tədbir sözü azərbaycan dilində

tədbir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tədbir • 73.2180%
  • Tədbir • 26.7742%
  • TƏDBİR • 0.0079%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır. Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Elektron əks-tədbir
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)

tədbir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər. □ Tədbir tökmək (görmək) – bir şeyi əldə etmək üçün fikirləşib yollar aramaq, yol tapmaq. [Əsgər Süleymana:] İndi, aşna, bir iş də var, hərgah ona da bir tədbir töksən, onda bilərəm ki, başdan-ayağa qədər ağıllısan. Ü.Hacıbəyov. // məc. Bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; hiylə. Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (Ata. sözü). □ Tədbir etmək – qərarlaşmaq, qərara gəlmək. [Səfər:] Divan tədbir edib sizi tutmağa; Meydanı qızdırıb at oynatmağa. H.K.Sanılı. 2. Təhlükədən qorunmaq üçün görülən hazırlıq. Qripə qarşı mübarizə tədbirləri.

    Azərbaycan dilinin izahlı lüğəti / tədbir
  • 2 bir işi görmək, həyata keçirmək üsulu, vasitə; yol.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / tədbir
  • 4 1) bir işi görmək, həyata keçirmək üçün üsullar, vasitələr, yollar, rollar; 2) məcazi mənada bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; 3) təhlükədən qorunmaq üçün görülən hazırlıq.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / tədbir

tədbir sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 TƏDBİR [Mahmud bəy:] İnan, baş tutarsa qurduğum tədbir; Adam sayılarsan, əqlinə vur bir (S.Rüstəm); BİNAGÜZARLIQ (köhn.) Aslan bəy: Sən dürüst arxayın ol və oğlunun barəsində binagüzarlıq nə tövr sənin kefin istəsə.. (N.Vəzirov); ƏLAC Der: – Qanda bulum əlacın, ey yar? Kimdən yetə ehtiyacın, ey yar? (Xətayi); ÇARƏ, ÇIXIŞ YOLU, ƏNCAM.

    Azərbaycan dilinin sinonimlər lüğəti / tədbir

tədbir sözünün rus dilinə tərcüməsi

  • 1 1. мера, мероприятие; 2. предосторожность, осмотрительность;

    Azərbaycanca-rusca lüğət / tədbir
  • 2 сущ. 1. мера (действие или совокупность действий, средств для осуществления чего-л.). Qəti tədbirlər решительные меры, təsirli tədbirlər действенные меры, cəza tədbirləri меры наказания, təbiəti mühafizə tədbirləri меры по охране природы, ehtiyat tədbirləri меры предосторожности, konkret tədbirlər görmək принимать конкретные меры 2. мероприятие (организованное действие или совокупность действий, направленных на осуществление определённой цели). Kütləvi-mədəni tədbirlər культурно-массовые мероприятия, tədbirlər planı işləyib hazırlamaq разработать план мероприятий, bir sıra tədbirlər həyata keçirmək осуществить ряд мероприятий, tələbə yataqxanasında maraqlı bir tədbir keçirilmişdir в студенческом общежитии было проведено интересное мероприятие; tədbir tökmək (tədbir görmək) принимать, принять, предпринимать, предпринять меры

    Azərbaycanca-rusca lüğət / tədbir

tədbir sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. measure; təsirli / qəti ~ drastic measure; cəza / intizam ~i disciplinary measure; ~ görmək to take* measure; müvəqqəti ~ temporary measure; ağıllı / müdrik ~lər wise measures; təcili ~ görmək to take* prompt action; bütün ~ləri görmək to take* every measure; 2. (inzibati) legislative enactment

    Azərbaycanca-ingiliscə lüğət / tədbir

tədbir sözünün fransız dilinə tərcüməsi

tədbir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. тедбир; къайдаяр, рекьер; tədbir tökmək (görmək) тедбир акун, фикирна рекьер жугъурун, рехъ якьурун; tədbir etmək тедбир авун, санал фикирна са къарардал атун; 2. пер. тедбир, гьилле.

    Azərbaycanca-ləzgicə lüğəti / tədbir

tədbir sözünün türk dilinə tərcüməsi

"tədbir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tədbir nədir? #tədbir sözünün mənası #tədbir nə deməkdir? #tədbir sözünün izahı #tədbir sözünün yazılışı #tədbir necə yazılır? #tədbir sözünün düzgün yazılışı #tədbir leksik mənası #tədbir sözünün sinonimi #tədbir sözünün yaxın mənalı sözlər #tədbir sözünün əks mənası #tədbir sözünün etimologiyası #tədbir sözünün orfoqrafiyası #tədbir rusca #tədbir inglisça #tədbir fransızca #tədbir sözünün istifadəsi #sözlük