tədqiqi sözü azərbaycan dilində

tədqiqi

Yazılış

  • tədqiqi • 92.4880%
  • Tədqiqi • 7.4283%
  • TƏDQİQİ • 0.0418%
  • tədqiqİ • 0.0418%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kosmosun tədqiqi
Kosmosun tədqiqi kosmosu tədqiq etmək üçün astronomiya və kosmik texnologiyanın istifadəsidir. Kosmosun tədqiqi əsasən teleskoplarla astronomlar tərəfindən həyata keçirildiyi halda, onun fiziki tədqiqi həm ekipajsız robot kosmos zondları, həm də insanların kosmosa uçuşu ilə aparılır. Kosmosun tədqiqi, onun klassik forması astronomiya kimi, kosmos elminin əsas mənbələrindən biridir. Astronomiya kimi tanınan kosmosda obyektlərin müşahidəsi qədim vaxtlardan olsa da, yalnız XX əsrin ortalarında kosmosun fiziki tədqiqində raket texnologiyaların inkişafı nəticəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur. Dünyanın ilk genişmiqyaslı eksperimental raket proqramı 1920-ci illərin sonlarında Fritz von Opel və Maks Valierin rəhbərliyi altında Opel-RAK idi və bu, ilk ekipajlı raket təyyarələrinin yaradılmasına yol açdı. Bu proqram Nasist dövründə V2 proqramı və 1950-ci ildən etibarən ABŞ və Sovet kosmik proqramlarının inkişafına yol açdı. Opel-RAK proqramı və yerüstü və hava nəqliyyat vasitələrinin möhtəşəm ictimai nümayişləri böyük izdiham yaratmış, dünya ictimaiyyətinin həyəcanına səbəb olmuş və Verner von Braun kimi kosmik uçuşun sonrakı yaradıcıllarına böyük və davamlı təsir göstərmişdi. Kosmosun tədqiqi üçün ümumi əsaslar arasında elmi tədqiqatların inkişafı, milli nüfuz, müxtəlif millətləri birləşdirmək, bəşəriyyətin gələcəkdə sağ qalmasını təmin etmək, digər ölkələrə qarşı hərbi və strateji üstünlüklər yaratmaq daxildir. Kosmosun tədqiqinin ilk dövrü Sovet İttifaqı və ABŞ arasında "Kosmik Yarışı" ilə əlaqədar idi. 4 oktyabr 1957-ci ildə Sovet İttifaqının Sputnik 1-in Yer orbitinə ilk insan yaratdığı obyektin çıxarılması və 20 iyul 1969-cu ildə Amerikanın Apollon 11 missiyası tərəfindən Aya ilk enişi çox vaxt bu ilkin dövr üçün əlamətdar məqamlar kimi qəbul edilir.
Uzaq məsafədən yer kürəsini zondla tədqiqi
Məsafədən zondlama (MZ) – yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur. Məsafədən zondlama (remote sensing) - sin.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cu illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.71 dəfə / 1 mln.
2002 •••••••••••• 17.13
2003 •••••••••• 14.17
2004 •••••••••••••••••••• 30.32
2005 ••••••••••••••••• 24.97
2006 •••••••••••••• 20.05
2007 •••••••••••••••••• 26.43
2008 •••••••••••••• 19.73
2009 •••••••••••••• 20.48
2010 ••••••••••• 15.89
2011 ••••••••••• 15.70
2012 •••••••••• 14.11
2013 ••••• 6.71
2014 •••••••• 11.84
2015 •••••••• 12.08
2016 ••••••••• 12.15
2017 ••••••••• 13.49
2018 •••••••• 11.69
2019 ••••••••••• 15.72
2020 •••••••••••• 17.50

"tədqiqi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tədqiqi nədir? #tədqiqi sözünün mənası #tədqiqi nə deməkdir? #tədqiqi sözünün izahı #tədqiqi sözünün yazılışı #tədqiqi necə yazılır? #tədqiqi sözünün düzgün yazılışı #tədqiqi leksik mənası #tədqiqi sözünün sinonimi #tədqiqi sözünün yaxın mənalı sözlər #tədqiqi sözünün əks mənası #tədqiqi sözünün etimologiyası #tədqiqi sözünün orfoqrafiyası #tədqiqi rusca #tədqiqi inglisça #tədqiqi fransızca #tədqiqi sözünün istifadəsi #sözlük