təhlil-tədqiq sözü azərbaycan dilində

təhlil-tədqiq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təhlil-tədqiq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tədqiq
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təhlil
Analiz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Analiz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Fonetik təhlil
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə. == Metodologiyası == Fonetik təhlil aşağıdakı kimi aparılır: Sözün səs və hərf tərkibi göstərilir. Sait səslər növlərinə görə (dodaqlanan və dodaqlanmayan,qalın və incə,açıq və qapalı) təhlil olunur. Samit səslər növlərinə görə (kar və cingiltili) təhlil olunur. Ahəng qanununa tabe olub-olmaması təhlil olunur. Sözün hecaları və vurğusu göstərilir. Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur. == Nümunə == Neftçi— [nefçi], 6 hərf, 5 səsdən ibarətdir. Səs hərf tərkibi müxtəlifdir və ahəng qanununa tabedir.
Təhlil (şahmat)
Təhlil — Şahmat termini Mövqedə yaranmış görüşlərin və mümkün vəziyyətlərin qiymətinin araşdırılması. Təhlil variantların işlənməsini və ya yaranmış görüşlərin qiymətləndirilməsini özündə birləşdirir. Variantların hesablanması və mövqenin qiymətləndirilməsi təhlil bacarığının əsasını təşkil edir.
İqtisadi təhlil
İqtisadi təhlil (ing. economic analysis) — müəyyən iqtisadi hadisələrin, proseslərin, hərəkətlərin, nəticələrin öyrənilməsi və elmi tədqiqatı ilə əlaqəli və bir-birindən asılı metodlar. İqtisadiyyatda iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarını və meyllərini müəyyənləşdirmək, fəaliyyət göstəricilərinə müsbət və ya mənfi təsir göstərən əsas amilləri müəyyənləşdirmək və qiymətləndirmək üçün istifadə olunur. İqtisadi təhlilin köməyi ilə ayrı-ayrı sahələrin, birliklərin, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmamış ehtiyatlar aşkar edilir. İqtisadi təhlilin nəticələri iqtisadi proseslərin proqnozlaşdırılması və uzunmüddətli planlaşdırılması, habelə gələcək effektiv inkişaf, gəlirli fəaliyyət üçün proqramlar və tövsiyələr hazırlamaq üçün istifadə olunur. K.R. Makkonnell və S.L.Brüya görə iqtisadi təhlil iqtisadi qanunların müvafiq iqtisadi gerçəkliklərdən çıxarılmasıdır. Müəyyən şərtlərdə xüsusiyyətlərini aydınlaşdırmaq üçün iqtisadi bir fenomen haqqında iqtisadi məlumatların öyrənilməsi. Statistik təhlilin obyekti ayrı-ayrı müəssisə, rayon, bölgə, bütövlükdə dövlətin iqtisadiyyatı, eləcə də tədqiqat obyektlərinin cəmi barədə məlumatlar ola bilər. Statistik iqtisadi analiz üçün məlumatlar müxtəlif statistik mənbələrdən götürülür və eyni zamanda sosioloji müşahidələr nəticəsində əldə edilir. Statistik analiz tamamlanmış (bütövlükdə bir fenomenin vəziyyəti və inkişafının hərtərəfli öyrənilməsi) və qismən (fenomenin vəziyyətinin müəyyən şərtlərdə aydınlaşdırılması, işarələrin əlaqəsi, fenomenlərin dinamikası və s.) ola bilər.
