* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. tar. Keçmişdə: bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim. Qafqaz sərdarı. – [Vəkillər] …bu ərizələri və siyahıları makinada səliqə ilə çap eləyib, gətirib qoymuşdular sərdarın qabağına. C.Məmmədquluzadə. Gorus naçalnikindən başlayıb, Gəncə qubernatından ötüb, Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. S.Rəhimov. 2. Başçı. [Koroğlu Eyvaza:] Səni Çənlibelə özümə oğul, dəlilərə sərdar eləməyə aparıram. “Koroğlu”. // məc. Obrazlı təşbehlərdə. Gözəllər sərdarı. – Hüsnün sərəsgəri, vəslin sərdarı; Haşa gələ bu sığnağın üstünə. Q.Zakir. Sən ey gül fəslinin dildarı lalə; Yaşıl çəmənlərin sərdarı lalə! N.Rəfibəyli.
Azərbaycan dilinin izahlı lüğəti / sərdar3 f. 1) komandan; baş komandan; 2) canişin.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sərdar2 сущ. устар. 1. наместник (правитель окраинных областей, обладавший правами верховной власти). Qafqazın sərdarı наместник Кавказа 2. полководец (крупный военачальник)
Azərbaycanca-rusca lüğət / sərdar1 [fars.] сущ. сердер (1. ист. виликра пачагьдин тӀварцӀелай са вилаят идара авунин кьетӀен ихтияр ганвай чӀехи гьаким; 2. кьиле авайди, кьил, чӀехиди; // пер. тешпигьра: gözəllər sərdarı гуьзелрин сердер).
Azərbaycanca-ləzgicə lüğəti / sərdar