Qurbanov sözü azərbaycan dilində

Qurbanov

Yazılış

  • Qurbanov • 99.4511%
  • QURBANOV • 0.5374%
  • qurbanov • 0.0116%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afad Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Alim Qurbanov
Alim Qurbanov (5 dekabr 1977-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Xəzər-Lənkəran klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur.
Aqil Qurbanov
Aqil Qurbanov (15 avqust 1986, Bakı) — Azərbaycan Respublikasının müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini. == Həyatı == Aqil Səlim oğlu Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2012–2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.Ailəlidir. İki övladı var. == Karyerası == 2015–2019-cu illərdə "PAŞA Holding" MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı"nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azər Qurbanov
Azər Qurbanov — Azərbaycan aktyoru. == Həyatı == Azər Qurbanov “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır. == Filmoqrafiya == Bir məhəllədən iki nəfər (film, 1957) Sehrli xalat (film, 1964) Göy quş ("Odessa" kinostudiyası) Hakim ("Odessa" kinostudiyası) Xarici qadın ("Odessa" kinostudiyası) Külək ("Odessa" kinostudiyası) == İstinadlar == == Mənbə == "Vaxt ildırım sürətilə keçir, nə vaxtsa filmlərə çəkildiyimi az qala unutmuşam...": "Sehrli xalat" filmindəki Rəşidin - hazırda Amerikada yaşayan Azər Qurbanovun müsahibəsi //525-ci qəzet.- 2013.- 27 iyul.- S.29.
Ağadadaş Qurbanov
Ağadadaş Qurban oğlu Qurbanov (8 mart 1911, Bakı – 22 iyun 1965, Salyan, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı. == Həyatı == Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-i Bakıda anadan olmuşdur. 15 mart 1927-ci ildə Lətif Kərimlinin müəllifi olduğu "Fırtına" pyesi "Dənizçilər klubu"nda Ağadadaş Qurbanov və məktəblilər tərəfindən tamaşaya qoyulmuşdu. Bununla da Gənc Tamaşaçılar Teatrının (Bakıda Fəhlə Uşaqlar Teatrı) bünövrəsi qoyuldu. Aktyor həmin vaxtdan 1952-ci ilədək Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmişdir.Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Fridrix Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" pyesində Qaneş obrazını canlandırmışdır.Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo) rollarını ifa etmişdir.Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol almışdır. Belə ki, aktyor 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol almışdır. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa etmişdir. == Ailəsi == Ağadadaş Qurbanov Xalq artisti Gülxar Həsənova ilə ailəli olmuşdur. Aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın, kino rəssamı Firəngiz Qurbanovanın atasıdır. == Vəfatı == "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi.
Babək Qurbanov
Babək Qurbanov (filosof) (azərb. Babək Osman oğlu Qurbanov‎) — fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov (hərbçi) (azərb.
Busat Qurbanov
Busat Əfsər oğlu Qurbanov (10 sentyabr 2000, Aşağı Kürdmahmudlu, Füzuli rayonu – 10 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Busat Qurbanov 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Busat hərbi xidmət müddətini bitirdikdən sonra yenidən orduda qalmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, postların yarılmasında iştirak etmişdir. O, 10 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Böyükağa Qurbanov
Böyükağa Cabir oğlu Qurbanov (22 aprel 1964, Bayoba, Xaçmaz rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Böyükağa Qurbanov 1964-cü il aprelin 22-də Xaçmaz rayonunun Bayoba qəsəbəsində anadan olub. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda xalq təsərrüfatı fəaliyyətinin təhlili üzrə ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Böyükağa Qurbanov ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 92 nömrəli Xaçmaz dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Böyükağa Qurbanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Böyükağa Qurbanov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Böyükağa Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli 1404 nömrəli Sərəncamı ilə Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Cahangir Qurbanov
Cahangir Qurbanov (müğənni) — Azərbaycan müğənnisi. Cahangir Qurbanov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Cavad Qurbanov
Cavad Bahadur oğlu Qurbanov (1926, Şuşa - 2007, Bakı) — Azərbaycanın əməkdar idman xadimi, əməkdar məşqçisi, dəfələrlə qılıncoynatma üzrə respublika çempionu, Ümumittifaq və Beynəlxalq dərəcəli hakim. == Həyatı == Cavad Qurbanov Şuşa şəhərində anadan olub. Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi (1967), əməkdar məşqçisi (1964), dəfələrlə qılıncoynatma üzrə respublika çempionu, Ümumittifaq və Beynəlxalq dərəcəli hakim olub. C.Qurbanov Azərbaycanda qılıncoynatma idman növünün əsasını qoyanlardan biridir. O, uzun illər respublikanın yığma komandasının baş məşqçisi işləyib. Yetirmələri Avropa, dünya və olimpiya oyunlarının iştirakçısı və mükafatçısı olub.
