tədqiq sözü azərbaycan dilində

tədqiq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tədqiq • 97.9947%
  • Tədqiq • 1.9552%
  • TƏDQİQ • 0.0501%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti — elmi mərkəz. == Haqqında == 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi kimi yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. Sədri maarif xadimi Vahab Həsənzadə, elmi katibi Mir Bağır Mirheydərzadə olmuşdur. Cəmiyyətin fəal üzvləri Məhəmməd Rasizadə, Xəlil Hacılarov, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə və başqaları idi. Cəmiyyətdə 3 bölmə: — 1. iqtisadi, ictimai, təbii bölmə, 2. arxeoloji bölmə, 3. etnoqrafiya, türkologiya, tarix və ədəbiyyat bölməsi fəaliyyət göstərmişdir. 1925–1928-ci illərdə Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya, tarix və ədəbiyyatını, iqtisadiyyat və təbiətini öyrənməklə məşğul olmuşdur. Naxçıvan Muxtar Respublikasını müxtəlif bölgələrində arxeoloji qazıntılar aparmaqla qiymətli maddi mədəniyyət abidələrinin aşkarlanması, 1926-cı ildə Bakıda keçiriləcək I Türkoloji qurultaya hazırlıq aparması (bu məqsədlə cəmiyyət üzvlərindən M. Rasizadə "Dillərin tüluu və qürubu", H. Səfərli "Azərbaycan dilinin mənşəyi və tarixi inkişafı", Ə. Rüstəmov "Azərbaycan dilinin bugünkü vəziyyəti, ərəb və latın əlifbası ilə islah və tövsihi", Ə. Qılmanov "Türk tayfalarının ibtidai tarixi və dini təsəvvürü" mövzularında ictimaiyyət qarşısında məruzələr etmişlər), respublika ərazisində xalq ədəbiyyatı nümunələrini toplayıb qeydə alması, müxtəlif bölgələrə (Cəhri, Camaldın, Qızılburun, Türküş, Şərur, Nürgüt, Milax və s.) elmi komissiya və ezamiyyətlər təşkil etməsi, Naxçıvan muzeyini qiymətli eksponatlarla zənginləşdirməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətini geniş miqyasda təbliğ etməsi cəmiyyətin fəaliyyətinin əsasını təşkil etmişdir.
Tədqiq
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. == Tədqiqat metodu == Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. == Tədqiqat mövzusu == Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. == Tədqiqat obyekti == Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. == Tədqiqatçı == Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü (ing. Heroic Age of Antarctic Exploration) — XIX əsrin sonlarında başlayan və Birinci Dünya müharibəsindən sonra başa çatan, Antarktida qitəsinin tədqiq olunması dövrüdür; 1921-1922-ci illərin Şeklton-Rouett Ekspedisiyası tarixçilər tərəfindən tez-tez "qəhrəmanlıq" və "mexanika" əsrləri arasında ayırıcı xətt kimi qeyd olunur. Qəhrəmanlıq dövründə Antarktika bölgəsi beynəlxalq səylərin mərkəzinə çevrildi və nəticədə on ölkədən 17 əsas Antarktika ekspedisiyasının intensiv elmi və coğrafi kəşfiyyatı aparıldı. Bu ekspedisiyalarda ümumi amil tədqiqat işində inqilab etmiş nəqliyyat və kommunikasiya texnologiyalarının inkişaf etməsindən əvvəl onlara verilən resursların məhdud xarakterli olması idi. Buna görə də bu ekspedisiyaların hər biri öz şəxsi heyətinin fiziki və əqli sərhədlərini sınaqdan keçirən, bəzən isə onu aşan bir dözümlülük şücaəti olmuşdur. Sonradan verilən "qəhrəmanlıq" etiketi bu qabaqcılların öhdəsindən gəlməli olduğu çətinlikləri qəbul etmişdir. Qeyd etmək lazımdır ki, ekspedisiya üzvlərinin bəziləri tədqiqatlardan sağ çıxmamış, bu müddət ərzində ümumilikdə 19 ekspedisiya üzvü həlak olmuşdur. Həm coğrafi, həm də Cənub maqnit qütblərinə ilk dəfə məhz qəhrəmanlıq dövründə çatmaq mümkün oldu. Coğrafi qütbdə birinci olmaq nailiyyəti bir çox ekspedisiyaların əsas məqsədi olmaqla yanaşı, 1911-ci ildə ona ilk çatan Roald Amundsenin təşəbbüsünün yeganə səbəbi idi. Digər ekspedisiyalar qitənin müxtəlif ərazilərində müxtəlif məqsədlərə yönəlmişdi.