zəngin sözü azərbaycan dilində

zəngin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zəngin • 97.0498%
  • Zəngin • 2.9309%
  • ZƏNGİN • 0.0150%
  • zəngİn • 0.0043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Sefa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. == Həyatı == 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Zəngin mətn formatı
Zəngin mətn formatı (ing. Rich Text Format RTF) — əksər mətn redaktorlarının dəstəklədiyi fayl formatı. Müxtəlif platformalarda (məsələn, Apple Macintosh və IBM-uyumlu kompüterlərdə) işlədiyindən formatlanmış mətn sənədlərini tətbiqi proqramlar arasında ötürmək üçün bu formatdan istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 155.92 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 267.24
2003 •••••••••••••••• 203.53
2004 ••••••••••••• 162.04
2005 ••••••••••••••• 197.04
2006 ••••••••••••••• 195.73
2007 ••••••••••••••• 197.90
2008 •••••••••••••••• 211.95
2009 •••••••••••••• 174.54
2010 •••••••••••• 151.23
2011 •••••••••••••• 184.88
2012 ••••••••••••••• 198.17
2013 •••••• 77.31
2014 •••••••••• 122.70
2015 ••••••••••• 142.56
2016 •••••••••• 125.82
2017 ••••••••••• 137.06
2018 ••••••••••• 134.69
2019 ••••••••••• 136.17
2020 ••••••••• 109.93

zəngin sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Çoxlu mal-dövləti, sərvəti, maddi vəsaiti olan, çox varlı. Zəngin ölkə. – Bu kənd böyük, zəngin bir kənd idi. N.Nərimanov. // Eyni mənada adam haqqında. Heç zənn etməm özgənin mali; Bizi zəngin qılıb edə ali. M.Ə.Sabir. 2. Çox bol, çoxlu, bollu, çox geniş. Zəngin dil (söz ehtiyatı və ifadə vasitələri çox bol olan inkişaf etmiş dil). Zəngin kitabxana. Zəngin neft yataqları. Əsəri yazmaq üçün zəngin material toplanmışdır. Zəngin imkanlardan istifadə etmək. 3. Çox qəşəng, çox gözəl, möhtəşəm, dəbdəbəli, təmtəraqlı, cah-calallı. O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / zəngin

zəngin sözünün sinonimləri (yaxın mənalı sözlər)

zəngin sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ZƏNGİN – KASIB Mən Girdmanın zəngin adamlarını köməyə çağırmışam (M.Hüseyn); Aləmə dediklərindən mənə də, bu kasıb toxucuya da danış (Mir Cəlal). ZƏNGİN – KÖLƏ Neçin o zəngindir, mən bir köləyəm? (C.Cabbarlı). ZƏNGİN – SADƏ Onun sadə evindəki ən zəngin sərvət, böyük bir otağı doldurmuş kitablardır (M.Hüseyn).

    Azərbaycan dilinin antonimlər lüğəti / zəngin

zəngin sözünün rus dilinə tərcüməsi

  • 1 1. богач; 2. богатый; 3. богато;

    Azərbaycanca-rusca lüğət / zəngin
  • 2 прил. богатый: 1. обладающий большими материальными ценностями. Zəngin ölkə богатая страна 2. обладающий чем-л. в большом количестве, обильный ч ем-л. Zəngin kitabxana богатая библиотека, zəngin lüğət fondu богатый словарный фонд, zəngin neft yataqları богатые месторождения нефти, vitaminlə zəngin богатый витаминами, mineral duzlarla zəngin богатый минеральными солями, faktlarla zəngin богатый фактами 3. содержащий в себе много нужного, ценного. Zəngin təcrübə богатый опыт, zəngin təəssürat богатое впечатление, zəngin təxəyyül богатое воображение, zəngin mədəni irs богатое культурное наследие 4. обладающий множеством ценных, положительных качеств. Zəngin mənəvi aləm богатый духовный мир 5. разнообразный. Zəngin fauna богатая фауна, zəngin flora богатая флора 6. пышный, роскошный, великолепный. Zəngin təbiət богатая природа, zəngin saray пышный дворец

    Azərbaycanca-rusca lüğət / zəngin

zəngin sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. (varlı) rich, wealthy; (münbit, bəhrəli) rich, fertile; ~ adam a rich / wealthy man*; ~ ölkə a rich country; ~ torpaq rich / fertile soil; ~ olmaq to be* rich / wealthy; bir şeylə ~ olmaq to be* rich in smth., to be* fertile in / of smth.; təbii sərvətlərlə ~ olmaq to be* rich / fertile in resources; 2. (bol, çox) rich, abundant; great, wide; resplendent

    Azərbaycanca-ingiliscə lüğət / zəngin

zəngin sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) riche, fortune, -e, opulent, -e adj ; fertile (münbit, bəhrəli) ; ~ adam homme m riche, personne f riche ; ~ ölkə pays m riche ; ~ torpaq sol m fertile, terre f fertile ; ~ olmaq devenir vi (ê)(və ya être) riche ; bir şeylə ~ olmaq être riche en qch, être fertile en qch ; vitaminlərlə ~ riche en vitamines ; təbii sərvətlərlə ~ olmaq être riche en ressources naturelles ; 2) riche, abondant, -e ; grand, -e (bol, çox)

    Azərbaycanca-fransızca lüğət / zəngin

zəngin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. варлу; гзаф мал-девлет (сервет) авай; девлетлу (мес. уьлкве, кас); 2. бул, гегьенш; 3. гзаф гуьзел, гьайбатлу, иер, чӀагай, мубаф (мес. тӀебиат).

    Azərbaycanca-ləzgicə lüğəti / zəngin

zəngin sözünün türk dilinə tərcüməsi

"zəngin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəngin nədir? #zəngin sözünün mənası #zəngin nə deməkdir? #zəngin sözünün izahı #zəngin sözünün yazılışı #zəngin necə yazılır? #zəngin sözünün düzgün yazılışı #zəngin leksik mənası #zəngin sözünün sinonimi #zəngin sözünün yaxın mənalı sözlər #zəngin sözünün əks mənası #zəngin sözünün etimologiyası #zəngin sözünün orfoqrafiyası #zəngin rusca #zəngin inglisça #zəngin fransızca #zəngin sözünün istifadəsi #sözlük