Tərtər sözü azərbaycan dilində

Tərtər

Yazılış

  • Tərtər • 99.7656%
  • TƏRTƏR • 0.1799%
  • TərTər • 0.0385%
  • tərtər • 0.0161%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağkənd (Tərtər)
Ağkənd, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi adlandırılmışdır.Ağkənd kəndi İncəçayın sahilindədir. XX əsrin 20-ci illərində bir qədər yerini dəyişdiyindən Təzəkənd də adlanıb.
Bayandur (Tərtər)
Bayandur — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Bayandur Tərtər rayonunun Səhlaabad inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmış Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933-cu ildə Bərdə rayonunun Xoruzlu və Güloğlular inzibati ərazi vahidilərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır. == Tarixi == Bayandur kəndi 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra Laçının Bayandur və Minkənd kəndlərindən köçüb gələn bayandur tayfasından olanlar tərəfindən salınmışdır. Amma bu tayfadan olanlar artıq 1905-ci ildən Tərtərə köçməyə başlamışdılar. 1920-ci ildəki köç zamanı tayfa təmsilçiləri içərisində yaranan bölünmə nəticəsində Tərtər çayının hər iki sahilində yurdlar salınmışdır.
Borsunlu (Tərtər)
Borsunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.İncəçay (Kürün sağ qolu) sahilində, düzənlikdədir. Etnotoponimdir. == Mədəniyyəti == Əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər. Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir. Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər. == Coğrafiyası və iqlimi == Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. == Əhalisi == Kənddə 300-ə yaxın ailə yaşayır,1500-ə yaxın əhalisi var.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Düyərli kəndi Qarabağ düzündədir.
Dəmirli (Tərtər)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Erməni silahlı qüvvələrinin işğalı altındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Dəmirçilər (Tərtər)
Dəmirçilər — Azərbaycan Respublikasının Tərtər rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Dəmirçilər Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermış erməniazərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş ailələr salmışdılar. Yaşayış məntəqələri dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur. "Xan arxı" adlanan məşhur arx Dəmirçilər kəndini iki hissəyə bölür - rəmə məhəlləsi və aşağı məhəllə. Deyilənə görə bu arxı Qarabağ xanı İbrahimxəlil xan çəkdirib. Kəndi Tərtər-Goranboy magistral yolundan 5 km-lik məsafə ayırır. Dəmirçilər kəndi düzən ərazidə yerləşir, lakin buradan Murovdağın zirvəsi açıq-aydın görünür.
Evoğlu (Tərtər)
Evoğlu — Azərbaycan Respublikasının Tərtər rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Qarabağ düzündədir. Etnotoponimdir. Səlcuq oğuzlarının ivə/yivə tayfa adından və etnonim yaradıcılığında iştirak edən oğlu (nəsli) komponentindən ibarətdir. 1823-cu ilə aid bir sənəddə yalnız Ağdam rayonundakı Evoğlu kəndinin adı çəkilir və bildirilir ki, bu nəsil Qaradağlı tayfasına mənsubdur. Qaradağlılar isə kəngərlilərin qaraxanlı tayfasının bir qoludur. Bu sənədə əsasən məlum olur ki, Tərtər rayonundakı Evoğlu kəndini sonralar Ağdamın eyniadlı kəndindən köçmüş ailələr salmışlar. Vaxtilə qızılbaşlar, sonralar isə Şahsevən tayfa birləşməsinə daxil olan evoğlular Səfəvilər dövlətinin siyasi və ictimai həyatında müəyyən rol oynamışlar. Odur ki, hazırda Cənubi Azərbaycanın Xoy Şəhristanında 32 kəndi əhatə edən Evoğlu dehistanı mövcuddur.. Evoğlu adının yaranması barədə müxtəlif fərziyələr var.
Hacallı (Tərtər)
Hacallı — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Soyulan kəndi Qarabağ düzündədir.
