qəmgin sözü azərbaycan dilində

qəmgin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəmgin • 83.2143%
  • Qəmgin • 15.3571%
  • QƏMGİN • 1.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qəmgin Fəzi
Qəmgin Fəzi (1912, Daşkənd, Yeni Bəyazid qəzası – 2000, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı şair, II Dünya müharibəsi iştirakçısı. Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur. Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır. Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur. 1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub.

qəmgin sözünün leksik mənası və izahı

  • 1 sif. [ər. qəm və fars. …gin] 1. Qəmli, kədərli, tutqun, məyus, pərişan. Mən ömrümdə heç bir kəsə qəmgin və kədərli xəbərlər vermək istəmirəm. M.S.Ordubadi. Əmrah birdən duruxdu, qəmgin gözlərini evinə tərəf zillədi. M.Hüseyn. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim. // Zərf mənasında. Məmməd Həsən əmi qəmgin … oturub, gözünü dikmişdi şəhər yoluna. C.Məmmədquluzadə. Nurəddin çox qəmgin evə qayıdırdı. S.S.Axundov. □ Qəmgin olmaq – kədərlənmək, tutulmaq, məyus olmaq, pərişan olmaq. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov. 2. Qəm doğuran, kədər gətirən, hüzn doğuran, həzin; darıxdırıcı, cansıxıcı. Qəmgin mənzərə. Qəmgin hadisə. – Hər tərəfə qəmgin sükut çökmüşdü. M.Hüseyn. Hər tərəf qaralır, fikrə qərq olmuş kimi görünən qəmgin qəbir daşları mavi bir pərdəyə bürünürdü. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / qəmgin

qəmgin sözünün sinonimləri (yaxın mənalı sözlər)

qəmgin sözünün rus dilinə tərcüməsi

  • 1 1. грустный, печальный, угрюмый, унылый, заунывный, тоскливый; 2. грустно, печально, угрюмо, уныло, тоскливо, заунывно;

    Azərbaycanca-rusca lüğət / qəmgin
  • 2 I прил. грустный, печальный: 1. испытывающий грусть, печаль. Qəmgin qadın грустная женщина 2. выражающий грусть, печаль. Qəmgin gözlər печальные глаза, qəmgin əhvali-ruhiyyə печальное настроение, qəmgin görkəm печальный вид 3. исполненный грусти, печали, вызывающий грусть, печаль; элегичный Qəmgin mahnı грустная песня II нареч. грустно, печально. Qəmgin baxmaq грустно смотреть, qəmgin danışmaq печально рассказывать

    Azərbaycanca-rusca lüğət / qəmgin

qəmgin sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. sad, sorrowful, melancholy; mournful; ~ mahnı sad / sorrowful song; ~ əhvali ruhiyyə melancholy mood; ~ görünmək to look sad / sorrowful / melancholy; ~ olmaq to be* sad / sorrowful / melancholy; O, qəmgindir He / She is in a melancholy mood, He / She is in low spirits II. z. sadly, sorrowfully; mournfully

    Azərbaycanca-ingiliscə lüğət / qəmgin

qəmgin sözünün fransız dilinə tərcüməsi

qəmgin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. qəm və fars. ...gin] прил. 1. гъам авай, гъамлу, дертлу, перишан, пашман, сугъул; 2. гъам арадал гъидай; рикӀ чуькьуьдай (дарихардай, сугъулардай).

    Azərbaycanca-ləzgicə lüğəti / qəmgin

"qəmgin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəmgin nədir? #qəmgin sözünün mənası #qəmgin nə deməkdir? #qəmgin sözünün izahı #qəmgin sözünün yazılışı #qəmgin necə yazılır? #qəmgin sözünün düzgün yazılışı #qəmgin leksik mənası #qəmgin sözünün sinonimi #qəmgin sözünün yaxın mənalı sözlər #qəmgin sözünün əks mənası #qəmgin sözünün etimologiyası #qəmgin sözünün orfoqrafiyası #qəmgin rusca #qəmgin inglisça #qəmgin fransızca #qəmgin sözünün istifadəsi #sözlük