* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Gərilmiş halda olan; tarım, dartılmış, tarım çəkilmiş. Gərgin iş. Gərgin sim. // məc. Gərginlik halında olan. Gərgin əzələlər. Əsəbləri gərgin halda olmaq. – Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq. 2. Böyük və arasıkəsilməz iş, zəhmət və enerji tələb edən; intensiv. Gərgin zəhmət. – Bol məhsul götürmək üçün gərgin iş, səmərəli əmək tələb olunur. Ə.Vəliyev. Mədədov taqımla gedəndən sonra, … səbirsizliklə cəbhənin gərgin vuruşmalar gedən sahələrinə göndəriləcəyini gözlədi. Ə.Əbülhəsən. Gərgin işlə açırsan; Son zamanlar səhəri. M.Seyidzadə. // Zərf mənasında. Bayaqdan bəri qaşlarını çatıb gərgin diqqətlə qulaq asan Qaraş heyrətlə bir atasına, bir də anasına baxdı. M.İbrahimov. [Çiyələyin] əlləri böyük çeviklik, səliqə göstərsə də, ürəyi, fikri də aydın, gərgin işləyirdi. B.Bayramov. 3. Çətin, ağır; həllini (çıxış yolunu) tələb edən. Gərgin vəziyyət. Gərgin beynəlxalq münasibət. 4. məc. Ağır, sıxıntılı, ciddi, çətin, gərginliklə keçən. Gərgin daxili həyəcan. – Həmin bu gərgin dəqiqələrdə Ciminin çöhrəsi sədrin hər hərəkətini təəccüblü bir həssaslıqla əks etdirirdi. İ.Əfəndiyev. Ölkə müharibə dövrü üçün çox təbii olan son dərəcə gərgin, həyəcanlı bir vəziyyət keçirirdi. Ə.Əbülhəsən. □ Gərgin olmaq – ağırlaşmaq, vəziyyəti pisləşmək, pozulmaq. Nəcəf bəyin haləti gərgin olub, tez-tez otaqda var-gəl edib sonra gəlir. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / gərgin2 1. GƏRGİN (iş, zəhmət və enerji tələb edən) Gərgin işlə açırsan; Son zamanlar səhəri (M.Seyidzadə); QIZĞIN Bu qızğın fəaliyyət zamanı Yavər də, Mədinə də rəssamı unutmuş kimi idilər (M.İbrahimov); İNTENSİV. 2. GƏRGİN, AĞIR, ÇƏTİN (vəziyyət haqqında)
Azərbaycan dilinin sinonimlər lüğəti / gərgin1 GƏRGİN – SAKİT Şəhərdə vəziyyət gərgin idi (S.Vəliyev); Sakit və azca qüssəli nəzərlərimi ona dikib durdum (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / gərgin1 1. напряженный, натянутый, интенсивный; 2. напряженно, натянуто;
Azərbaycanca-rusca lüğət / gərgin2 I прил. напряжённый: 1. находящийся в состоянии напряжения. Gərgin əzələlər напряженные мышцы, gərgin əsəblər напряженные нервы 2. требующий больших усилий, сосредоточения сил, внимания и т.п. Gərgin əmək напряженный труд, gərgin iş напряжённая работа, gərgin mübarizə напряжённая борьба, gərgin oyun напряжённая игра, gərgin görüş напряжённая встреча, gərgin axtarışlar напряженные поиски 3. находящийся в состоянии напряжения, требующий разрешения, выхода, готовый разразиться чём-л. Gərgin beynəlxalq vəziyyət напряжённая международная обстановка, gərgin münəsibətlər напряжённые отношения 4. принуждённый. Gərgin sükut напряжённая тишина, gərgin dəqiqələr напряжённые минуты II нареч. напряжённо. Gərgin işləmək напряжённо работать, gərgin məşq etmək напряжённо тренироваться, gərgin hazırlaşmaq напряжённо готовиться
Azərbaycanca-rusca lüğət / gərgin1 I. s. strained, intense, tense, intensive; ~ diqqət strained attention; ~ münasibət strained relation; ~ əmək intensive work; ~ sifət a strained / intense face; ~ əzələlər tense muscles; ~ qayğı intensive care II. z. intensively, intensely; hard; ~ işləmək to work hard / intensively
Azərbaycanca-ingiliscə lüğət / gərgin1 sif. tendu, -e, contracté, -e, stressé, -e, ~ münasibət relations f pl tendues ; ~ əmək travail m pénible
Azərbaycanca-fransızca lüğət / gərgin1 прил. 1. тӀарам; ялнавай, тӀарамдаказ чӀугунвай (мес. еб); 2. гужлу (мес. зегьмет); 3. залан, четин (мес. везият); gərgin olmaq пер. залан хьун, четин хьун, везият пис (чӀур) хьун.
Azərbaycanca-ləzgicə lüğəti / gərgin