Cavanşir Qurbanov
Cavanşir Qurbanov (azərb. Cavanşir Kazım oğlu Qurbanov‎; 6 dekabr 1947, Bakı) — Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Güləş Federasiyasının Prezidenti, Yasamal rayonu Ağsaqallar Şurasının sədri. == Həyatı == === Təhsili === Qurbanov Cavanşir Kazım oğlu 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. === Ailəsi === Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Cavanşir Qurbanovun atası Qurbanov Kazım Pənah oğlu Böyük Vətən müharibəsinin iştirakçısı, anası Qurbanova Zəhra Yusif qızı isə evdar qadın olmuşdur. Samirə, Samir, Cəlal adından övladları var. == Fəaliyyəti == 1968-ci ildən idman sahəsində çalışır. 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. 1972–1973-cü illərdə Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət keçmişdir. 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür.
Cavid Qurbanov
Qurbanov Cavid Qənbər oğlu (19 sentyabr 1958, Ağdaban, Kəlbəcər rayonu) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri. Milli Məclisinin III, IV və V çağırışlarin deputatı. Texniki elmləri namizədidir. == Həyatı == Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980–1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987–1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992–1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor vəzifəsində çalışmışdır.
Cəlal Qurbanov
Cəlal Qurbanov (azərb. Cəlal Cavanşir oğlu Qurbanov‎; 19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü,nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land" Prodakşn-nın rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti == Həyatı == Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.
Davud Qurbanov
Davud Taryel oğlu Qurbanov (15 fevral 1996, Bakı – 3 oktyabr 2020, Tərtər rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Davud Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə R.Pirnəzərov adına 299 saylı Biləcəri qəsəbə məktəb-liseyində, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib. Subay idi. Müxtəlif telekanallarda montajçı vəzifəsində çalışmışdı. == Hərbi xidməti == Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Davud Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Davud Qurbanov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Elxan Qurbanov
Qurbanov Elxan Hacıbaba oğlu — azərbaycanlı dram və kino aktyoru. == Həyatı == Elxan Qurbanov 1952-ci ildə Bakıda anadan olmuşdur. Bir neçə film, serial və reklamlarda çəkilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi. 24 noyabr 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilməsi nəzərdə tutulan "Romeo və Cülyetta" tamaşasının məşqi zamanı vəfat edib. Teatrın aktyoru, Azərbaycan Respublikasının Xalq Artisi Ağaxan Salmanlının fikirincə :"Elxan Qurbanov əsl aktyor kimi, qrimdə vəfat etdi". == Filmoqrafiya == Bir anın həqiqəti (film, 2003) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim!
Elvin Qurbanov
Elvin Qurbanov (tam adı: Elvin Elmar oğlu Qurbanov; 29 aprel 1999; Qusar, Azərbaycan — 1 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Qurbanov 1999-cu il aprelin 29-da Qusar şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elvin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Qurbanov oktyabrın 1-də şəhid olub. Qusar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elçin Qurbanov
Elçin Məcid oğlu Qurbanov (22 yanvar 2002, Xanlıqlar, Qazax rayonu – 4 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 2008-2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Qurbanov 2020-ci ilin yanvarın 27-də müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Elçin Qurbanov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Qurbanov
Qurbanov Elşad Məcnun oğlu (2 yanvar 1951, Urud, Sisian rayonu) — Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. O, 1968–ci ildə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə isə fərqlənmə diplomu ilə Bakı şəhəri 8 nömrəli tibb məktəbini bitirmişdir. Qurbanov 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır.Elşad Qurbanov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin botanika ixtisasını bitirib. 1979–1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil alan Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə isə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. O, həmin ildən BDU-nun professorudur. == Elmi fəaliyyəti == Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir. Qurbanov Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir. Atropatan florasına aid olan 2 595 bitkinin Azərbaycan və latın dillərində adlarını qeyd edən Qurbanov 6 mindən çox herbari nümunəsi toplayaraq herbari fonduna vermişdir.E.M. Qurbanov 128-i xaricdə dərc edilmiş 397 elmi əsərin (16 kitab, 381 məqalə), 60-dan artıq tədris proqramı və metodik göstərişin, 13 müəlliflik şəhadətnaməsi və patentin müəllifi və 15 kitabın elmi redaktorudur.
