeyri-mümkün olardı” Maqnit sahəsi həyatımız üçün çox böyük əhəmiyyətə malikdir. Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunmuş olur. Günəşdən gələn öldürücü kosmik şüalar Yer kürəsi ətrafındakı bu qoruyucu qalxandan keçə bilmir. 70 000 km uzaqlıqda maqnit halqaları çəkən Van Allen Qurşaqları dünyanı bu öldürücü şüalardan qoruyur. Bu olmasaydı bəlkə də Yerdə həyat mövcud olmazdı. Göy üzündə bizim üçün yaradılmış qoruyucu qalxan var. Van Allen radiasiya qurşağı, enerjili yüklü hissəciklərin bir bölgəsi olub, bunların əksəriyyəti, planetin maqnit sahəsi tərəfindən bir planetin tutduğu və ətrafında tutulduğu günəş küləyindən qaynaqlanmaqdadır.
Vulkan qurşaqı
Vulkan qurşaqı – (rus. вулканический пояс, ing. volcanic belt) yer səthində bir neçə min kilometrlərlə xətti uzanan, vulka­nizmin inkişafı ilə səciyyələnən zona. Cavan qırışıqlıq və tektonik cəhətdən fəal vilayətlər üçün səciy-yəvidir.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır. Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır. Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 ••••••••• 0.67
2006 ••••••••••••• 0.90
2007 •••••••••••• 0.85
2008 •••• 0.24
2009 ••••• 0.32
2010 •••••••• 0.54
2011 •••••• 0.43
2012 •••••• 0.43
2013 •••••••• 0.58
2014 ••••• 0.34
2015 •••••••••••••• 1.02
2016 ••••• 0.35
2017 •••••••••••••• 0.98
2018 •••••••••••••••••••• 1.50
2019 •• 0.14

qurşaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Beli sıx tutmaq üçün ona sarılan uzun və dar parça; belbağı. Qurşaq da, bilirsən ki, on arşın gərək olsun… M.Ə.Sabir. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə aparırdı. C.Məmmədquluzadə. Hacı Salman çubuğunu qurşağına sancdı, konka sürənin yerinə çıxdı. M.S.Ordubadi. // Sarğı, ip və s. Göndərilən kitablar başıbağlı qalıb, kəsilmir və ruznamələr qurşaqdan çıxmır. F.Köçərli . 2. Bel. Qurşağından yapışmaq. Qurşağa qədər suya batmaq. Qurşağa qədər palçıq vardır. Bədəni hər gün qurşağa qədər soyuq su ilə yumaq xeyirlidir. – Burada yaz zamanı qurşağa qədər ot olur. İ.Əfəndiyev. 3. xüs. Bir şeyin belini dövrələmək üçün metaldan və s.-dən qayrılmış kəmər; çənbər. Çəlləyin qurşağı. Binanın qurşağı. 4. coğr. Yer kürəsi səthinin iki meridian arasındakı hissəsi. Bütün Yer kürəsi meridianlarla 24 qurşağa, ya zonaya bölünür. – Avropa, demək olar ki, tamamilə mülayim qurşaqda yerləşən yeganə qitədir. “Qitələr coğrafiyası”. // Ölkə ərazisinin, hər hansı bir əlamətinə görə, müəyyən bir qismini təşkil edən hissəsi. – Hündürlüyü 1000 m-dən artıq olan relyef ünsürləri dağ qurşağını təşkil edir… [Miçurin] şaftalı kimi dadlı, zərif ətirli bir meyvə bitkisini Rusiyanın orta qurşaqlarında yetişdirmək istəyirdi. M.Axundov. ◊ Qurşağa çıxmaq – həddi aşmaq (bir şeyin çoxluğunu, bolluğunu bildirir). Qar qurşağa çıxırdı. – Söz uzansa həcv çıxar qurşağa; Sözün dalın çox uzatma, hayıfsan! Aşıq Ələsgər. Bu minval ilə yeddi gün keçdi. Bu yeddi günün ərzində plov qurşağa çıxdı… Ə.Haqverdiyev. Qurşağının altını bərkitmək zar. – qarnını doydurmaq, yemək. [Cahangir bəy:] …Xəlil, sən də gəl otur, qurşağının altını bərkit, balam! N.Vəzirov. Qurşaq tutmaq (yapışmaq) – güləşmək.

    Azərbaycan dilinin izahlı lüğəti / qurşaq

qurşaq sözünün etimologiyası

  • 1 Qədimdə qur feili olub və “dartmaq” mənasında işlədilib (“tələ qur” deyirik). Qurşa isə “bağla” deməkdir. Bir mənası da “dairə, qövs, toqqa” demək olub. Qur­şaq ismi qurşamaq feilindən daraq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qurşaq

qurşaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 1. QURŞAQ [Mirzə Bağır:] Qırmızı qurşağı vardı, özünün də əlində uzun təsbehi olardı (Çəmənzəminli); BELBAĞI Belində gümüş körpülü belbağı ..qonşu oğlu yoldaşları ilə söhbətə gedirdi (H.Sarabski); KƏMƏRBƏND Oğlan gəlir enişdən; Kəmərbəndi gümüşdən; Yar ilə mərcimiz var; Mən dodaqdan, o dildən (Bayatı). 2. QURŞAQ [Molla Qafar] bunu deyərək qurşağını sarımağa başladı (S.Rəhimov); BEL Başın qülləbəsin, belin kəməri; Hər birin bir yana atmaq çağıdı (Q.Zakir). 3. QURŞAQ, ÇƏNBƏR (çəlləyin, binanın qurşağı və s.)

