* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Dini adətlərə görə, Allah yolunda kəsilən qoyun və ya başqa bir heyvan. □ Qurban bayramı – hicri ilin sonuncu ayında müsəlmanların qurban kəsdikləri dini bayram. Qurban kəsmək – həmin mərasimi icra etmək. Bugünkü qonaqlıq – “qurban kəsmə” Həmzənin idi. Pir üstündə o bu gün bir neçə qoyun kəsmiş, böyük ziyafət vermişdi. Ə.Əbülhəsən. İnqilabdan əvvəl quraqlıq olan illər camaat … müsəllaya çıxıb, çoxlu qurban kəsmiş. Ə.Vəliyev. 2. Xalq arasında: hər hansı bir əlamətdar hadisə münasibəti ilə qoyun kəsmə adəti. Kəndlərdən qəhrəman Fəxrəddinin atının dırnağında qurban kəsmək üçün gətirilən sürü-sürü qoyunlar kəsilib soyulur. M.S.Ordubadi. 3. Ən əziz, ən müqəddəs bir şey yolunda canından keçmiş, özünü fəda etmiş adam. …Bizim Novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar. C.Məmmədquluzadə. □ Qurban etmək (eləmək) – 1) fəda etmək. Müştaqiyəm, canı qurban elərəm; O xəttinə, o xalına, sevdiyim! M.V.Vidadi. Bir canım var, yara qurban eylərəm; El də desin aşıq qurban öldürür. Aşıq Ələsgər; 2) könüllü surətdə başqasının xeyrinə bir şeyindən keçmək, əl çəkmək; canındanmalından keçmək. Qurban getmək – ən əziz, ən müqəddəs bir şey uğrunda fəda olmaq, həlak olmaq, canını qoymaq. Qurban olmaq – bax qurban getmək. // Nəvaziş, mehribanlıq, yaxud yalvarış mənasında. Qurban, tez bunu apar. – Oxu, bülbülciyim, səsinə qurban! Ey ilham pərisi sevimli canan! M.Rahim. Qurban vermək – ən əziz, ən müqəddəs bir şey yolunda öz canından, yaxud yaxın adamının canından və ya malından keçmək, fəda etmək. Vətən yolunda canını qurban vermək. // Qurbandır şəklində – xoş təklif, iltifat mənasında, yaxud xahiş edilən bir şeyi məmnuniyyətlə verməyə, güzəşt etməyə hazır olmağı bildirir. – Nə gözəl şeydir! – Qurbandır! – [Məmmədhəsən əmi:] Baş üstə, baş üstə, qurbandı sənə eşşək. Bu saat gedim, özüm çıxardım. C.Məmmədquluzadə. Ay qardaş, sən xoş gəlmisən. Malım, dövlətim, evim, hamısı sənə qurbandır! Qantəmir. 4. Bir hadisə nəticəsində həlak olmuş adam. Yanğın qurbanları. Zəlzələ qurbanları. // Hər hansı bir iş üzündən zərər çəkmiş, mənəvi iztirab və haqsızlığa məruz qalmış adam haqqında. O, intriqa qurbanı oldu. Öz təcrübəsizliyinin qurbanı. ◊ Qurban(ın) olum! – nəvaziş, mehribanlıq, yaxud yalvarış bildirir. Çoxdandır ki, ibadətdən xaricəm; Səcdəgahım, bir sana qurban olum! Aşıq Pəri. Anası [Nadirin] ayıldığını görcək, qorxa-qorxa yanına gəlib başını sığalladı və sordu: – Qurban olum, bədənin ağrıyırmı? B.Talıblı. O yazan əlinə mən qurban olum! Gəl, gəz bağçamızı gül dərə-dərə. S.Vurğun. [Gülsənəm:] Sən özünə baxma, qurbanın olum! M.Hüseyn. Qurban kəsim! – bax qurban olum! Qurban olasan…, qurban olsun… – biri haqqında icra edilmək istənilən bir işin (cəzanın, tənbehin və s.) kimin (nəyin) sayəsində güzəşt edildiyini bildirir. Qurban olsun gəncliyinə, yoxsa…
Azərbaycan dilinin izahlı lüğəti / qurban2 müəyyən məqsədlə özünü fəda etmə; əlamətdar hadisə ilə əlaqədar heyvan kəsmə.
