* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Çörək yapmaq üçün gildən düzəldilən konusşəkilli, üstü kəsik, yerə qoyulub ətrafı səki kimi tikilən və ya yerə basdırılan iri kürə. Təndirdə çörək yapmaq. Təndir çörəyi (təndirdə bişmiş yastı çörək). – [Adil:] Təndirdən yenicə çıxmış isti çörəkləri götürüb alverə yollandım. B.Bayramov. □ Təndir salmaq – çörək bişirmək üçün təndirə odun qoyub yandırmaq. [Gülsüm:] Kişi, nə vurmusan özünü yerə, dur, bir az odun yar, təndir salacağam. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / təndir1 Farscadır, əsli tənir kimidir. Mənası “dəyirmi” deməkdir. Farslar boru (nov) yerinə tənure də deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / təndir2 I сущ. тендир (глиняная кувшинообразная печь для выпечки чурека). Təndir qalamaq (salmaq) разжечь тендир, təndirə çörək yapmaq лепить хлеб к стенке тендира, təndirdə çörək bişirmək печь хлеб в тендире, təndirdən çörək çıxarmaq вынимать хлеб из тендира II прил. тендирный. Təndir çörəyi тендирный хлеб
Azərbaycanca-rusca lüğət / təndir1 сущ. тӀанур; // тӀанурдин; təndir çörəyi тӀанурдин фу; təndir salmaq тӀанур кутун, фу чурун патал тӀанурда цӀаюн.
Azərbaycanca-ləzgicə lüğəti / təndir