Sərvər sözü azərbaycan dilində

Sərvər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Sərvər • 97.1739%
  • SƏRVƏR • 1.5217%
  • sərvər • 1.3043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sərvər Abdinov
Sərvər Ceparov
Sərvər Ceparov (3 oktyabr 1982, Çirçik[d], Daşkənd vilayəti) — Özbəkistan futbolçusu. Asiyanın ən yaxşı futbolçusu (2) — 2008; 2011 Bahodir Nasimovun komanda yoldaşı ilin futbolçusu seçildi.
Sərvər Mehrəliyev
Sərvər Həşdər oğlu Mehrəliyev (6 fevral 1957, Zəngilan rayonu – 4 may 2017, Bakı) — polis general-mayor. Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Sərvər Qəniyev
Sərvər Soltan oğlu Qəniyev (5 avqust 1937, Bakı – 5 sentyabr 2010, Ankara) — Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti (1982). Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır. 1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir. Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.
Sərvər İbrahimov
Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa, DQMV – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000). Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır. Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir. 1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir. Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sərvər Şahbəyli
Sərvər Şahbəyli — Azərbaycan aktyoru, ssenaristi, nəğməkar şairi. Sərvər Şahbəyli 15 aprel 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1979-cu ildə Ağsuda 1 saylı orta məktəbi, 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışmışdır. 1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak etmişdir. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərmişdir. 1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərmişdir. Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərmiş, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunmuşdur. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlamışdır.
Sərvər Əliyev
Sərvər Bəhlul oğlu Əliyev (d. 22 yanvar 1966) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015), İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru (2017-ci ildən). Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980–1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb. İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən Nəsir Sadıqzadə Nazim Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edir.
Sərvər Mustafayev
Sərvər Rüstəm oğlu Mustafayev (krımtat. Server Rustem oğlu Mustafayev, Сервер Рустем огьлу Мустафаев; 5 may 1986) — Krım tatar hüquq müdafiəçisi, vətəndaş jurnalist, “Krım Həmrəyliyi” vətəndaş cəmiyyəti təşkilatının koordinatoru. Sərvər Mustafayev 1986-cı il mayın 5-də Səmərqənd rayonunun Ziədin kəndində anadan olub. Bir müddət sonar o, ailəsi ilə birlikdə Krıma qayıdaraq Bağçasarayda məskunlaşıb. 2002-ci ildə məktəbi, 2006-cı ildə Baxçasaray İnşaat Texnikumunu (avadanlıq və qaz təchizatı sistemlərinin istismarı üzrə kiçik mütəxəssis) bitirmişdir. 2006-2012-ci illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetində təhsil alıb. Elə orda istilik və qaz təchizatı və ventilyasiya ixtisası üzrə magistratura pilləsini bitirib. Bir neçə il müxtəlif özəl müəssisələrində çalışmış, eyni zamanda Baxçasaray şəhərində aktiv ictimai fəaliyyətə rəhbərlik etmişdir. 2014-cü ildə yarımadanın Rusiya tərəfindən ilhaqından sonra o, fəaliyyəti Krımda siyasi məhbus ailələrinə hüquqi, maddi və informasiya yardımı göstərməyə yönəlmiş Krım Həmrəyliyi təşkilatına qoşulub. 2018-ci il mayın 21-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Mustafayevin evində axtarış aparıb.

sərvər sözünün leksik mənası və izahı

sərvər sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. 1. глава, хозяин, владелец 2. обращение к человеку как предмету восхищения и обожания

    Azərbaycanca-rusca lüğət / sərvər

sərvər sözünün ləzgi dilinə tərcüməsi

"sərvər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sərvər nədir? #sərvər sözünün mənası #sərvər nə deməkdir? #sərvər sözünün izahı #sərvər sözünün yazılışı #sərvər necə yazılır? #sərvər sözünün düzgün yazılışı #sərvər leksik mənası #sərvər sözünün sinonimi #sərvər sözünün yaxın mənalı sözlər #sərvər sözünün əks mənası #sərvər sözünün etimologiyası #sərvər sözünün orfoqrafiyası #sərvər rusca #sərvər inglisça #sərvər fransızca #sərvər sözünün istifadəsi #sözlük