tender sözü azərbaycan dilində

tender

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tender • 78.2036%
  • Tender • 21.7153%
  • TENDER • 0.0811%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tender
Tender sözü aşağıdakı mənalarda işlənə bilər: Tender — Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə. Tender — əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması; Tender — reklam ilə bağlı olan hər hansı bir layihənin həyata keçirilməsi hüququ (reklam kompaniyasının təşkili, ən yaxşı əmtəə nişanının hazırlanması və i. a.); Tender — təklif, arzu; Tender — açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması; Tender — qiymətli kağızlara abunə haqqında, müqavilə bağlamaq, yaxud mal göndərmək haqqında yazılı təklif, sifariş; Tender — rəqiblərin təklif etdiyi qiymətlərdən asılı olaraq istehsalçının öz əmtəəsinə təklif etdiyi qiymət. Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur. 2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir. Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s.
Love Me Tender
Love Me Tender – Elvis Presli tərəfindən Love Me Tender albomundan çıxarılan sinql. Mahnının musiqisi George R. Poulton və W.W. Fosdickin müəllifi olduğu Amerikan vətəndaş müharibəsinə həsr edilmiş Aura Lee (və ya "Aura Lea") mahnısına uyğunlaşdırılmışdır. Aura Lee mahnısı 1861-ci ildə çıxmış və elə həmmin dövrdən də xalq tərəfindən çox sevilmişdir. Elvis Presley mahnını ilk dəfə 1956 – cı il 9 sentyabrda The Ed Sullivan Show – da ifa etmiş, qısa müddət sonra mahnı sinqı şəklində satışa çıxarılmış, bir ay sonra isə Love Me Tender filmi çəkilmişdir. Sinqlın çıxarıldığı gün RCA Records şirkəti daha bir milyon sifariş almış və mahnı görünməmiş uğur qazanmışdır. Love Me Tender filmini çəkən 20th Century Fox şirkəti əvvəlcə filmi "The Reno Brothers" adlandırmaq istəsədə, sonra mahnının qazandığı böyük uğuru görüb filmi "Love Me Tender" adlandırmışdır. Elvis Preslidən sonra mahnı 1967-ci ildə Riçard Chamberlain və 1967-ci ildə Percy Sledge tərəfindən də ifa edilmişdir.

tender sözünün leksik mənası və izahı

  • 1 is. [ing.] 1. Təklif, arzu. 2. Müsabiqə (təkliflər müsabiqəsi).

    Azərbaycan dilinin izahlı lüğəti / tender
  • 2 is. [ing.] Paravozun su, yanacaq saxlanılan hissəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / tender
  • 3 Satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların yazılı təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqə

    Terminlər lüğəti / tender
  • 4 is. [ing. tender "təklif"] Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və az xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin (bir neçəsinin) seçilərək, həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə. □ Açıq tender — dövlət ərazisində və ya beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitəsilə elan edilən tender predmeti üzrə potensial iddiaçıların əksəriyyətinin iştirak imkanı təmin edilən tender. Açıq tender elan olundu. "Respublika" qəzeti, 09.02.14.; Qapalı tendertender keçirənin qabaqcadan müəyyənləşdirdiyi məhdud sayda potensial iddiaçılar arasında keçirilən tender; tender komissiyası — iddiaçıların ilkin təsnifatını hazırlayan, tenderə təqdim olunmuş təklifləri müqayisə və təhlil edən, qiymətləndirən və qalibi müəyyənləşdirən müvəqqəti qurum.

    Yeni sözlər və yeni mənalar lüğəti / tender
  • 5 ing. tend – xidmət etmək 1) əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması; 2) reklam ilə bağlı olan hər hansı bir layihənin həyata keçirilməsi hüququ (reklam kompaniyasının təşkili, ən yaxşı əmtəə nişanının hazırlanması və i. a.); 3) təklif, arzu; 4) müsabiqə (təkliflər müsabiqəsi); 5) açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması; 6) qiymətli kağızlara abunə haqqında, kontrakt bağlamaq, yaxud mal göndərmək haqqında yazılı təklif, sifariş; 7) rəqiblərin təklif etdiyi qiymətlərdən asılı olaraq istehsalçının öz əmtəəsinə təklif etdiyi qiymət.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / tender

tender sözünün sinonimləri (yaxın mənalı sözlər)

tender sözünün rus dilinə tərcüməsi

  • 1 1 I сущ. тендер: 1. ж.-д. вагон специальной конструкции, сцеплённый с паровозом и предназначенный для хранения запасов воды, топлива и размещения вспомогательных устройств 2. морск. одномачтовый военный корабль парусного флота 3. морск. одномачтовая парусная спортивная яхта II прил. тендерный. Tender tormozu тендерный тормоз 2 экон. I сущ. тендер (торги; особая форма выдачи заказов на поставку товаров или подрядов на выполнение определённых работ, которая предполагает привлечение предложений от нескольких поставщиков или подрядчиков с целью обеспечения наиболее выгодной коммерческой сделки). Açıq tender открытый тендер, tender elan etmək объявить тендер, tenderin qalibi победитель тендера II прил. тендерный. Tender komissiyası тендерная комиссия, tender sənədləri тендерная документация

    Azərbaycanca-rusca lüğət / tender

tender sözünün ləzgi dilinə tərcüməsi

"tender" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tender nədir? #tender sözünün mənası #tender nə deməkdir? #tender sözünün izahı #tender sözünün yazılışı #tender necə yazılır? #tender sözünün düzgün yazılışı #tender leksik mənası #tender sözünün sinonimi #tender sözünün yaxın mənalı sözlər #tender sözünün əks mənası #tender sözünün etimologiyası #tender sözünün orfoqrafiyası #tender rusca #tender inglisça #tender fransızca #tender sözünün istifadəsi #sözlük