Qurbanlı sözü azərbaycan dilində

Qurbanlı

Yazılış

  • Qurbanlı • 99.8292%
  • QURBANLI • 0.1397%
  • qurbanlı • 0.0310%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qurbanlı
Qurbanlı — soyad. Musa Qurbanlı — azərbaycanlı futbolçu. Mübariz Qurbanlı — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı. Ruhidil Qurbanlı — Azərbaycanı təmsil edən gimnast. Ramilə Qurbanlı — Azərbaycanlı jurnalist-publisist. Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist. Digər Qurbanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Elvin Qurbanlı
Fəxrəddin Qurbanlı
Molla Qurbanlı
Musa Qurbanlı
Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu. == Klub karyerası == === "Qarabağ" === Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. 2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur. O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib. 2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu. === "Yurqorden" === 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin "Yurqorden" klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancının 200 min avro olacağı bildirilib. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Natiq Qurbanlı
Nurlan Qurbanlı
Qurbanlı (Germi)
Qurbanlı (fars. قربانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (13 ailə).
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor, Azərbaycan Dövlət Televiziyasında, Space telekanalında redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri", "Zülməti yaranlar", "39-cu pərdə", "Şəhid həkimlər" adlı kitabların müəllifidir.
Ruhidil Qurbanlı
Ruhidil Qurbanlı (d. 28 may 2003) — Azərbaycanı təmsil edən gimnast. == Karyerası == Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) — şair, yazıçı və jurnalist == Həyatı == Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997–1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Çərkəz Qurbanlı
Çərkəz Qurbanlı (20 yanvar 1941, Saral, Hamamlı rayonu – 5 may 2014, Bakı) — tərcüməçi-alim. == Həyatı == Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960–1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb. 1980-ci ildə filologiya üzrə elmlər namizədi elmi adını alıb. 1990-ildə dosent elmi adı alıb. Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. O, Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi. Çərkəz Qurbanlı 5 may 2014-cü il tarixində ölmüşdür. == Fəaliyyəti == 1965–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib.
Orxan Qurbanlı
Orxan Qurbanlı Ventspilsdən icarə əsasında Dinamo-Auto Tiraspolda çıxış edən azərbaycanlı yarımmüdafiəçidir.
Qurbanlıq
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qurbanlıq ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. == Tarixi == Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.

"qurbanlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qurbanlı nədir? #qurbanlı sözünün mənası #qurbanlı nə deməkdir? #qurbanlı sözünün izahı #qurbanlı sözünün yazılışı #qurbanlı necə yazılır? #qurbanlı sözünün düzgün yazılışı #qurbanlı leksik mənası #qurbanlı sözünün sinonimi #qurbanlı sözünün yaxın mənalı sözlər #qurbanlı sözünün əks mənası #qurbanlı sözünün etimologiyası #qurbanlı sözünün orfoqrafiyası #qurbanlı rusca #qurbanlı inglisça #qurbanlı fransızca #qurbanlı sözünün istifadəsi #sözlük