Gap (texniki təhlil)
Gap (ing. gap — boşluq) — kotirovkalar axınının texniki təhlilində əvvəlki vaxt çərçivəsinin bağlanma qiyməti (diaqram elementi) ilə növbətinin açılış qiyməti arasında əhəmiyyətli fərqin vəziyyətini təsvir edən termin. Vizual olaraq, bir gap qiymət cədvəlindəki bitişik elementlər arasındakı "gap" uyğundur. Fond və əmtəə bazarlarında birja təcrübəsində “gap” termini çox vaxt əvvəlki ticarət sessiyasının bağlanış qiymətinin növbəti ticarət gününün açılış qiyməti ilə üst-üstə düşməməsi (gündəlik vaxt çərçivəsi olan qrafikdə gap) deməkdir. Bəzən gap ticarət sessiyası daxilində qonşu kotirovkalar arasında əhəmiyyətli fərq də adlanır. Bu, adətən gözlənilməz xəbərlərlə bağlıdır, o zaman sitatlar arasındakı fərq adi haldan 5 və ya daha çox dəfə böyük ola bilər. Gündəlik vaxt çərçivəsi olan bir diaqramda belə bir gap boşluq kimi göstərilmir — uzadılmış element formalaşır. Ancaq daha ətraflı qrafiklərdə belə bir gap görünə bilər. Gap həm açılış, həm də bağlanış qiymətləri göstərilməklə sabit müddətə əsaslanan qrafiklərdə vizual olaraq görünür. Tipik olaraq bunlar Yapon şamdanları və ya çubuqları şəklində olan qrafiklərdir.
Fiziki-riyazi təhlil üsulu
Fiziki-riyazi təhlil üsulu vasitəsilə atmosferdəki fiziki proseslərin öyrənilməsi həyata keçirilir. Belə ki, fiziki proseslərin izahı ancaq fiziki qanunlar vasitəsilə verilə bilər. XX əsrdə bu üsulun köməyi ilə meteoroloji məsələlərin həllində böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, fizikanın ümumi qanunlarına əsaslanaraq atmosfer proseslərini təsvir edən differensial tənliklər tərtib olunmuşdur. Bu tənliklər mürəkkəb xarakterə malik olduğu ucun onlar ədədi üsullarla və kompüter texnikasının köməyilə həll olunur. Bütün bunların nəticəsidir ki, müasir dövrdə qeyri-adi güclü tədqiqat üsulu – atmosfer proseslərinin riyazi modelləşdirilməsi üsulu geniş tətbiq olunmağa başlanmışdır. Bu üsul əsasən havanın ədədi proqnozunun hazırlanmasında və iqlim nəzəriyyəsi məsələlərinin həllində çox geniş istifadə olunur. Məhz bu üsul atmosferin və onun okean və Yer səthi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinin əsas üsullarından biridir.
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü (ing. Heroic Age of Antarctic Exploration) — XIX əsrin sonlarında başlayan və Birinci Dünya müharibəsindən sonra başa çatan, Antarktida qitəsinin tədqiq olunması dövrüdür; 1921-1922-ci illərin Şeklton-Rouett Ekspedisiyası tarixçilər tərəfindən tez-tez "qəhrəmanlıq" və "mexanika" əsrləri arasında ayırıcı xətt kimi qeyd olunur. Qəhrəmanlıq dövründə Antarktika bölgəsi beynəlxalq səylərin mərkəzinə çevrildi və nəticədə on ölkədən 17 əsas Antarktika ekspedisiyasının intensiv elmi və coğrafi kəşfiyyatı aparıldı. Bu ekspedisiyalarda ümumi amil tədqiqat işində inqilab etmiş nəqliyyat və kommunikasiya texnologiyalarının inkişaf etməsindən əvvəl onlara verilən resursların məhdud xarakterli olması idi. Buna görə də bu ekspedisiyaların hər biri öz şəxsi heyətinin fiziki və əqli sərhədlərini sınaqdan keçirən, bəzən isə onu aşan bir dözümlülük şücaəti olmuşdur. Sonradan verilən "qəhrəmanlıq" etiketi bu qabaqcılların öhdəsindən gəlməli olduğu çətinlikləri qəbul etmişdir. Qeyd etmək lazımdır ki, ekspedisiya üzvlərinin bəziləri tədqiqatlardan sağ çıxmamış, bu müddət ərzində ümumilikdə 19 ekspedisiya üzvü həlak olmuşdur. Həm coğrafi, həm də Cənub maqnit qütblərinə ilk dəfə məhz qəhrəmanlıq dövründə çatmaq mümkün oldu. Coğrafi qütbdə birinci olmaq nailiyyəti bir çox ekspedisiyaların əsas məqsədi olmaqla yanaşı, 1911-ci ildə ona ilk çatan Roald Amundsenin təşəbbüsünün yeganə səbəbi idi. Digər ekspedisiyalar qitənin müxtəlif ərazilərində müxtəlif məqsədlərə yönəlmişdi.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC; Азәрбајҹаны Тәдгиг вә Тәтәббө Ҹәмијјәти) — Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, incəsənəti və s. öyrənən elmi mərkəz. == Tarixi == Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. 1925-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeliyində verilmişdir. Respublika ərazisini planlı və hərtərəfli tədqiq etmək üçün Naxçıvan MSSR (Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti), DQMV və qəza mərkəzlərində cəmiyyətin şöbələri yaradılmışdır. Leninqradda ATTC tarix bölməsinin xüsusi şöbəsi var idi. Cəmiyyətin işində Səməd ağa Ağamalıoğlu, Tağı Şahbazi Simurğ, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, İvan Meşaninov və başqaları yaxından iştirak etmişlər. 1925–1929-cu illərdə ATTC-nin "Xəbərləri" nəşr olunmuşdur.