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC; Азәрбајҹаны Тәдгиг вә Тәтәббө Ҹәмијјәти) — Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, incəsənəti və s. öyrənən elmi mərkəz. == Tarixi == Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. 1925-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeliyində verilmişdir. Respublika ərazisini planlı və hərtərəfli tədqiq etmək üçün Naxçıvan MSSR (Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti), DQMV və qəza mərkəzlərində cəmiyyətin şöbələri yaradılmışdır. Leninqradda ATTC tarix bölməsinin xüsusi şöbəsi var idi. Cəmiyyətin işində Səməd ağa Ağamalıoğlu, Tağı Şahbazi Simurğ, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, İvan Meşaninov və başqaları yaxından iştirak etmişlər. 1925–1929-cu illərdə ATTC-nin "Xəbərləri" nəşr olunmuşdur.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
== Haqqında == İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi == Haqqında == Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını, sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Kazan Milli Tədqiqat Texnoloji Universiteti
Kazan Milli Tədqiqat Texnoloji Universiteti (tatar. Казан милли тикшеренү технология университеты, Qazan milli tikşerenü texnologia universitetı) — Kazan şəhərində dövlət ali təhsil müəssisəsi. == Tarixi == KMTTU-nun tarixi 1890-cı ildə açılan Kazan Birləşmiş Sənaye Məktəbindən başlayır. 1919-cu ildə Kazan Sənaye Məktəbi Kazan Politexnik İnstitutuna çevrildi. 13 may 1930-cu ildə Kazan Politexnik İnstitutunun Kimya fakültəsi və Kazan Dövlət Universitetinin Kimya fakültəsi əsasında 23 iyun 1930-cu ildən etibarən Kazan Kimya-Texnoloji adlandırılan Kazan Kimya İnstitutu yaradıldı. A. M. Butlerov adına institut və 23 aprel 1935–1992-ci il dekabr tarixləri arasında S. M. Kirov adına Kazan Kimya-Texnoloji İnstitutu. 1992-ci ildə Kazan Dövlət Texnologiya Universiteti (KDTU) olaraq dəyişdirildi. 2010-cu ildə universitetə ​​milli tədqiqat universiteti statusu verildi. KMTTU-da 25 mindən çox tələbə təhsil alır. Universitetdə 1670 müəllim çalışır: 330 elmlər doktoru, 236 professor, 1189 elmlər namizədi, 870 dosent.
Keyfiyyət tədqiqatı metodları
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır. Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar. Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır. Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir: Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsi Başqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar: Iştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu === Metodların qısa təsviri === Təbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Kosmosun tədqiqi
Kosmosun tədqiqi kosmosu tədqiq etmək üçün astronomiya və kosmik texnologiyanın istifadəsidir. Kosmosun tədqiqi əsasən teleskoplarla astronomlar tərəfindən həyata keçirildiyi halda, onun fiziki tədqiqi həm ekipajsız robot kosmos zondları, həm də insanların kosmosa uçuşu ilə aparılır. Kosmosun tədqiqi, onun klassik forması astronomiya kimi, kosmos elminin əsas mənbələrindən biridir. Astronomiya kimi tanınan kosmosda obyektlərin müşahidəsi qədim vaxtlardan olsa da, yalnız XX əsrin ortalarında kosmosun fiziki tədqiqində raket texnologiyaların inkişafı nəticəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur. Dünyanın ilk genişmiqyaslı eksperimental raket proqramı 1920-ci illərin sonlarında Fritz von Opel və Maks Valierin rəhbərliyi altında Opel-RAK idi və bu, ilk ekipajlı raket təyyarələrinin yaradılmasına yol açdı. Bu proqram Nasist dövründə V2 proqramı və 1950-ci ildən etibarən ABŞ və Sovet kosmik proqramlarının inkişafına yol açdı. Opel-RAK proqramı və yerüstü və hava nəqliyyat vasitələrinin möhtəşəm ictimai nümayişləri böyük