Emil Qurbanov
Emil Qurbanov (leytenant) — Vətən müharibəsi şəhidi. Emil Qurbanov (əsgər) — Vətən müharibəsi şəhidi.
Eyvaz Qurbanov
Eyvaz Qurbanov (14 fevral 1963, Bucaq, Vartaşen rayonu) — Oğuz Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Fariz Qurbanov
Fariz Məhəmməd oğlu Qurbanov (28 iyun 1998; Qızılhacılı, Goranboy, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Qurbanov 28 iyun 1998 -ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub. Fariz orta məktəbi qurtardıqdan sonra, 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fariz Qurbanov Ağdərə Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı kəşfiyyatçı istehkamçı kimi hərbi xidmətini yerinə yetirib. 28 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fazil Qurbanov
Fazil Səməd oğlu Qurbanov (18 fevral 1944, Bakı – 23 dekabr 2020, Moskva) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017). == Həyatı == Qurbanov Fazil Səməd oğlu 1944-cü il fevralın 18-də Bakıda anadan olub. 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M. A. Topçubaşov) olub. F. Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturaya daxil olub. 1983-cü ildə "Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Firudin Qurbanov
Qurbanov Firudin İsa oğlu (tam adı: Qurbanov Firudin İsa oğlu; 29 avqust 1952, Ağsu rayonu) — Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini (2014-cü ildən), Bakı Dövlət Universitetinin rektor əvəzi (2018–2019). == Həyat == Firudin Qurbanov 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1975-ci illərdə orduda xidmət edib. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == 1975–1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982–1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi) Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.
Fərdi Qurbanov
Fərdi Qurbanov - Azərbaycanlı ağırlıq qaldıran, pauerlifter. Dəfələrlə Azərbaycan çempionu; Yeniyetmələrdə Avropa və Dünya çempionu, rekordçusu və laureatı. == Həyatı == Fərdi İbrahim oğlu Qurbanov 8 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Əslən isə Şuşa şəhərindəndir. 2004-2015-ci illərdə Bakı şəhəri 245 saylı tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xidmət edib. Hərbi xidmətdə olduğu zaman Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Fəxri Fərmanla təltif olunub. 2020-ci ildə Ukraynanın Xarkov şəhərində Polis Akademiyasına daxil olub, ali təhsili davam edir. Subaydır. Hazırda Bakıda yasayır.
Akif Qurbanov (Əsgər)
Akif Qurbanov — (2 iyul 1968-ci ildə doğulub) — Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Hərbi xidmətini Rusiyada keçirmişdir. Akif Qurbanov 1990-cı illərin əvvəllərində ermənilərin azğınlığına dözə bilməyərək könüllü olaraq cəbhəyə getmişdir. Akif Qurbanov 1994-cü il may ayının 11-də itkin düşmüşdür. == Həyatı == Akif Qurbanov 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Çox qabiliyyətli və savadlı bir gənc idi. Gəncə şəhər elektrik-Sənaye Texnikumunda oxumuşdur. Hərbi xidmətini Rusiyada keçirmişdir.
Anna Qurbanova
Anna Qurbanova (24 sentyabr 1986, Moskva) — gimnast. == Həyatı == 24 sentyabr 1986-cı ildə anadan olmuşdur. Tələbədir. 2007-ci il Azərbaycan çempionatında çənbər ilə qələbə qazanıb, 2004-cü il Afina Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının, Dünya kuboku finalının iştirakçısıdır. 2005-ci ildə Bakıda keçirilmiş Dünya çempionatı və 2005-ci ildə Moskvada təşkil olunmuş Avropa çempionatının komanda yarışlarında 5-ci yerləri tutub. İtaliyada beynəlxalq turnirdə gürzlərlə qələbə qazanıb, çoxnövçülükdə isə gümüş medal əldə edib. Daşkənddə Dünya kuboku 2005-də iplə hərəkətlərdə bürünc, İtaliya-2006 klub çempionatında gümüş mükafatlar qazanıb.