Həsənqaya (Tərtər)
Həsənqaya — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Həsənqaya kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmış adı Buruc olmuşdur. Yaşayış məntəqələri Həsənqaya adlı yerdə salındığına görə belə adlandırılmışdır. == Tarixi == Həsənqaya kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənqaya kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı erməni işğalçılarından azad edilib. 2008-ci ilin mart ayında Erməni silahlı qüvvələri 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsini pozması nəticəsində bu kənd istiqamətində də şiddətli döyüşlər olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusunun işğal etdikləri bəzi hərbi mövqeləri azad etmişlər. Müdafiə nazirliyinin məlumatına görə yaranmış hərbi münaqişə nəticəsində dörd azərbaycanlı əsgər şəhid olub və 12 erməni əsgər öldürülüb.
Kəbirli (Tərtər)
Kəbirli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı ilə Tərtər rayonunun Kəbirli kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü. Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir.Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur. Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur. Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b. Digər məlumata görə Kəbir eli Qərvəndli Kəbirlisi və Xoruzlu Kəbirlisinə ayrılır.
Kəngərli (Tərtər)
Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Tərtər rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Oykonimlər peçeneqlərin tərkib hissəsi olan qədim türk mənşəli kəngərli tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, eramızın əvvəllərində Hündürlüyüların tərkibində Cənubi Qafqaz ərazisinə gəlmiş kəngərlər Azərbaycan ərazisində əsasən iki zonada — Naxçıvanda və Azərbaycanın qərbində məskunlaşmışlar. V əsrə aid mənbədə kəngərlərin Ermənistan-Albaniya sərhədində, Albaniyanın q. sərhədində və indiki Qukasyan (Ermənistan) ərazisində yaşamaları göstərilir. Kəngərlər Ermənistan ərazisindəki Kəngər dağları (hazırda Qukasyan rayonu ərazisində Kəngərdağ adlı dağ var) ətrafından Kür vadisinə — Kəngər əyalətinə gəlmişlər. VII əsr erməni mənbəyinə əsasən, İberiyada (güman ki, Albaniyanın Gürcüstanla sərhədində) Kəngər əyaləti olmuşdur. Erkən orta əsrlərdə həmin zonada yaşayan qazaxların tayfa birliyinə kəngərli tirəsi də daxil idi.
Marağa (Tərtər)
Şıxarx (əvvəlki adları: Marağa; Marağaşen; Marquşavan; Leninavan) — Azərbaycan Respublikasının Tərtər rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Leninavan qəsəbəsi Şıxarx qəsəbəsi adlandırılmışdır. == Toponimikası == 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq "Marağa" adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi" deməkdir) olmuşdur. 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar kənd ərazisində abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər. 1992-ci ildə kəndə ərazidəki Şıx arxının adı verildi.
Ortakənd (Tərtər)
Ortakənd — Azərbaycan Respublikasının Tərtər rayonunun Ortakənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Hazırda erməni silahlı qüvvələrinin işğalı altındadır.
Qazyan (Tərtər)
Qazyan — Azərbaycan Respublikasının Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. "Kitabi Dədə Qorqudda qazi — ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Azərbaycan ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır.Qazyan coğrafi adının mənası belədir: an — məkan, yurd, oba adını bildiririr. “Qazi” isə tayfa adıdır, yəni “qazi” tayfalarının yaşadığı yer mənasını verir. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qırmızıkənd (Tərtər)
Qırmızıkənd — Tərtər rayonunda kənd. Kəndin adına heç bir rəsmi sənəddə rast gəlinmir. Kəndin ləğv edildiyi ya da adının dəyişdirildiyi ehtimal olunur.
Tərtər
Tərtər (əvvəlki adı: Mirbəşir) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati mərkəzi. 1949-cu ildə rayon tabeli şəhər statusu almışdır.. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonunun Mirbəşir şəhəri Tərtər şəhəri adlandırılmışdır. == Tarixi == Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. Orta əsrlərdə Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. IX–XIII əsrlərdə cənubi rus çöllərində və Şimali Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280–1323-cü illərdə Bulqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur[mənbə göstərin].
Poladlı (Tərtər)
Poladlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Mamırlı kənd inzibati ərazi dairəsində kənd.
Qanlıgöl (Tərtər)
Qanlıgöl - Tərtər rayonunda göl adı. Geşişdağın çənub-qərb yamaçında (2070 m) yerləşir.