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti — elmi mərkəz. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi kimi yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. Sədri maarif xadimi Vahab Həsənzadə, elmi katibi Mir Bağır Mirheydərzadə olmuşdur. Cəmiyyətin fəal üzvləri Məhəmməd Rasizadə, Xəlil Hacılarov, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə və başqaları idi. Cəmiyyətdə 3 bölmə: — 1. iqtisadi, ictimai, təbii bölmə, 2. arxeoloji bölmə, 3. etnoqrafiya, türkologiya, tarix və ədəbiyyat bölməsi fəaliyyət göstərmişdir. 1925–1928-ci illərdə Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya, tarix və ədəbiyyatını, iqtisadiyyat və təbiətini öyrənməklə məşğul olmuşdur. Naxçıvan Muxtar Respublikasını müxtəlif bölgələrində arxeoloji qazıntılar aparmaqla qiymətli maddi mədəniyyət abidələrinin aşkarlanması, 1926-cı ildə Bakıda keçiriləcək I Türkoloji qurultaya hazırlıq aparması (bu məqsədlə cəmiyyət üzvlərindən M. Rasizadə "Dillərin tüluu və qürubu", H. Səfərli "Azərbaycan dilinin mənşəyi və tarixi inkişafı", Ə. Rüstəmov "Azərbaycan dilinin bugünkü vəziyyəti, ərəb və latın əlifbası ilə islah və tövsihi", Ə. Qılmanov "Türk tayfalarının ibtidai tarixi və dini təsəvvürü" mövzularında ictimaiyyət qarşısında məruzələr etmişlər), respublika ərazisində xalq ədəbiyyatı nümunələrini toplayıb qeydə alması, müxtəlif bölgələrə (Cəhri, Camaldın, Qızılburun, Türküş, Şərur, Nürgüt, Milax və s.) elmi komissiya və ezamiyyətlər təşkil etməsi, Naxçıvan muzeyini qiymətli eksponatlarla zənginləşdirməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətini geniş miqyasda təbliğ etməsi cəmiyyətin fəaliyyətinin əsasını təşkil etmişdir.

Oxşar sözlər

#təhlil-tədqiq nədir? #təhlil-tədqiq sözünün mənası #təhlil-tədqiq nə deməkdir? #təhlil-tədqiq sözünün izahı #təhlil-tədqiq sözünün yazılışı #təhlil-tədqiq necə yazılır? #təhlil-tədqiq sözünün düzgün yazılışı #təhlil-tədqiq leksik mənası #təhlil-tədqiq sözünün sinonimi #təhlil-tədqiq sözünün yaxın mənalı sözlər #təhlil-tədqiq sözünün əks mənası #təhlil-tədqiq sözünün etimologiyası #təhlil-tədqiq sözünün orfoqrafiyası #təhlil-tədqiq rusca #təhlil-tədqiq inglisça #təhlil-tədqiq fransızca #təhlil-tədqiq sözünün istifadəsi #sözlük