Şərqin sözü azərbaycan dilində

Şərqin

Yazılış

  • Şərqin • 96.4072%
  • şərqin • 3.5298%
  • ŞƏRQİN • 0.0630%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şərqin Astanasında (1939)
Film Şərqin qapısı adlanan Azərbaycanın nailiyyətlərindən bəhs edir. Film saxlanılmayıb.
Şərqin astanasında (film, 1939)
Film Şərqin qapısı adlanan Azərbaycanın nailiyyətlərindən bəhs edir. Film saxlanılmayıb.
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə — Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) 1917-ci il noyabrın 20-də (dekabrın 3-də) qəbul olunmuş müraciətnaməsi. XKS-nin sədri V.İ.Lenin və xalq milli işlər komissarı İ.V.Stalin imzalamışlar. Mətni Bakıda nəşr edilən qəzetlərdə, o cümlədən "Hümmət" qəzetində (1917 il 5 dekabr, № 22) dərc olunmuşdu. Müraciətnamədə deyilirdi: Bunun ardınca Rusiyada baş vermiş Oktyabr çevrilişinin {1917) rolundan bəlağətlə bəhs edilirdi: Sonra müraciətin ünvanı aşağıdakı kimi müəyyənləşdirilirdi: Lakin ən başlıca məsələ müraciətdə irəli sürülən müddəalar idi. Müraciətdə göstərilirdi ki, "Bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır. Öz milli həyatınızı azad və mümaniətsiz qurun. Sizin buna haqqınız vardır. Bunu biliniz ki, Rusiyanın bütün xalqlarınm hüququ kimi, sizin də hüququnuzu inqilab və onun orqanları, Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri var qüvvəsi ilə qoruyur" və i.a. 1917 il noyabrın 2 (15)-də elan edilmiş Rusiya xalqlartnın hüqııq bəyannaməsi kimi, bu sənəd də bilavasitə təbliğat xarakteri daşımış, orada elan edilmiş, prinsipial müddəalara əməl olunmamışdı. Bu, "Zaqafqaziyanın türk və müsəlmanları"na, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə özünü əyani şəkildə göstərmişdi.
Sovet Naxçıvanı — Şərqin qapısı (film, 1949)
Film Azərbaycanın tərkib hissəsi olan qədim Naxçıvan torpağına, Muxtar Respublikanın yaradılmasının 25 illiyinə həsr olunmuşdur Rejissor: Həbib İsmayılov Ssenari müəllifi: Hüseyn İbrahimov, M.Rəhman, Abbas Zamanov Operator: Seyfulla Bədəlov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Müsəlman Şərqini Öyrənən Cəmiyyət
Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı. 1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər. Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi. Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır).
Suriyanın şərqində döyüşlər (2014)
Suriyanın şərqində döyüşlər — Suriyada vətəndaş müharibəsi zamanı İraq və Şam İslam Dövləti (İŞİD) tərəfindən Suriyanın şərqində hökumətin nəzarətində olan hərbi obyektlərə qarşı başlatdığı hücum əməliyyatı. İŞİD suriyalı üsyançılarını bölgədən qovduqdan sonra bu əməliyyata start vermişdir. Hücum İŞİD-in yarandığı gündən bəri Suriya hökumətinə qarşı başlatdığı ən böyükmiqyaslı hərbi əməliyyat hesab edilir. Bu, həmçinin Suriya Ordusunun Suriyanın şərqində İŞİD mövqelərinə qarşı keçirdiyi hərbi əməliyyatlara reaksiya hesab olunur. 14 sentyabrda Suriyanın şərqində İŞİD-in təlim düşərgəsi Hərbi Hava Qüvvələri tərəfindən bombalanmış, nəticədə İŞİD tərəfindən 17 nəfər itki halı qeydə alınmışdır. Ertəsi gün Xüsusi Təyinatlı Qüvvələr və Suriya Ordusunun mühəndisləri Deyr əz-Zövrdə Siyasi Körpünü partlatmış, orada olan bütün yaraqlılar həlak olmuşdur. Beləliklə, İŞİD nəzarət etdiyi şəhərin hissələrinə keçmək üçün yeganə mövcud quru yolunu itirmişdir. Əlavə təchizat qayıqlarla çatdırılmalı olmuşdur.

"şərqin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şərqin nədir? #şərqin sözünün mənası #şərqin nə deməkdir? #şərqin sözünün izahı #şərqin sözünün yazılışı #şərqin necə yazılır? #şərqin sözünün düzgün yazılışı #şərqin leksik mənası #şərqin sözünün sinonimi #şərqin sözünün yaxın mənalı sözlər #şərqin sözünün əks mənası #şərqin sözünün etimologiyası #şərqin sözünün orfoqrafiyası #şərqin rusca #şərqin inglisça #şərqin fransızca #şərqin sözünün istifadəsi #sözlük