Azərbaycan kişi adlarının izahlı lüğəti / qurban3 ə. 1) bir niyyət üçün kəsilən heyvan; 2) m. bir yolda fəda olma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qurban1 Qəməri təqvimlə XII ayın adıdır. Mənası “əvəz” deməkdir. Qurban bayramı ilə bağlı yaranmış sözdür, “həyatını kiməsə fəda etmək” deməkdir, bizə ərəb dilindən keçib, lakin islamdan çox qabaq yaranmış sözdür. Ad kimi oğlanlara verilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qurban2 сущ. 1. жертва: 1) в древних религиях: приносимый в дар божеству предмет или живое существо (убиваемое при этом). Kimi, nəyi qurban gətirmək принести в жертву кого 2) перен. добровольный отказ в пользу кого, чего-л.; самопожертвование 3. перен. пострадавший, потерпевший, погибший от несчастного случая. Cinayətin qurbanı жертва преступления, müharibə qurbanları жертвы войны 2. жертвоприношение ◊ Qurban bayramı религиозный мусульманский праздник жертвоприношения; qurban vermək принести в жертву кого, что к ому, ч ему; qurban eləmək (etmək) kimi, nəyi жертвовать кем, чем; qurban kəsmək религ. заколоть жертвенное животное; qurban olmaq быть жертвой, пожертвовать жизнью, быть готовым отдать все для кого-л., qurban olasan kimə благодари кого; sənə qurban olum! ласковое обращение, употребляемое в значении “милый”, “дорогой”; qurbandır sənə! выражение готовности уступить, подарить что-л. к ому-л
Azərbaycanca-rusca lüğət / qurban1 I. i. sacrifice; victim; ~ kəsmək to kill (d.) as a sacrifice; ~ olmaq to sacrifice oneself (to); to be* a victim; ~ etmək to sacrifice (d. to); ~ vermək to make* a sacrifice (for) canını / həyatını ~ vermək to give one’s life as a sacrifice; həyatını vətəninə ~ vermək to give* one’s life as a sacrifice for one’s country; bir şeyin ~ı olmaq to fall* a sacrifice to smth,; uşağını xilas etmək üçün hər şeyi ~ vermək to sacrifice everything to save one’s child; böyük ~lar bahasına at the cost of heavy sacrifice; Qurban(ın) olum! I beseech you! II. s.: ~ bayramı the Moslem Festival of sacrifice; ~ payı part of the sacrificed sheep given to the poor
Azərbaycanca-ingiliscə lüğət / qurban1 is. sacrifice m, victime f ; ~ kəsmək égorger un mouton sacrifitoire
Azərbaycanca-fransızca lüğət / qurban1 [ər.] сущ. 1. къурбан(д); // Qurban bayramı Къурбанд сувар; qurban etmək (eləmək) къурбанд авун а) ччан гун, ччандилай гъил къачун (са затӀунин рекье); б) масадан хийир патал са затӀунилай (ччандилай, малдилай) гъил къачун, гъил чӀугун; qurban getmək къурбанд фин, къурбанд хьун, ччан эцигун, кьин; qurban kəsmək къурбанд тукӀун; qurban olmaq кил. qurban getmək; 2. са къазадикди кьенвай (ва я зарар чӀугунвай) кас; zəlzələ qurbanları зурзалагдин къурбанар; ** qurban(ın) olum “ччан”, “кьий”, “сивиз кьий” манада; xala qurban ччан халадин, хала кьий ваз; qurban olsun..., qurban olasan къурбанд хьуй...
Azərbaycanca-ləzgicə lüğəti / qurban