Sərdara sözü azərbaycan dilində

Sərdara

Yazılış

  • Sərdara • 72.0000%
  • sərdara • 28.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Armudlu (Sərdarabad)
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == === Böyük Armudlu === Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur. === Kiçik Armudlu === Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi.
Cəfərabad (Sərdarabad)
Cəfərabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Tarixən burada azərbaycanlılar yaşamışdır. Toponim Cəfər şəxs adı ilə fars dilindən Azərbayca dilinə keçən abad sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getaşen (Çaykənd) qoyulmuşdur. == Əhalisi == Kəndə ermənilər, əsasən, 1917-1918-ci illərdə Türkiyənin Xoy, Sürməli, Muş vilayətlərindən köçürülmüşdür.
Fəthabad (Sərdarabad)
Fəthabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Hacı Bayram (Sərdarabad)
Hacı Bayram — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km qərbdə, Araz çayının yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hacı Bayram qışlağı" formasında, Qafqazın 5 verstlik xəritəsində "Hacı Bayram" kimi qeyd edilmişdir. Kənd Hacı Bayram adlı şəxs tərəfindən salınmış, ona görə də Hacı Bayram kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur. == Toponimi == 1728-ci ildən mə’lumdur. Mənbədə kəndin həm də Qaraqışlaq adlanması göstərilir. 1918–1919-cu illərdə ermənilər də yerləşdirilmişdir. 1935-ci ildə kənd Baxçalar, 1968-ci ildə ermənicə Baqaran adlandırılmışdır.
Keçili (Sərdarabad)
Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədən mə’lumdur Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[170, 3].
Qamışlı (Sərdarabad)
Qamışlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1590-cı ilə aid mənbədə Rəvan əyalətinin Sürməli nahiyəsində Qamışlı kəndi qeyd olunur. 1918-ci ildə kənddən əhali qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Tsartonk adlandırılmışdır. 1728-ci ilə aid mə'lumatda Kamişli kimidir . Həmin mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Kamişlu kəndinin də adı çəkilir . Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində işlənən qamış bitki adına -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir.
Qaraqala (Sərdarabad)
Qaraqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. == Tarixi == Qaraqala İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd olmuşdur. 30 - cu illərdə ləğv edilmişdir. Toponim Azərbaycan dilində rəng mənasında işlənən qara sözü ilə ərəb dilindən dilimizə keçən qala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Quzugüdən (Sərdarabad)
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır". Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında, Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında qeyd edilmişdir. == Toponimi == Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.
Sərdarabad
Sərdarabad (kənd) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Sərdarabad (şəhər) — İndiki Ermənistanda şəhər. Sərdarabad rayonu — İndiki Ermənistanda inzibati rayon. 9 sentyabr 1930 - cu ildə yaradılmışdır. Sərdarabad mahalı — XVIII ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri. Sərdarabad (Komican) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. Sərdarabad (Bukan) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. Sərdarabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda qala. Qala İrəvan xanı tərəfindən tikilmişdir.
Sərdarabad (Bukan)
Sərdarabad (fars. سرداراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 372 nəfər yaşayır (66 ailə).
Sərdarabad (Komican)
Sərdarabad (fars. سردراباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 6 ailədə 12 nəfəri kişilər və 14 nəfəri qadınlar olmaqla cəmi 26 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Sərdarabad (Kəleybər)
Sərdarabad (fars. سرداراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 429 nəfər yaşayır (82 ailə).
Sərdarabad (kənd)
Sərdarabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim "bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncamı vermək hüququqna malik olan hakim" mənasında işlənən sərdar sözü ilə abad sözünün birləşməsindən əmələ gəlib, "Sərdarın abad etdiyi, saldığı kənd" mənasını verir. Toponimin tərkibindəki "sərdar" İrəvan xanının adını əks etdirir. Həmin ərazi İrəvan xanının mülkü olmuşdur. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Sərdarabad (şəhər)
