tədqiq-tətəbbö sözü azərbaycan dilində

tədqiq-tətəbbö

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tədqiq-tətəbbö • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC; Азәрбајҹаны Тәдгиг вә Тәтәббө Ҹәмијјәти) — Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, incəsənəti və s. öyrənən elmi mərkəz. == Tarixi == Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. 1925-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeliyində verilmişdir. Respublika ərazisini planlı və hərtərəfli tədqiq etmək üçün Naxçıvan MSSR (Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti), DQMV və qəza mərkəzlərində cəmiyyətin şöbələri yaradılmışdır. Leninqradda ATTC tarix bölməsinin xüsusi şöbəsi var idi. Cəmiyyətin işində Səməd ağa Ağamalıoğlu, Tağı Şahbazi Simurğ, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, İvan Meşaninov və başqaları yaxından iştirak etmişlər. 1925–1929-cu illərdə ATTC-nin "Xəbərləri" nəşr olunmuşdur.
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti — elmi mərkəz. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi kimi yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. Sədri maarif xadimi Vahab Həsənzadə, elmi katibi Mir Bağır Mirheydərzadə olmuşdur. Cəmiyyətin fəal üzvləri Məhəmməd Rasizadə, Xəlil Hacılarov, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə və başqaları idi. Cəmiyyətdə 3 bölmə: — 1. iqtisadi, ictimai, təbii bölmə, 2. arxeoloji bölmə, 3. etnoqrafiya, türkologiya, tarix və ədəbiyyat bölməsi fəaliyyət göstərmişdir. 1925–1928-ci illərdə Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya, tarix və ədəbiyyatını, iqtisadiyyat və təbiətini öyrənməklə məşğul olmuşdur. Naxçıvan Muxtar Respublikasını müxtəlif bölgələrində arxeoloji qazıntılar aparmaqla qiymətli maddi mədəniyyət abidələrinin aşkarlanması, 1926-cı ildə Bakıda keçiriləcək I Türkoloji qurultaya hazırlıq aparması (bu məqsədlə cəmiyyət üzvlərindən M. Rasizadə "Dillərin tüluu və qürubu", H. Səfərli "Azərbaycan dilinin mənşəyi və tarixi inkişafı", Ə. Rüstəmov "Azərbaycan dilinin bugünkü vəziyyəti, ərəb və latın əlifbası ilə islah və tövsihi", Ə. Qılmanov "Türk tayfalarının ibtidai tarixi və dini təsəvvürü" mövzularında ictimaiyyət qarşısında məruzələr etmişlər), respublika ərazisində xalq ədəbiyyatı nümunələrini toplayıb qeydə alması, müxtəlif bölgələrə (Cəhri, Camaldın, Qızılburun, Türküş, Şərur, Nürgüt, Milax və s.) elmi komissiya və ezamiyyətlər təşkil etməsi, Naxçıvan muzeyini qiymətli eksponatlarla zənginləşdirməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətini geniş miqyasda təbliğ etməsi cəmiyyətin fəaliyyətinin əsasını təşkil etmişdir.
Tədqiq
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü (ing. Heroic Age of Antarctic Exploration) — XIX əsrin sonlarında başlayan və Birinci Dünya müharibəsindən sonra başa çatan, Antarktida qitəsinin tədqiq olunması dövrüdür; 1921-1922-ci illərin Şeklton-Rouett Ekspedisiyası tarixçilər tərəfindən tez-tez "qəhrəmanlıq" və "mexanika" əsrləri arasında ayırıcı xətt kimi qeyd olunur. Qəhrəmanlıq dövründə Antarktika bölgəsi beynəlxalq səylərin mərkəzinə çevrildi və nəticədə on ölkədən 17 əsas Antarktika ekspedisiyasının intensiv elmi və coğrafi kəşfiyyatı aparıldı. Bu ekspedisiyalarda ümumi amil tədqiqat işində inqilab etmiş nəqliyyat və kommunikasiya texnologiyalarının inkişaf etməsindən əvvəl onlara verilən resursların məhdud xarakterli olması idi. Buna görə də bu ekspedisiyaların hər biri öz şəxsi heyətinin fiziki və əqli sərhədlərini sınaqdan keçirən, bəzən isə onu aşan bir dözümlülük şücaəti olmuşdur. Sonradan verilən "qəhrəmanlıq" etiketi bu qabaqcılların öhdəsindən gəlməli olduğu çətinlikləri qəbul etmişdir. Qeyd etmək lazımdır ki, ekspedisiya üzvlərinin bəziləri tədqiqatlardan sağ çıxmamış, bu müddət ərzində ümumilikdə 19 ekspedisiya üzvü həlak olmuşdur. Həm coğrafi, həm də Cənub maqnit qütblərinə ilk dəfə məhz qəhrəmanlıq dövründə çatmaq mümkün oldu. Coğrafi qütbdə birinci olmaq nailiyyəti bir çox ekspedisiyaların əsas məqsədi olmaqla yanaşı, 1911-ci ildə ona ilk çatan Roald Amundsenin təşəbbüsünün yeganə səbəbi idi. Digər ekspedisiyalar qitənin müxtəlif ərazilərində müxtəlif məqsədlərə yönəlmişdi.

Oxşar sözlər

#tədqiq-tətəbbö nədir? #tədqiq-tətəbbö sözünün mənası #tədqiq-tətəbbö nə deməkdir? #tədqiq-tətəbbö sözünün izahı #tədqiq-tətəbbö sözünün yazılışı #tədqiq-tətəbbö necə yazılır? #tədqiq-tətəbbö sözünün düzgün yazılışı #tədqiq-tətəbbö leksik mənası #tədqiq-tətəbbö sözünün sinonimi #tədqiq-tətəbbö sözünün yaxın mənalı sözlər #tədqiq-tətəbbö sözünün əks mənası #tədqiq-tətəbbö sözünün etimologiyası #tədqiq-tətəbbö sözünün orfoqrafiyası #tədqiq-tətəbbö rusca #tədqiq-tətəbbö inglisça #tədqiq-tətəbbö fransızca #tədqiq-tətəbbö sözünün istifadəsi #sözlük