    Azərbaycan dilinin sinonimlər lüğəti / qurşaq

qurşaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QURŞAQ I is. Belbağı. Məmmədhəsən əlini eşşəyinin qurşağına salıb çəkə-çəkə apardı (C.Məmmədquluzadə). QURŞAQ II is. coğr. Yer kürəsi səthinin iki meridian arasındakı hissəsi. Avropa tamamilə mülayim qurşaqda yerləşən yeganə qitədir.

    Azərbaycan dilinin omonimlər lüğəti / qurşaq

qurşaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. кушак, опояска, подпояска; 2. обруч, обойма, обхват; 3. геог. пояс, зона;

    Azərbaycanca-rusca lüğət / qurşaq
  • 2 сущ. 1. талия. İncə qurşaq (bel) тонкая талия 2. кушак, пояс. Qurşaq bağlamaq подпоясывать кушак 3. геогр. пояс: 1) часть поверхности земного шара между двумя меридианами. Yer meridianlarla 24 qurşağa bölünür Земля делится меридианами на 24 пояса: 2) часть поверхности земного шара между параллелями, являющаяся определенной климатической зоной. Ekvator qurşağı экваториальный пояс, tropik qurşaqlar тропические пояса, isti qurşaq жаркий пояс, mülayim qurşaq умеренный пояс 3) полоса растительности, меняющаяся по мере изменения высоты над уровнем моря. Bitki qurşağı растительный пояс 4. обруч. Çəlləyin qurşağı обруч бочки, dəmir qurşaq железный обруч, ağac qurşaq деревянный обруч 5. тех. обойма (деталь или устройство в виде скобы, обруча и т.п.), охватывающего и скрепляющего что-л. 6. тех. бандаж (наружный стальной обод на колесе вагона или паровоза для предохранения от изнашивания) 7. полоса (пространство между какими-л. границами, двумя линиями или вдоль какой-л. линии). Ensiz qurşaq узкая полоса 8. архит. схватки (приспособление для поддерживания, скрепления, соединения чего-л.) II прил. 1. поясной. Qurşaq qiymətləri поясные цены (цены, по которым какой-л. продукт реализуется в пределах данного территориального пояса), qurşaq vaxtı астр. поясное время (система счета времени, основанная на разделении поверхности Земли на 24 часовых пояса); qurşaq izolyasiyası тех. поясная изоляция 2. обручный. Qurşaq dəmiri обручное железо 3. поясковый. Qurşaq halqası тех. поясковое кольцо; göy qurşağı радуга ◊ qurşağa çıxır nə по горло, сколько угодно; хоть отбавляй чего; qurşağın altı boşdur голоден (-на); qurşağın altını bərkitmək плотно поесть

    Azərbaycanca-rusca lüğət / qurşaq

qurşaq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. waist-band, girdle, sash; 2. (çəlləkdə) hoop; 3. coğ. zone; mülayim ~ temperate zone; tropik ~ torrid zone; ◊ göy qurşağı rainbow / -ou / ; ~ tutmaq bax güləşmək; ◊ qurşağa çıxmaq to be* a lot, to exist more than enough, to be* more than one wants; ◊ qurşağının altını bərkitmək to have* a square / hearty meat

    Azərbaycanca-ingiliscə lüğət / qurşaq

qurşaq sözünün fransız dilinə tərcüməsi

qurşaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьуршах, чӀул, камари, юкьва ттвадай парчадин зул ва мс.; 2. юкь; qurşağından yapışmaq юкьвакай кьун; qurşağa qədər юкьвал кьван, юкьваз акъатдай (мес. яд, жив); 3. хуьс. ченбер, банд, гьалкъа (мес. челегдин); 4. геогр. зона; пояс (Ччилин гирдадин ччинин кьве меридиандин арада авай пай); ** qurşağa çıxmaq юкьваз акъатун, кьадардилай гзаф хьун (са затӀунин гзафвал къалурдай ибара); qurşağının altını bərkitmək зар. чӀул тӀарамарун, хъсандаказ тӀуьн, руфун тухарун; qurşaq tutmaq (yapışmaq) кьуршахар кьун, юкьварар кьун, гелер кьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qurşaq

qurşaq sözünün türk dilinə tərcüməsi

qurşaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Sıx tutmaq üçün belə sarılan parça; belbağı. 2. Bel. (“Koroğlu” dastanının lüğəti) Bunu deyib yapışdı Kürdoğlunun qurşağından yenə də başladılar. Bu dəfə də Kürdoğlu Koroğlunu yıxdı. (“Koroğlunun Dərbənd səfəri”)

Azərbaycan dastanlarının leksikası

"qurşaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurşaq nədir? #qurşaq sözünün mənası #qurşaq nə deməkdir? #qurşaq sözünün izahı #qurşaq sözünün yazılışı #qurşaq necə yazılır? #qurşaq sözünün düzgün yazılışı #qurşaq leksik mənası #qurşaq sözünün sinonimi #qurşaq sözünün yaxın mənalı sözlər #qurşaq sözünün əks mənası #qurşaq sözünün etimologiyası #qurşaq sözünün orfoqrafiyası #qurşaq rusca #qurşaq inglisça #qurşaq fransızca #qurşaq sözünün istifadəsi #sözlük