izdiham yaratmış, dünya ictimaiyyətinin həyəcanına səbəb olmuş və Verner von Braun kimi kosmik uçuşun sonrakı yaradıcıllarına böyük və davamlı təsir göstərmişdi. Kosmosun tədqiqi üçün ümumi əsaslar arasında elmi tədqiqatların inkişafı, milli nüfuz, müxtəlif millətləri birləşdirmək, bəşəriyyətin gələcəkdə sağ qalmasını təmin etmək, digər ölkələrə qarşı hərbi və strateji üstünlüklər yaratmaq daxildir. Kosmosun tədqiqinin ilk dövrü Sovet İttifaqı və ABŞ arasında "Kosmik Yarışı" ilə əlaqədar idi. 4 oktyabr 1957-ci ildə Sovet İttifaqının Sputnik 1-in Yer orbitinə ilk insan yaratdığı obyektin çıxarılması və 20 iyul 1969-cu ildə Amerikanın Apollon 11 missiyası tərəfindən Aya ilk enişi çox vaxt bu ilkin dövr üçün əlamətdar məqamlar kimi qəbul edilir.
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. == Fəaliyyəti == Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili === Məlumat bazaları === Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası === Doktorantura təhsili === Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat == Yaradılması == Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfellerin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzlərin işlərinin təmin edilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. == Strukturu == Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daxildir: Bitkilərin Beynəlxalq Genetik ehtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Aleppo, Suriya); Aqromeşəçilik üzrə beynəlxalq tədqiqatlar mərkəzi (Patanceru şəhəri, Hindistan); Beynəlxalq elmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Beynəlxalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigeriya); Beynəlxalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Beynəlxalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Meksika, Peru); Beynəlxalq elmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Beynəlxalq milli kənd təsərrüfatı tədqiqatları xidməti (Haaqa şəhəri, Niderland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buare, Fil sümüyü sahili); Canlı su ehtiyatlarının idarəolunması üzrə beynəlxalq mərkəz (Manila, Filippin); Beynəlxalq elmi-tədqiqat heyvandarlıq institutu.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Milli iqtisadi tədqiqatlar bürosu
«Milli iqtisadi tədqiqatlar bürosu» (ing. National Bureau of Economic Research, NBER) — 1920-ci ildə ABŞ iqtisadiyyatının obyektiv kəmiyyət təhlilini təşviq etmək üçün qurulmuş ABŞ-də özəl bir qeyri-kommersiya təşkilatıdır . Milli İqtisadi Tədqiqatlar Bürosu, ABŞ iqtisadiyyatının mikro, makro və beynəlxalq aspektlərinin yüksək keyfiyyətli təhlilinin ən böyük təminatçısıdır. Təşkilat digər məsələlərlə yanaşı iş dövriyyələrini də öyrənir. Büro tədqiqatçılarına iqtisadi dövrlərin yüksək və aşağı nöqtələrini proqnozlaşdırmaq və iqtisadiyyatın vəziyyətinin göstəricilərini inkişaf etdirmək tapşırılıb. NBER-in prezidenti Ceyms Poterbadır. == Məqsədi == Özəl, qeyri-kommersiya və tədqiqat təşkilatının əsas məqsədi iqtisadiyyatın necə işlədiyini daha yaxşı başa düşməkdir. Büro siyasətçilər, iş mütəxəssisləri və akademik ictimaiyyət arasında iqtisadi araşdırmalar dərc edir. Yüzlərlə aparıcı ABŞ iqtisadçısı və iş adamı da Milli İqtisadi Tədqiqatlar Bürosunun tədqiqatçılarındandır. Dörd növ empirik araşdırmaya diqqət yetirirlər: yeni statistik metodların inkişafı, iqtisadi davranışın kəmiyyət modellərinin qiymətləndirilməsi, dövlət siyasətinin Amerika iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və dövlət siyasətinin həyata keçirilməsi üçün alternativ təkliflərin hazırlanması.
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir. MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur. Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir.
