Şərqdə neft və qan (roman)
Şərqdə neft və qan — Məhəmməd Əsəd bəy tərəfindən 1929-cu ildə almanca yazılan avtobioqrafiya məzmunlu tarixi-publisistik roman.
== Mövzu ==
Əsər Rusiya imperiyasının dağılışını, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışı və Bolşeviklər tərəfindən ələ keçirilməsini neft maqnatının yeniyetmə oğlunun gözündən oxuculara çatdırır.
Əsərin ilk hissələrində Azərbaycan hələ Rusiya imperiyasının tərkibindədir. Yazıçı neftin Bakını və mərkəzin Bakıya olan münasibətini necə dəyişdirməsindən, Bakıda xaricilərin tələblərinə cavab verə bilmək üçün teatr, kafe, çimərgə, klub və parkların salınmasından söz açır.
Anası ilə atasının necə tanış olmasından bəhs edir.
O, neft işçilərinin ağır vəziyyətindən, onların həyatının necə ucuz tutulmasından aşağıdakı cümlələrlə söz açır:
Fəhlələr, əsasən Azərbaycanlı, Dağıstanlı, Fars və Ruslardan təşkil olunsa da, sonuncular işçi qüvvəsi kimi yararlı hesab olunmayıb. Kommunist düşüncələrin Rus işçilər arasında daha geniş yayılması qeyd olunur. Dağıstanlıların isə Bakıya gəlməkdə əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Onlarla yerli dilə yiyələnmiş Dağıstanda Azərbaycan dili öz asanlığına görə millətlərarası əlaqə dili hesab olunub. Yazıçı neft işçilərinin ağır iş şəraitini katorqa məhbuslarınınkı ilə müqayisə edir və neft işçilərinin daha ağır vəziyyətdə olduğu qənaətinə gəlir.