* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Ayrı-ayrı hissələri, şeyləri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, düzəltmə, yaratma. Dərsliyin tərtibi. Smeta tərtibi. Lüğət tərtibi. – İş məntəqələri, zavodlar, sexlər, emalatxanalar öz planlarını gözdən keçirir, yeni planlar tərtib edirdilər. Ə.Sadıq. 2. Təşkil, təşkil etmə, yaratma, düzəltmə (qrup, kollektiv). Bir neçə adamdan ibarət xor tərtib etmək. Yeni hökumət tərtib etmək. // Hazırlamaq, düzəltmək. Böyük bir ziyafət tərtib etdilər. 3. bax tərtibat 1-ci mənada. 4. Səliqə, səliqə-sahman, qayda, üsul, nizam. [Muzdur] …ağ pal-paltarı öz tərtib və səliqəsilə bir-birinin üstünə [yığdı]. S.M.Qənizadə. □ Tərtibə salmaq – qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq. İzin olsa, məhəbbətlə deyərdim sənə, saqi! Sal məclisi tərtibə səbəbkar gəlincə. Ə.Vahid. 5. Yazma, inşa. □ Tərtib etmək – yazmaq, inşa etmək. Nemətullayev hər haqq-hesabı düzgün saxladığından nəticədə təftiş komissiyası gözəl bir akt tərtib edər və burada Nemətullayevin mükafatlanmasını irəliyə sürərdi. S.Rəhimov. 6. mətb. Çap üçün mətbəə şriftlərinin bir yerə gətirilərək düzülməsi, yığılması, mürəttib işi; mürəttiblik.
Azərbaycan dilinin izahlı lüğəti / tərtib2 ə. 1) sıraya düşmə; sıralama; 2) tədarük etmə; hazırlama; 3) dağınıq hissələri bir yerə toplayıb sistemə salma; 4) üsul, nizam, qayda, tərz; 5) plan, sistem; 6) dəstə, sinif, fəsil; 7) xəstəni müalicə etmək üçün işlədilən dərman və müalicə üsulu; 8) mətbəə şriftlərini sütun və səhifə şəklinə salma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tərtib3 1) ayrı-ayrı hissələri, şeyləri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, düzəltmə, yaratma. Məsələn, dərsliyin tərtibi, smeta tərtibi, lüğət tərtibi; 2) təşkil, təşkil etmə, yaratma, düzəltmə (qrup, kollektiv), hazırlama; 3) səliqə, səliqə-səhman, qayda, üsul, nizam; 4) yazma, inşa etmə; 5) çap üçün mətbəə şriftlərinin bir yerə gətirilərək düzülməsi, yığılması, mürəttib işi; mürəttiblik; 6) riyazi obyektin ədəbi xarakteristikası.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / tərtib1 1. составление, оформление; 2. порядок, расположение, устройство;
Azərbaycanca-rusca lüğət / tərtib2 сущ. 1. составление (создание, написание путём подбора и объединения каких-л. материалов, данных). Lüğətin tərtibi составление словаря, qrafikin tərtibi составление графика, planın tərtibi составление плана, cədvəlin tərtibi составление расписания 2. формирование (организация, составление, создание какого-л. коллектива, учреждения, органа). Yeni hökumətin tərtibi (təşkili) формирование нового правительства, şöbənin tərtibi формирование сектора 3. оформление (то, что составляет внешнюю сторону чего-л. – совокупность рисунков, шрифтов и т.п. книги или декорации и костюмы спектакля). Səhnənin tərtibi оформление сцены, kitabın tərtibi оформление книги 4. набор (составление из типографических литер какого-л. текста); tərtib etmək: 1. составлять, составить. Qrafik tərtib etmək составить график, siyahı tərtib etmək составить список, protokol tərtib etmək составить протокол; 2. формировать, сформировать. Yeni hökumət tərtib etmək сформировать новое правительство; 3. оформлять, оформить (придать чему-л. окончательную или необходимую форму). Divar qəzeti tərtib etmək оформить стенную газету, tamaşanı tərtib etmək оформить спектакль; 4. типогр. набирать, набрать (составить из типографических литер какой-л. текст); tərtib olunmaq: 1. составляться, быть составленным; 2. формироваться, быть сформированным; 3. оформляться, быть оформленным; 4. типогр. набираться, быть набранным
Azərbaycanca-rusca lüğət / tərtib1 i. composition; (kitab, lüğət və s.) compiling; (plan) working out, drawing up; ~ etmək 1) to put* together (d.), to make* up (d.); 2) (müəllifi olmaq) to compose (d.), to compile (d.); lüğət ~ etmək to compile a dictionary; plan ~ etmək to work out / to draw* up / to make* a plan; protokol ~ etmək to draw* the record, to draw* up the statement of the case; siyahı ~ etmək to make* a list; 3) (düzəltmək) to constitute (d.), to form (d.), to make* up (d.); cümlə ~ etmək to form / to construct a sentence; tənlik ~ etmək to work out an equation; cədvəl ~ etmək to make* / to draw* up a table / schedule
Azərbaycanca-ingiliscə lüğət / tərtib1 is. composition f, assemblage m ; (plan) élaboration f, rédaction f ; ~ etmək 1) former vt ; 2) composer vt, rédiger vt
Azərbaycanca-fransızca lüğət / tərtib1 [ər.] сущ. 1. туькӀуьрун, тартиб авун (ччара-ччара паяр, затӀар хкяна сад-садахъ гилигна сагъ са затӀ авун, расун, арадал гъун); 2. тешкил авун, туькӀуьрун (мес. хор); гьазурун; 3. кил. tərtibat 1); 4. селигъа, къайда, низам; tərtibə salmaq селигъада ттун, къайдада ттун; 5. кхьин; tərtib etmək тартиб авун, кхьин (мес. акт); 6. типографияда шрифтар дуьзмишна кӀватӀун, наборщикдин кӀвалах; наборщиквал.
Azərbaycanca-ləzgicə lüğəti / tərtib