Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
== Coğrafiyası və iqlimi ==
Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir.
Quru subtropik iqlimə malikdir.
== Adının mənşəyi ==
Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur.
== Tarixi ==
Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.