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və ya qısa şəkildə Еlmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Elmi-tədqiqat institutu (ETİ) — elmi-tədqiqat işlərinin təşkili və aparılması üçün yaradılmış müəssisə. == Tarixi == Elmi-Tədqiqat Institutu Azərbaycan Respublikası Prezidentinin 27.09.2006-cı il tarixli, 462 nömrəli Fərmanı əsasında yaradılmışdır. == Fəaliyət sahələri == Müdafiə və ikili təyinatlı məmulatların yaradılması, əsaslı təmiri və təkmilləşdirilməsi məqsədilə təcrübi-konstruktor işlərinin aparılması və nazirliyin tabeli müəssisələrində həmin məhsulların istehsalının mənimsənilməsinin təşkili; Mülki və ikili təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi barədə təkliflər vermək, işlər aparmaq; Qeyri-ənənəvi enerji mənbələrinin yaradılması məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması; Azərbaycan Respublikasının və xarici ölkələrin ali məktəblərinin bazasında elmi kadrların hazırlanmasının təşkili.
Nasist tibbi tədqiqatları
Nasist tibbi tədqiqatları — 1940-cı illərin əvvəllərindən ortalarına qədər, İkinci Dünya müharibəsi və Holokost dövründə, faşist Almaniyası tərəfindən həbs düşərgələrində uşaqlar da daxil olmaqla çox sayda məhbus üzərində aparılan tibbi təcrübələr. Hədəflənən əsas millətlər arasında qaraçılar, sintilər, etnik polyaklar, Sovet əsirləri, əlil almanlar və Avropadan gələn yəhudilər iştirak edirdi. Nasist həkimlər və köməkçiləri məhkumları iştirak etməyə məcbur etdilər. Tipik olaraq, təcrübələr anesteziya olmadan aparıldı və ölüm, travma, disfiqurasiya və ya daimi əlilliklə nəticələndi və bu səbəbdən tibbi işgəncə nümunələri sayılır. Auşvitz və digər düşərgələrdə, Eduard Uirtsin rəhbərliyi ilə seçilən məhkumlar, döyüş vəziyyətində Alman hərbi personalına kömək etmək, yeni silahlar hazırlamaq, yaralanan hərbi personalın sağalmasına kömək etmək və Yozef Mengelenin əkiz təcrübələri də daxil olmaqla nasist irq ideologiyasını və yevgenikasını inkişaf etdirmək üçün hazırlanmış müxtəlif təcrübələrə məruz qaldılar. Aribert Xaym oxşar tibbi təcrübələri Mauthauzendə aparmışdır. Müharibədən sonra bu cinayətlər Həkimlər Məhkəməsi olaraq bilinən məhkəmədə mühakimə olundu və bununla da Nürnberq Tibbi Etik Qanunu hazırlandı. Həkimlərin Məhkəməsində Nasist həkimləri, hərbi zərurətin təcrübələrini əsaslandırdığını və qurbanlarını Koalisiya qüvvələrinin bombardmanından alınan zərərlə müqayisə etdiklərini iddia etdilər.
Psixologiyanın tədqiqat metodları
Psixologiya— sahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir. "Metod" yunan sözü olub, nəyəsə nail olmaq yolu deməkdir (yun. methodos — psıa — tədqiqat və yabilik yolu, "yol" və yun. — söz, fikir, anlayış pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan "üsul" termini də işlədilir). Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir. Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır. == Psixologiyanın tədqiqat metodları == Psixoloji tədqiqatın üç əsas növü vardır: Müvafiq tədqiqat Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir.
Psixologiyanın tədqiqat metodlarının siyahısı
Psixologiya sahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir. Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir. Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır. Psixoloji tədqiqatın üç əsas növü vardır: Korrelativ tədqiqat Müşahidə Eksperimental tədqiqat Bəzi əsas psixoloji tədqiqat dizaynları və məlumat toplama üsulları aşağıdakılardır: Arxiv tədqiqatı Keys üsulu - əksərən tədqiqat metodları başlığı altında qeyd olunsa da, əslində yalnız bir tədqiqat metodundan ibarət deyil. Keys üsulu metodologiyası müxtəlif tədqiqat metodlarından (məsələn, müsahibə, müşahidə, özünü hesabat anketi) istifadə edir. Tədqiqatçılar tədqiqat məlumatların müvafiq təqiqat sahələri üçün nə demək olduğunu öyrənirlər. Beləliklə, keys üsulu tədqiqatları bir metod deyil, metodologiyadır. Kompüter simulyasiyası (modelləşdirmə) Məzmun təhlili Hadisə seçmə metodologiyası, həmçinin təcrübə seçmə metodologiyası gündəlik təhsil və ya ekoloji ani qiymətləndirmə Eksperiment əksərən müalicə və nəzarət qruplarına bölünür( elmi nəzarət və eksperimentlərin dizaynına baxın).