Babək Qurbanov ( filosof )
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. == Həyatı == Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Babək Qurbanov (filosof)
Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor., Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir. == Həyatı == Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == 1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.
Babək Qurbanov (hərbiçi)
Babək Vahid oğlu Qurbanov (19 iyul 1982, Şahbuz rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1982-ci ildə Şahbuz rayonunda doğulub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Babək Qurbanov (hərbçi)
Babək Vahid oğlu Qurbanov (19 iyul 1982, Şahbuz rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general-mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1982-ci ildə Şahbuz rayonunda doğulub. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Cahangir Qurbanov (müğənni)
Qurbanov Cahangir Qafar oğlu (17 sentyabr 1976, Sumqayıt) — Azərbaycan müğənnisi. == Həyatı == Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin Hərbi fiziki təlim fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsil aldıqdan sonra Bakı şəhərinə köçüb. Bir neçə beynəlxalq festivalın qalibi və qranpri mükafatçısıdır. 2009-2010-cu illərdə ATV telekanalında "Yeni Ulduz" tele-yarışmasının qalibi olub. 2012-ci ildə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olub (professor Hüseyin Əliyevin sinfinə). 2013-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı solist-vokalçı kimi teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Sevil"də Atakişi, "Toska"da Anjelotti, "L'elisir D'amore" Belkore, "Pagliacci" Silvio və s.
Cahangir Qurbanov (əsgər)
Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994, Borsunlu, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub. Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Ailəsi == Subay idi. Atası – Məmməd Qurbanov. Anası – Elminaz Qurbanova. Qardaşları – Yunis Qurbanov, Samir Qurbanov. Əmiləri – Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər. == Hərbi xidməti == 2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.
Cəmilə Qurbanova
Qurbanova Cəmilə Fazil qızı — azərbaycanlı professor. Tibb elmləri doktoru. 2013-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktorudur. == Həyatı == Qurbanova Cəmilə Fazil qızı 16 sentyabr 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1995-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ş. Ələsgərova adına 5 saylı doğum evində internatura keçmiş, 1996-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında klinik ordinaturada təhsil almışdır. 1998-ci ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının 2-ci Mamalıq və Ginekologiya kafedrasında əyani aspiranturaya daxil olmuşdur. 2000-ci ildə Rusiya Tibb Elmlər Akademiyasının akademiki A.N. Strijakovun rəhbərliyi ilə "Reproduktiv yaşda yumurtalıqların irinli iltihabi xəstəliklərinin diaqnostika və müalicəsində az invaziv cərrahiyyənin rolu" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi adı almışdır. O, elə həmin ildə də İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının Mamalıq və Ginekologiya kafedrasının müdiri akademik A.N. Strijakovun təqdimatı ilə elmi fəəliyyətini davam etdirmək üçün həmin kafedrada doktoranturaya qəbul olunmuşdur. Ailəlidir. Bir övladı var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 64.26 dəfə / 1 mln.
2002 ••••• 20.56
2003 ••••••••• 40.94
2004 ••••••• 29.98
2005 ••••••••• 39.81
2006 •••••••••• 43.92
2007 •••••••••••• 52.86
2008 ••••••••••••• 60.90
2009 ••••••••••••••• 68.31
2010 •••••••••••••••••••• 94.68
2011 •••••••••••••• 62.37
2012 ••••••••••• 51.03
2013 ••••••••••••• 59.22
2014 •••••••••••• 53.71
2015 ••••••••••••••••• 78.59
2016 ••••••••••••••••••• 85.56
2017 •••••••••••••••••••• 93.00
2018 ••••••••••••••••• 76.11
2019 ••••••••••••••• 68.15
2020 •••••••• 36.20

Oxşar sözlər

#qurbanov nədir? #qurbanov sözünün mənası #qurbanov nə deməkdir? #qurbanov sözünün izahı #qurbanov sözünün yazılışı #qurbanov necə yazılır? #qurbanov sözünün düzgün yazılışı #qurbanov leksik mənası #qurbanov sözünün sinonimi #qurbanov sözünün yaxın mənalı sözlər #qurbanov sözünün əks mənası #qurbanov sözünün etimologiyası #qurbanov sözünün orfoqrafiyası #qurbanov rusca #qurbanov inglisça #qurbanov fransızca #qurbanov sözünün istifadəsi #sözlük