Qapanlı (Tərtər)
Qapanlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. == Tarix == II Qarabağ müharibəsindən əvvəl Qarabağdakı Ermənistan Silahlı Qüvvələri Qapanlı kəndi istiqamətində atəşkəsi tez-tez pozurdu. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qaradağlı (Tərtər)
Qaradağlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaradağlı kənd inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır. == Əhalisi == === Şəhidləri === 1.Yaşar Mikayıl oğlu Quliyev (şəhid olub) 2.Qaraş Yusif oğlu İbrahimov (şəhid olub) 3.Sərdar Nazim oğlu Ələkbərov (itkin düşüb) 4.Xəqani Cəfər oğlu Alıquliyev(şəhid olub) 5.Siyavuş Musa oğlu Qaçayev (şəhid olub) 6.Firuz baxış oğlu Mustafayev(şəhid olub) 7.Atəş Əjdər oğlu Əsədov (şəhid olub) 8.Maarif İbrahim oğlu Abbasov (şəhid olub) 9.Aslan Xankişi oğlu Bayramov(şəhid olub) 10.Elbrus Əli oğlu Qaşayev (şəhid olub) 11.
Qaynaq (Tərtər)
Qaynaq — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qazaxlar (Tərtər)
Qazaxlar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kənd Goranboyun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. == Tarixi == Kənd 1992-ci ildə erməni silalı qüvvələri tərəfindən işğal olunub. Kənd döyüşlər zamanı erməni artilleriyası tərəfindən təmamilə dağıdılaraq yaşanmaz hala gətirilib. 2 aprel 2016-cı il tarixdə Qazaxlar kəndi Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı erməni işğalçılarından tam təmizlənib. == Əhalisi == Qazaxlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır. Bu kəndin sakinləri hazırda Tap Qaraqoyunluda məskunlaşıblar.
Qızıloba (Tərtər)
Qızıloba (əvvəlki adı: Qarmiravan) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Ağdərə şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Qarmiravan kəndi Qızıloba kəndi adlandırılmışdır. == Tarixi == Qızıloba kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qızıloba kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Qızıloba kəndi Ermənistan işğalçı qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı təmas xəttində yerləşir, hal-hazırda kənddə yaşayış yoxdur.
Sarıcalı (Tərtər)
Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. == Həmçinin bax == Zolgəran == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
95 saylı Tərtər seçki dairəsi
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi
Bala Kəngərli (Tərtər)
Bala Kəngərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bala Kəngərli Tərtər rayonu-nun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kicik olduğuna görə belə adlandırılmışdır. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kicik hissəsi" deməkdir. == Əhalisi == Əhalisinin sayı 600 nəfərdir.
Cümə məscidi (Tərtər)
Cümə məscidi — Tərtər şəhərinin mərkəzində yerləşən məscid. Cümə məscidi 1905-ci ildə memar Mir Möhsüm tərəfindən inşa edilib. Məscidin uzunluğu 21, eni 18 metrdir. İki minarəsi, bir ibadət zalı, ikinci mərtəbədə isə kiçik zalı və iki otağı mövcuddur. Məscidin 3 sot həyətyanı sahəsi vardır.