Qadın tədqiqatları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Qafqaz Tədqiqat Resurs Mərkəzi
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti
Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universiteti və ya KIMEP (qaz. ҚМЭБИ Университеті)—Qazaxıstanın Almatı şəhərində ali təhsil müəssisəsidir. KIMEP kredit əsaslı, Şimali Amerika tipli bakalavr, magistr və doktorluq dərəcələri proqramlarını təklif edən özəl, qeyri-kommersiya universitetidir. Dərslərin əksəriyyəti ingilis dilində tədris olunur. == Tarixi == KIMEP Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin göstərişi ilə 1992-ci ildə təsis edilmişdir. KIMEP-in Almatı şəhərinin cənub-mərkəzindəki şəhərciyi, Qazaxıstan Kommunist Partiyasının keçmiş Mərkəzi Tədris Məktəbinin binalarını işğal etdi. Keçmiş Sovet İttifaqında qurulan ilk özəl ali təhsil müəssisələri sırasında idi. Nazarbayev, keçmiş iqtisadi müşaviri prezidenti Chan-Young Bangi, institutun ilk icraçı direktoru təyin etdi. İlk MBA və İqtisadiyyat MA proqramları 1992-ci ildə başladı və MPA proqramı 1993-cü ildə tələbə qəbuluna başladı. 81 MBA və MA tələbələrindən ibarət olan birinci sinif 1994-cü ildə KIMEP-ni bitirdi.
Qroznı Neft Elmi-Tədqiqat İnstitutunun binası
Qroznı Neft Elmi-Tədqiqat İnstitutunun binası — Qroznı şəhərində Şeyx-Mansur rayonunda 1920-ci ildə tikilmiş bina. Binanın tikintisinin sifarişçi Qroznıda böyük nümayəndəliyi olan İngiltərənin "Shell" neft şirkəti idi. Bina qotika memarlıq üslubunda tikilmişdir. == Tarixi == Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi.. Bu şirkətlərdən biri də, hətta inqilabdan əvvəlki dövrdə də Qroznıda genişmiqyaslı neft istehsalı ilə məşğul olan İngiltərənin "Royal Dutch Shell" şirkəti idi. Ancaq yerli tarixçilərə görə, binanın inşası Amerika inşaat şirkəti tərəfindən həyata keçirilmişdir. Bu şirkət Qroznıda daha bir neçə bina tikintisini həyata keçirmişdir. Bunların arasında "Transmaş" zavodundakı keçmiş buxar elektrik stansiyasının binası, kerosin istehsalı üçün iki emalatxana, Qroznının mərkəzindəki Putin prospektindəki Barski evi və İngilis Qalası olmuşdur. Bu binaların arasında əsas bina isə İnstitutun yaradılması üçün əsas tikili olan Qrozneft laboratoriyası idi.
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu (fars. موسسه تحقیقات واکسن و سرم‌سازی رازی‎) — Kərəc şəhərində. İnstutunün əsas istehsalatları insan, heyvan və quşlar əcza ve dərmanlarıdır. == Tarixçəsı == Bu institut böyük ipək yoluün yaxinliğda olaraq, əski zamanlardan atlar, atçapanlar və karvançılərın bir darman göbəkı sayılıb. 1924-ci ildə fəaliyyətlərı təşkil edilib və modernlıgə dəyış etdi və yenı əczalar rejissorluğa yetışdı. Hazırlıkdə bu institut bir direktorlar şurası ılə idarə olunürkən bu şurada təssərüfat və səhiyyə nazirliğlərinın nümayəndələri var.
Sosial Tədqiqatlar Mərkəzi
Sosial Tədqiqatlar Mərkəzi — Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxs. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan)
Sosial Tədqiqatlar Mərkəzi — Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxs. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Taskiqidə sifilisin tədqiqatı
