təqdim sözü azərbaycan dilində

təqdim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təqdim • 98.9323%
  • Təqdim • 1.0635%
  • TƏQDİM • 0.0035%
  • təqdiM • 0.0007%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilən Azərbaycan filmləri
Azərbaycan 2007-ci ildən bəri "Ən yaxşı xarici film üzrə Oskar mükafatı"na öz filmlərini təqdim edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan dialoqlardan təşkil olunmuş bədii filmlərə verilir. 2021-ci il etibarilə 8 Azərbaycan filmi "Ən yaxşı xarici film" üçün təqdim edilib, ancaq heç biri Oskara namizəd ola bilməyib. 2006-cı ilin yayında Azərbaycan Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Ən yaxşı xarici film" kateqoriyasında film təqdim etmək üçün dəvət edildi. və Azərbaycan 2007-ci ilin payızında ilk dəfə mükafat üçün film təqdim etdi.

təqdim sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bir şeyi vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) hüzuruna gətirmə, ona vermə. □ Təqdim etmək – 1) vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) qabağına gətirmək, vermək. Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib, qadına və Fəxrəddinə təqdim etdilər. M.S.Ordubadi; 2) tanış etmək. İşə yeni qəbul olunanları bir-bir sex müdirinə təqdim etdilər. – Teymur bəy ev sahibəsini və qızını müsafirlərə təqdim etdi. Çəmənzəminli; 3) elmi şura, iclas və s.-nin müzakirəsinə, təsdiqinə vermək. Dissertasiya işini müdafiəyə təqdim etmək. – Memar Sadıqzadənin təqdim etdiyi layihələr salondakılar tərəfindən təqdir edildi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / təqdim
  • 2 bir şeyi vermə, təqdim etmə; hədiyyə.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / təqdim
  • 3 ə. 1) irəli sürmə, irəli çəkmə; 2) bir şəxsin hüzuruna bir şey gətirmə; vermə; 3) birisini başqasına təqdim etmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təqdim
  • 4 bir şeyi vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) qarşısına gətirmə, ona vermə.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / təqdim

təqdim sözünün sinonimləri (yaxın mənalı sözlər)

təqdim sözünün rus dilinə tərcüməsi

  • 1 1. представление, рекомендация; 2. поднесение, преподнесение;

    Azərbaycanca-rusca lüğət / təqdim
  • 2 сущ. 1. представление: 1) вручение для ознакомления, осведомления. Arayışın təqdimi представление справки 2) называние кого-л. для знакомства. Qonaqların təqdimi представление гостей 2. рекомендация (называние кого-л. при представлении кому-л) 3. предъявление (показ чего-л. в подтверждение чего-л.). Sənədlərin təqdimi предъявление документов 4. поднесение, преподнесение, преподношение. Hədiyyələrin təqdimi поднесение (преподнесение) подарков, tədris materialının təqdimi преподнесение учебного материала 5. вручение Diplomların təqdimi вручение дипломов, orden və medalların təqdimi вручение орденов и медалей; təqdim etmək: 1. представлять, представить: 1) вручить для ознакомления. Sənədləri təqdim etmək представить документы, iş planını təqdim etmək представить план работы 2) познакомить кого-л. с кем-л., отрекомендовать кому-л. Dostunu təqdim etmək представить друга, müəllimi təqdim etmək представить учителя 3) возбудить ходатайство о награждении или повышении в чине, в звании. Mükafata təqdim etmək представить к награде; 2. предъявлять, предъявить (показать что-л. в подтверждение чего-л.). Biletinizi təqdim edin предъявите билет, buraxılış vərəqənizi təqdim edin предъявите пропуск; 3. рекомендовать, отрекомендовать (назвать, представляя кому-л. при знакомстве). Şagirdini təqdim etmək рекомендовать своего ученика к ому-л.; 4. преподносить, преподнести. Yubilyara gül dəstəsi təqdim etmək преподнести юбиляру букет цветов; 5. вручать, вручить (о какой-л. награде); təqdim olunmaq (edilmək): 1. представляться, быть представленным: 1) вручаться, быть вручённым. Lazımi kağızlar təqdim olundu представлены необходимые бумаги 2) рекомендоваться, быть отрекомендованным кому-л. для знакомства. Sinfə təqdim olunmaq представляться, быть представленным классу 3) возбуждаться, быть возбуждённым (о ходатайстве, награждении, получении звания и т.п.). Mükafata təqdim olunmaq быть представленным к награде 2. предъявляться, быть предъявленным. Şəxsi vəsiqələr təqdim olundu предъявлены удостоверения личности 3. преподноситься, быть преподнесённым. İştirakçılara hədiyyələr təqdim olundu участникам были преподнесены подарки 4. вручаться, быть вручённым. Ordenlər təqdim olundu ордена вручены, diplomlar təqdim olundu дипломы вручены

    Azərbaycanca-rusca lüğət / təqdim

təqdim sözünün inglis dilinə tərcüməsi

  • 1 i. assignment, allotment; placing at smb.’s disposal; ~ etmək to present (d. i; with d.); (tanış etmək) to introduce (d. to); İcazə verin özümü təqdim edim Allow me to introduce myself

    Azərbaycanca-ingiliscə lüğət / təqdim

təqdim sözünün fransız dilinə tərcüməsi

təqdim sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. такьдим, са затӀ гун патал гъиле кьуна садан (гзафни-гзаф чӀехи ва гьуьрметлу са касдин) вилик гъун, гьадав гун: təqdim etmək такьдим авун а) вилик гъун, вилик гъана гун, вугун (гьуьрметдивди); б) таниш авун, танишрун; в) тестикьун патал вугун.

    Azərbaycanca-ləzgicə lüğəti / təqdim

təqdim sözünün türk dilinə tərcüməsi

"təqdim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təqdim nədir? #təqdim sözünün mənası #təqdim nə deməkdir? #təqdim sözünün izahı #təqdim sözünün yazılışı #təqdim necə yazılır? #təqdim sözünün düzgün yazılışı #təqdim leksik mənası #təqdim sözünün sinonimi #təqdim sözünün yaxın mənalı sözlər #təqdim sözünün əks mənası #təqdim sözünün etimologiyası #təqdim sözünün orfoqrafiyası #təqdim rusca #təqdim inglisça #təqdim fransızca #təqdim sözünün istifadəsi #sözlük