təqdir sözü azərbaycan dilində

təqdir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təqdir • 99.6270%
  • Təqdir • 0.3197%
  • TƏQDİR • 0.0533%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.99 dəfə / 1 mln.
2002 •••••••• 13.70
2003 ••••• 7.48
2004 •••••• 9.10
2005 •••• 6.75
2006 ••••• 7.43
2007 ••••• 7.82
2008 •••••• 9.99
2009 ••••• 8.00
2010 ••••• 7.81
2011 •••••• 9.09
2012 ••••• 8.43
2013 ••••• 8.02
2014 ••••••••• 14.42
2015 ••••••••• 15.65
2016 ••••••••••• 18.22
2017 •••••••••••• 20.65
2018 •••••••••• 16.48
2019 •••••••••• 16.13
2020 •••••••••••••••••••• 35.54

təqdir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Qəbul (etmə), bəyənmə, qiymətləndirmə, alqışlama; dəyərini, əhəmiyyətini anlama. [Buğac] … atasının təhsin və təqdirini qazanacaqdı. M.Rzaquluzadə. □ Təqdir etmək – qəbul etmək, bəyənmək, qiymətləndirmək, alqışlamaq. Nə qədər ki Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Zalda müxtəlif səslər eşidildi. Kimi Zeynəbin təklifini təqdir edir, kimi şübhə altına alırdı. M.İbrahimov. 2. klas. Qismət, nəsib, tale (bəzən “təqdiriqəza” şəklində). [Kərəm:] Bizə belə imiş təqdirin işi; Axıtdı gözümdən qan ilə yaşı. “Əsli və Kərəm”. 3. …təqdirdə – şərt bildirir; …halda, əgər… Gəldiyi təqdirdə (əgər gəlsə, gələrsə). □ Əks təqdirdə – əks halda, belə olmadıqda. [Partizanlar] əks təqdirdə [Silanı] bu döyüşə göndərməzdilər. S.Vəliyev. O təqdirdə – elə olduqda (olsa), o halda.

    Azərbaycan dilinin izahlı lüğəti / təqdir

təqdir sözünün etimologiyası

təqdir sözünün sinonimləri (yaxın mənalı sözlər)

təqdir sözünün rus dilinə tərcüməsi

  • 1 оценка, одобрение

    Azərbaycanca-rusca lüğət / təqdir
  • 2 сущ. 1. одобрение (признание чего-л. хорошим, правильным, положительным). Tamaşa təqdirlə qarşılandı постановка была принята с одобрением, təqdir səsləri возгласы одобрения, təqdirini qazanmaq заслужить чьё-л. одобрение 2. устар. судьба, рок. Belə imiş təqdirin işi такова воля судьбы; təqdir etmək одобрять, одобрить. Təklifini təqdir etmək kimin одобрить предложение чьё, biz dövlətimizin apardığı sülhsevər siyasəti təqdir edirik мы одобряем миролюбивую политику, проводимую нашим государством

    Azərbaycanca-rusca lüğət / təqdir

təqdir sözünün inglis dilinə tərcüməsi

təqdir sözünün fransız dilinə tərcüməsi

təqdir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кьабулун, бегенмиш хьун, къимет гун, алхишун; təqdir etmək кил. təqdir 1); 2. клас. кьисмет, несиб, кьадар-кьисмет; 3. ...təqdirdə ...гьалда, эгер..., -тӀа; əks təqdirdə акси гьалда; o təqdirdə а гьалда, акӀ ятӀа (акӀ хьайила).

    Azərbaycanca-ləzgicə lüğəti / təqdir

təqdir sözünün türk dilinə tərcüməsi

təqdir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) alın yazısı, qəza-qədər; 2) qiymət qoyma, qiymətini müəyyən etmə; qiymətləndirmə; 3) bəyənmə; 4) birisinin hünər və bacarığını etiraf etmə; 5) miqdarını müəyyənləşdirmə; 6) fərz, ehtimal. Təqdiri-qəza’ alın yazısı, tale.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təqdir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təqdir nədir? #təqdir sözünün mənası #təqdir nə deməkdir? #təqdir sözünün izahı #təqdir sözünün yazılışı #təqdir necə yazılır? #təqdir sözünün düzgün yazılışı #təqdir leksik mənası #təqdir sözünün sinonimi #təqdir sözünün yaxın mənalı sözlər #təqdir sözünün əks mənası #təqdir sözünün etimologiyası #təqdir sözünün orfoqrafiyası #təqdir rusca #təqdir inglisça #təqdir fransızca #təqdir sözünün istifadəsi #sözlük