Taskiqidə sifilisin tədqiqatı — Alabama ştatının Taskiqi şəhərində 1932–1972-ci illərdə aparılmış tibbi eksperiment tarixə ən utandırıcı təcrübələrdən biri kimi daxil olub. Eksperiment ABŞ-nin İctimai sağlamlıq Xidmətinin himayəsi altında keçirilirdi. Təcrübənın əsas məqsədi insanlardan təcrübə obyekti kimi istifadə edərək sifilisin bütün mərhələlərini öyrənmək idi. Təcrübələrin aparılması üçün 600 afroamerikalı kişi (bu şəxslərdən 200-ü sifilis xəstəliyinə yoluxmamışdı) seçilmişdi. 1947-ci ilə qədər aparılan araşdırmalar nəticəsində sifilisin müalicəsində penisilinin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdi. Lakin, xəstələrə bu barədə heç bir məlumat verilməmişdi. Alimlər penisilin haqqında məlumatları xəstələrdən gizlədərək araşdırmalarını davam etdirirdilər. Onlar tədqiqat iştirakçılarının digər xəstəxanalarda müalicə almasına mane olurdular. Bu tədqiqatlar 1972-ci ilə qədər davam etmişdir. Tədqiqatların dayandırılmasına səbəb isə yuxarıda qeyd olunan məlumatların mətbuata sızması olmuşdur.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) — 1963-cü ildə, Türkiyədə planlı iqtisadiyyat dövrünün başlanğıcında qurulmuşdur. Quruluş mərhələsində ən fundamental vəzifələri, xüsusilə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları dəstəkləmək və gənc araşdırmaçıları təşviq etmək, etina etdirmək idi. Bu vəzifələri yerinə gətirə bilmək məqsədiylə, təməl elmlər, mühəndislik, tibb, əkinçilik və heyvandarlıq sahələrində dörd araşdırma qrupu (indi on araşdırma qrupunu ehtiva edən Araşdırma Dəstək Proqramları Başçılığı) ilə Elm Adamı Yetişdirmə Qrupu (indi Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı) yaradılmışdır. == Siyasət == Təşkilat, Türkiyədə müsbət elmlərdə araşdırma və inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı prioritetlərə görə inkişaf etdirmək, etina etdirmək, təşkil etmək və koordinasiya etmək; mövcud elmi və texniki məlumatlara çatmaq və çatılmasını təmin etmək məqsədi güdməkdədir. == Vahidlər == 2007 etibarilə təşkilatın bünyəsində saxladığı vahidlər: Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı (BİDEB) Araşdırma Dəstək Proqramları Başçılığı (ARDEB) Elm və Cəmiyyət Dairə Başçılığı Elm, Texnologiya və Yenilikçilik Siyasətləri Dairə Başçılığı (BTYPD) Texnologiya və Yenilik Dəstək Proqramları Başçılığı (TEYDEB) Beynəlxalq Əlaqələr Dairə Başçılığı (UİDB) Təşkilati İnkişaf Vahidi (KGB) == Mərkəz və institutlar == === Tədqiqat-işləmə qurumları === Marmara Tədqiqat Mərkəzi (MAM) Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu (ÇİTTAGE) – Adana Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu (SAGE) – Ankara Türkiyə Sənaye İdarəetmə İnstitutu (TÜSSİDE) – Gebze TEKSEB və Texnopark – Gebze Fundamental Elmlər Tədqiqat İnstitutu (Fəza Gürsey İnstitutu) (TBAE) – İstanbul Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu (UEKAE) – Gebze, Ankara Milli Metrologiya İnstitutu (UME) – Gebze Kosmik Texnologiyalar Tədqiqat İnstitutu (UZAY) – Ankara == Nəşrlər == Təşkilat, Türkiyədə elmi məşhurlaşdırmaq və insanları şüurlandırmaq məqsədilə üç ədəd aylıq məşhur elm jurnalı (Elm və texniki jurnalı, Elm uşaq jurnalı, Maraqlı kiçik jurnalı) və illik təxminən 20 ədəd məşhur elm kitabı nəşr etməkdədir. (Tübitak Məşhur Elm Kitabları) == Köməklər == Təşkilat gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün T. C. yurddaşlarına maddi qaynaq təmin etməkdədir. 2005 ÖSSdə ilk 5000ə girən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosioloji, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq 250 YTL qarşılıqsız təqaüd verilmişdir. 50i aşan növü olan TÜBİTAK təqaüdləriylə əlaqədar (miqdarlar və müraciət şərtləri kimi) detallar təşkilatın şəbəkə səhifəsindən öyrənilə bilər. Ayrıca, doğrudan Türkiyədəki elm ictimaiyyətinə xitab edən 12 ədəd hakimli (Elmi Jurnal) çıxartmaqdadır.

