qursaq sözü azərbaycan dilində

qursaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qursaq • 83.5821%
  • Qursaq • 13.4328%
  • QURSAQ • 2.9851%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2007 ••••••• 0.21
2011 •••••••••••••••• 0.51
2012 ••• 0.09
2013 ••••• 0.15
2015 •••••• 0.17
2016 •••••• 0.17
2018 ••••• 0.15
2019 ••••••••••••• 0.42
2020 •••••••••••••••••••• 0.66

qursaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Gövşəyən heyvanların və quşların birinci mədəsi. // Ümumiyyətlə, mədə. □ Qursağı boş – ac. 2. İçinə sucuq və s. doldurmaq üçün nazik, quru bağırsaq. // Dəf, baraban və s. üzünə çəkilən nazik dəri. ◊ Qursağı daralmaq – 1) yeməməkdən arıqlamaq, üzülmək. Aclıqdan uşağın qursağı daralar, fikri ilə anası ona yanaşaraq: – Oğlum, … qalx, qalx, yeməyini ye, – deyərdi. A.Şaiq; 2) məc. ürəyi sıxılmaq, canı sıxılmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / qursaq

qursaq sözünün etimologiyası

  • 1 Bəzi mənbələrdə cumru, cumrusaq kimi verilib. Mənası “yumru” deməkdir. Mədə ərəb sözüdür. Bizdə onun yerinə qursaq işlədilib. Qursaq bağırsağın qazana oxşar (yumru) bir hissəsidir. Tatarlar ona “aş qazanı” (yeyilənlərin yığıl­dığı yer) deyirlər. Deməli, qursaq “özü yumru, içi boş olan” deməkdir. Rus dilində желудок və желудь (palıd qozası) kökdaş sözlər kimi şərh olunur. Deməli, yumru (qoza kimi) olmaq əlaməti əsas tutulub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qursaq

qursaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qursaq sözünün rus dilinə tərcüməsi

  • 1 сычуг, часть желудка, желудок

    Azərbaycanca-rusca lüğət / qursaq
  • 2 I сущ. 1. сычуг (один из отделов желудка жвачных животных) 2. разг. желудок 3. разг. живот II прил. сычужный. Qursaq fermenti сычужный фермент ◊ qursağı boş голодный; qursağı dar вспыльчивый, невыдержанный; qursağı daralmaq: 1. истощаться, истощиться, стать слабым, худым от недоедания; 2. перен. скучать, тосковать

    Azərbaycanca-rusca lüğət / qursaq

qursaq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. anat. abomasum, abomasus; ◊ qursağı dar hot-tempered, quick-tempered; d.d. peppery; ◊ qursağı daralmaq to become* hot-tempered / quick-tempered

    Azərbaycanca-ingiliscə lüğət / qursaq

qursaq sözünün fransız dilinə tərcüməsi

qursaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьурсах; хук; // qursağı boş кьурсахда затӀ авачир, гишин; 2. шуькӀуь, кьуру рад (къене кӀерецӀдин хвехвер ва мс. затӀар туна колбаса хьтинди ийидай); 3. кьелечӀ хам (далдамдал ва мс. акьалждай); ** qursağı daralmaq а) кьурсах дар хьун, яхун хьун, агатун (гишинвиляй); б) пер. рикӀ чӀулав хьун, рикӀ дар хьун, рикӀ чуькьуьн.

    Azərbaycanca-ləzgicə lüğəti / qursaq

"qursaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qursaq nədir? #qursaq sözünün mənası #qursaq nə deməkdir? #qursaq sözünün izahı #qursaq sözünün yazılışı #qursaq necə yazılır? #qursaq sözünün düzgün yazılışı #qursaq leksik mənası #qursaq sözünün sinonimi #qursaq sözünün yaxın mənalı sözlər #qursaq sözünün əks mənası #qursaq sözünün etimologiyası #qursaq sözünün orfoqrafiyası #qursaq rusca #qursaq inglisça #qursaq fransızca #qursaq sözünün istifadəsi #sözlük