* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. Saat zənciri. Lövbər zənciri. İti zəncirlə bağlamaq. – Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı. “Koroğlu”. Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar. S.S.Axundov. 2. Buxov, qandal. Əzizim bağlı qaldı; Yar qəlbi dağlı qaldı; Zəncir, buxov görmədi; Qollarım bağlı qaldı. (Bayatı). Ruhi-Məcnuni sevirsən bir dəm ey zəncir açıl; Kim, tutulmuş şəhridən könlüm biyaban istərəm. Qövsi. …Dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Ə.Haqverdiyev. Zənciri qolundan atdı bu torpaq. B.Vahabzadə. □ Zəncirə çəkmək (vurmaq) – zəncirləmək, əl-ayağını zəncirlə bağlamaq. Dili-divanəni zəncirə çəkərsən, yeri var; Ətri-zülfün nə üçün müşkiXətadan seçməz? S.Ə.Şirvani. 3. məc. Əsarət, zülm, məhkumluq rəmzi. İnsanlara zəncir, fəğan gətirən; O, faşist adlanan qara itləri; Məhv et silahının qüdrətilə sən! R.Rza. // Klassik şeirdə gözəlin zülfünə işarədir. Tutmazam zənciri-zülfü tərkin, ey naseh; Məni xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Saçın zəncirinə könül bağladım; Məcnun kimi düşdüm dağa, Fatimə! M.P.Vaqif. ◊ Zəncir kimi (tək) – bir-birinin ardınca, silsilə şəklində. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. Zəncirtək düzülüb on beş hünərvər; Daşlı küdrüləri etdilər səngər. H.K.Sanılı. Zəncir gəmirmək (çeynəmək) (bəzən “əlindən” sözü ilə) – birinə qarşı son dərəcə hiddətli olmaq, birinə divan tutmağa hazır olmaq, acıqlı olmaq. Zəncirdən qurtarmaq – bax zəncirini qırmaq 1-ci mənada. Yaşıllıq çağırsın hər qəlbin neyi; Qurtaraq zəncirdən Prometeyi!… S.Vurğun. Zəncirini qırmaq – 1) əsarətdən qurtarmaq, azadlıq əldə etmək; 2) məc. dan. həddini azmaq, sözə baxmamaq, özbaşınalıq etmək.
Azərbaycan dilinin izahlı lüğəti / zəncir2 f. 1) bir-birinə keçirilmiş metal halqalardan ibarət bağ; 2) buxov, qandal; 3) m. əsarət, zülm.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zəncir1 Əsli “ilcir”dir. İlişmək feilinin kökü ilə qohumdur: “bir-birinə ilişmiş halqalar ardıcıllığı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / zəncir4 1. ZƏNCİR Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar (S.S.Axundov); SİLSİLƏ (köhn.). 2. zəncir bax buxov
Azərbaycan dilinin sinonimlər lüğəti / zəncir2 I сущ. 1. цепь: 1) ряд металлических звеньев, продетых одно в другое. Lövbər zənciri якорная цепь, kotan zənciri цепь плуга; тех. ikicərgə zəncir двухрядная цепь 2) оковы, кандалы. Zəncirə çəkmək сковать цепью (заковать в цепи) 3) перен. то, что сковывает волю, свободу; гнёт. Köləlik zənciri цепи рабства 2. цепочка (маленькая тонкая цепь) 3. перен. устар. косы (красавицы) II прил. 1. цепной. тех. Zəncir xətti цепная линия, zəncir ötürməsi цепная передача 2. цепочечный. Zəncir istehsalı цепочечное производство ◊ zəncirə vurmaq заковать в цепи; zənciri qırmaq разбить цепи, оковы; zəncir çeynəmək (gəmirmək) kimin əlindən иметь зуб, точить зубы на кого; zəncir kimi цепью, цепочкой; zəncirini qırmaq закусить удила, распоясаться
Azərbaycanca-rusca lüğət / zəncir1 i. 1. chain; ~ kimi like a chain; saat ~i watch chain; lövbər ~i chain cable; ~lə bağlamaq to bind* / to fasten with a chain (d.), to chain (d.); ~ə vurmaq to chain up (d.); ~dən açmaq / buraxmaq to unchain (d.); to let* loose (d.); 2. məc. fetters, chains, bonds; ◊ bir kəsin əlindən ~ gəmirmək / çeynəmək to have* a grudge against smb., to bear* smb. a grudge; ◊ ~i qırmaq, ~ini qırmaq (özünü azad etmək) to break* loose; to cast* off one’s fetters, to release oneself
Azərbaycanca-ingiliscə lüğət / zəncir1 is. 1) chaîne f ; ~ kimi comme une chaîne ; lövbər ~i une chaîne d’ancre ; ~lə bağlamaq enchaîner vt, attacher vt avec une chaîne ; ~ə vurmaq mettre à la chaîne ; ~dən açmaq (buraxmaq) déchaîner vt ; ~i qırmaq, ~ini qırmaq briser vt ses chaînes, secouer ses chaînes, déchaîner (se) ; bir kəsin əlindən ~ gəmirmək (çeynəmək) avoir une dent contre qn, en vouloir à qn
Azərbaycanca-fransızca lüğət / zəncir1 [fars.] сущ. 1. зунжур; жуьнжуьр (нугъ.); 2. бухавар, къандалар, ракьар; zəncirə çəkmək (vurmaq) зунжурар ягъун, зунжурдалди гъилер-кӀвачер кутӀунун; 3. пер. зулумдин, асирвилин, лукӀвилин лишан; // классик шиирра гуьзелдин цӀвалариз ишара; ** zəncir kimi (tək) зунжур хьиз, сад-садан гуьгъуьналлаз, цӀиргъ хьиз; zəncir gəmirmək (çeynəmək) зунжур жакьун (саралай авун), садакай гзаф хъел аваз хьун, садаз дуван кьаз гьазур хьун; zəncirdən qurtarmaq кил. zəncirini qırmaq а); zəncirini qırmaq а) зунжурар кӀарун, лукӀвиликай хкатун, азадвал къачун; б) пер. рах. кьацӀалай алатун, гафуниз килиг тавун, вичиз кӀанивал авун.
Azərbaycanca-ləzgicə lüğəti / zəncir