tədqiq sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Torpağın tədqiqi. Arktikanın tədqiqi. Atom enerjisindən istifadə sahəsində tədqiq. □ Tədqiq etmək – 1) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq. [Nərgiz:] Tapılan şeyləri biz yuxarı göndəririk, orada alimlər tədqiq edirlər. B.Bayramov; 2) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək. Mərdan … yarımişıq otaqda çocuğun üzünü tədqiq etməyə başladı, özünə bənzər cəhətlər aradı. Çəmənzəminli. 2. Cəm şəklində tədqiqlər – elmi əsər(lər), tədqiqat əsər(lər)i. Azərbaycan dili tarixinə aid tədqiqlər.

    Azərbaycan dilinin izahlı lüğəti / tədqiq
  • 2 ə. 1) incəltmə, xırdalama, narın etmə; 2) dəqiqləşdirmə, tədqiqat, elmi araşdırma; 3) həqiqəti meydana çıxartmaq üçün incədən-incəyə araşdırma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tədqiq
  • 3 bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Məsələn, a)elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq; b)bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / tədqiq

tədqiq sözünün sinonimləri (yaxın mənalı sözlər)

tədqiq sözünün rus dilinə tərcüməsi

  • 1 исследование, изучение, разбирательство

    Azərbaycanca-rusca lüğət / tədqiq
  • 2 сущ. 1. исследование (научное рассмотрение в целях познания чего-л.; изучение). Kosmik fəzanın tədqiqi исследование космического пространства, Ay səthinin tədqiqi исследование лунной поверхности, yer təkinin tədqiqi исследование недр земли, dilin tədqiqi исследование языка 2. обычно во мн. ч. исследования (научные сочинения, в которых исследуются какие-л. вопросы). Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqlər исследования по истории азербайджанской литературы; tədqiq etmək исследовать: 1. подвергать, подвергнуть научному рассмотрению в целях познания, выяснения чего-л.; изучать, изучить. Kosmosu tədqiq etmək исследовать космос 2. тщательно осмотреть кого-л., что-л., внимательно ознакомиться с чем-л. для установления, выяснения чего-л.; обследовать. Yolu tədqiq etmək исследовать дорогу, ərazini tədqiq etmək исследовать территорию; tədqiq olunmaq (edilmək) исследоваться, быть исследованным

    Azərbaycanca-rusca lüğət / tədqiq

tədqiq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. investigation; research; exploration; ~ etmək to investigate (d.); to explore (d.); Arktikanın ~i exploration of the Arctic Region; kosmik fəzanın ~i exploration of (outer) space

    Azərbaycanca-ingiliscə lüğət / tədqiq

tədqiq sözünün fransız dilinə tərcüməsi

tədqiq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. тадкъикь (1. исследование (урус.), тадкъикъат (илимдин рекьелди, илимдин жигьетдай чирун, жагъурун, тайин авун); tədqiq etmək а) тадкъикь авун, илимдин жигьетдай чирун, жагъурун, тадкъикъат (исследование) тухун; б) дикъетдалди килигун, вил экъуьрун; 2. tədqiqatlar гз. тадкъикъатар, илимдин эсер(ар), тадкъикъатдин эсер(ар).

    Azərbaycanca-ləzgicə lüğəti / tədqiq

tədqiq sözünün türk dilinə tərcüməsi

"tədqiq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tədqiq nədir? #tədqiq sözünün mənası #tədqiq nə deməkdir? #tədqiq sözünün izahı #tədqiq sözünün yazılışı #tədqiq necə yazılır? #tədqiq sözünün düzgün yazılışı #tədqiq leksik mənası #tədqiq sözünün sinonimi #tədqiq sözünün yaxın mənalı sözlər #tədqiq sözünün əks mənası #tədqiq sözünün etimologiyası #tədqiq sözünün orfoqrafiyası #tədqiq rusca #tədqiq inglisça #tədqiq fransızca #tədqiq sözünün istifadəsi #sözlük