Goranboy-Ağdam-Tərtər seçki dairəsi
Müqəddəs Yelisey monastırı (Tərtər)
Müqəddəs Yelisey kompleksi (erm. Եղիշէ Առաքեալի վանք) — Murovdağın ətəyində, Tərtər rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən tarix-memarlıq kompleksi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kompleksə daxil olan ilk tikililərin inşası Qafqaz Albaniyasının Arşakilər sülaləsindən olan hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlıdır. Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində bu monastır haqqında deyilir: Həmin məlumatdan aydın olur ki, məbəd Ners-Mihr qardaşlığında mnsub olmuş, sonradan Qafqaz Albaniyasında xristianlığı təbliğ edərkən həlak olmuş müqəddəs həvari Yeliseyin qalıqlarının bir hissəsinin Tərtər rayonunun Talış kəndindəki Ürəkvəng monastırından buraya köçürülməsindən sonra monastır Müqəddəs Yelisey monastırı adlanrırılmışdır.Monastır kompleksinin əsas kilsə binası 1264-cü ildə köhnə kilsənin daşlarının istifadə edilməsi ilə yenidən inşa olunmuşdur. Kilsənin divarındakı inşaat kitabəsində deyilir: "Mən, arxidyakon Serob, bu müqəddəs yerdə köhnə təməl üzərində müqəddəs həvarinin şərəfinə kilsə inşa etdim. İl 704 (1264)" == Memarlıq xüsusiyyətləri == Monastır kompleksi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Monastırın yerləşdiyi təpənin ətrafı sıldırım qayalar və sıx meşəliklə əhatə olunmuşdur ki, bu da abidəyə yaxınlaşmanı mürəkkəbləşdirir. Təpənin kompleks yerləşən cənub tərəfi vertikal qayalıq şəklində formalaşıb, digər üç tərəfdən isə təpə möhkəm qala divarları ilə əhatə olunub.Kompleksə kafedral kilsə, yeddi sovməə, qədim məzarlıq və digər dağılmış tikililər daxildir. Abidədə ilkin tədqiqat işləri aparmış M. Barxudaryanın sözlərinə görə, tağlı zal formasına malik olan kilsə "…çox qədim dövrə aiddir, onun memarlığı sadə, hündürlüyü qeyri-adi yüksəkliyə malik, üslubu isə zövqsüzdür." === Müqəddəs Yelisey kilsəsi === Əsrlər boyunca monastırın başkilsəsi müxtəlif inşaat və yenidənqurma işlərinə məruz qalmışdır.
Qarabağ müharibəsi memorialı (Tərtər)
Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən Talış kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan memorial kompleksi. 1990-cı illərdə ucaldılan memorial həmçinin, İkinci Dünya müharibəsində həlak olan erməni əsilli döyüşçülər üçündür. == Tarixi == Qarabağ müharibəsi memorialı Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən 1990-cı illərdə ucaldılmışdır. Memorial kompleksi ümummilli əhəmiyyətli abidə kimi Qondarma DQR-nın daşınmaz tarix və mədəniyyət abidələri siyahısına "062" nömrəsi altında daxil edilmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başladılmışdır. Azərbaycan hərbçiləri 3 oktyabr tarixində Tərtər rayonunun Talış kəndini tamamilə işğaldan azad etmişdir. Döyüşlər zamanı memorial dağılmışdır. == Təsviri == Memorial kompleksinin hündürlüyü 48 metr, eni 38 isə metrdir. Memorial 3 hissədən – iki qartal heykəlindən, daşlardan və İkinci Dünya müharibəsində həlak olan Talış kəndi sakinləri üçün xatirə lövhəsindən ibarətdir.
Quba Bağlarında və Tərtərçay Vadisində (1949)
== Məzmun == Mənzərə filmidir. Azərbaycanın zəngin təbiəti və bəhərli bağları ilə tamaşaçıları tanış edir.
Quba bağlarında və Tərtərçay vadisində (film, 1949)
== Məzmun == Mənzərə filmidir. Azərbaycanın zəngin təbiəti və bəhərli bağları ilə tamaşaçıları tanış edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 111.26 dəfə / 1 mln.
2002 3.43
2003 ••••• 46.85
2004 ••••••••• 87.93
2005 •••• 35.76
2006 •••••• 59.46
2007 •••••••• 75.06
2008 ••••••••••• 110.36
2009 •••••••• 77.75
2010 •••••••• 82.51
2011 •••••••••• 96.43
2012 ••••••••• 92.76
2013 ••••••••• 84.61
2014 •••••••• 83.06
2015 ••••••••••• 112.79
2016 •••••••••••••••••••• 207.90
2017 ••••••••••••••••••• 194.29
2018 •••••••••••••••••• 179.34
2019 •••••••••••••• 141.73
2020 ••••••••••••••• 149.98

"tərtər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tərtər nədir? #tərtər sözünün mənası #tərtər nə deməkdir? #tərtər sözünün izahı #tərtər sözünün yazılışı #tərtər necə yazılır? #tərtər sözünün düzgün yazılışı #tərtər leksik mənası #tərtər sözünün sinonimi #tərtər sözünün yaxın mənalı sözlər #tərtər sözünün əks mənası #tərtər sözünün etimologiyası #tərtər sözünün orfoqrafiyası #tərtər rusca #tərtər inglisça #tərtər fransızca #tərtər sözünün istifadəsi #sözlük