Sərdarabad (1995-ci ildən Armavir erm. Արմավիր) — Ermənistanda şəhər və Armavir mərzinin inzibati mərkəzi. Sərdarabad şəhəri bir neçə mühüm avtomobil yolunun qovşağında yerləşir. 1947-ci ildən respublika tabeli şəhərdir. == Tarixi == Sərdarabad şəhəri ərazisi keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu rayonunda yerləşmişdir. Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə şəhərin adı dəyişdirilərək "Oktemberyan" (1917-ci il Oktyabr inqilabının şərəfinə), Ermənistan Respublikası prezidentinin 7 noyabr 1995-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək "Armavir" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin mərkəzidir. == Etimologiyası == "Sərdarabad" toponimi "bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim" mənasında işlənən "sərdar" sözü ilə "abad" sözünün birləşməsindən əmələ gəlib "Sərdarın abad etdiyi, saldığı kənd" mənasını verir. Toponimin tərkibindəki "sərdar" və "abad" ifadəsi kəndin İrəvan xanı tərəfində inşa edildiyini göstərir. Həmin ərazi İrəvan xanlarının mülkü olmuşdur.
Sərdarabad döyüşü
Sərdarabad döyüşü (erm. Սարդարապատի ճակատամարտ; türk. Sardarapat Savaşı) — Birinci Dünya müharibəsi gedişində 21—28 may 1918-ci il tarixində erməni daimi ordusu və könüllülərlə Osmanlı ordusu arasında Sərdarabad dəmiryol stansiyası yaxınlığında (Sovet dönəmində Oktemberyan, hazırd isə Armavir) baş vermiş döyüş. Bəzi ermənipərəst qüvvələr döyüşü qondarma erməni soyqırımının bir parçası hesab edirlər. Britaniya tarixçisi Kristofer Uolkerin sözlərinə görə əgər ermənilər bu döyüşü uduzduqları təqdirdə onların dövlət qurması mümkünsüz ola bilərdi == Türk ordusunun hücumu == Rusiyanın Birinci dünya müharibəsində məğlubiyyətdən sonra işğal olunmuş şərqi Osmanlı torpaqlarında ordusunu geri çəkmək məcburiyyətində qalır. Geri çəkilərkən öz silahlarının bir hissəsini ermənilərə verirlər. Türklər itirilmiş torpaqları geri qaytarmaq və ermənilərin türk və müsəlmanlara qarşı soyqırımların qarşısını almaq məqsədi ilə şərqə istiqamətlənirlər. 10 fevral 1918-ci ildən türklər hücuma keçərək aprelin sonlarına qədər Ərzincan, Ərzurum, Sarıqamış, Kars və 15 mayda isə Gümrü şəhərini erməni qüvvələrindən azad edə bilir. Bu zaman erməni korpusu bir necə diviziyadan ibarət idi. Korpusa general Fom Nazarbekyan rəhbərlik edirdi.
Sərdarabad etrapı
Sərdarabad etrapı (türkm. Serdarabat etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi etrap hüquqlu Türkmənabad şəhəridir.
Sərdarabad mahalı
Sərdarabad mahalı — XVIII ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri. Qərbi Azərbaycanda (indiki Ermənistanda) yerləşirdi.İrəvan Rusiya tərəfindən işğal edildikdən sonra 1827-cı ildə xanlıq üsuli-idarəsi ləğv edilmişdir. Bununla bağlı Sərdarabad mahalı ləğv edilmişdir. Sərdarabad mahalına Şəfiabad, Yuxarı Qarxın, Aşağı Qarxın, Türkmənli, Uzunoba, Çubuxçu, İydəli, Canfıda, Quzugüdən, Qurduqulu, Kərim arx, Sərdarabad, Molla Bayazit, Keçili, Evcilər, Xatunarx, Ağcaarx kəndləri daxil idi. «Sərdarabad» adı sonradan - indiki Ermənistan ərzisində sovet hökuməti qurulandan sonra yaradılan Sərdarabad rayon adında öz əksini tapmışdır. Sərdarabad mahalının ərazisi indiki Oktemberyan rayonunun ərazisini əhatə edirdi. == Tarixi faktlar == 1830-cu ildə vilayətin idarəsi erməni D.O.Behbudova (1793-1867) tapşırıldı. 1833-cü ildə iyun ayının 23-də çar hökumətinin qəbul etdiyi əsasnaməyə görə, "Erməni vilayəti" adlandırdıqları İrəvan əraziləri 4 dairəyə bölünür: İrəvan dairəsi. Buraya Dərəçiçək, Qırxbulaq mahalları daxil idi. Şərur dairəsi.
Sərdarabad qalası
Sərdarabad qalası — Sərdarabad mahalının Sərdarabad (03.01.1935-ci ildən Hoktemberyan) rayonu ərazisində türk-müsəlman qalasıdır. İrəvan sərdarı tərəfindən tikildiyi üçün onun şərəfinə Sərdarabad adlandırılıb. Türkiyə sərhəddində yerləşən qala İrəvan şəhərinin qapısı sayıldığından həmişə xarici hücumların əsas zərbəsini öz üzərinə götürüb. XIX əsrdə rusların hücumu zamanı qala zədələnmişdir. 1930-cu il sentyabrın 9-da Sovet hakimiyyəti dövründə mərkəzi Sərdarabad qalası olmaqla Sərdarabad rayonu yaradılmış, 03.01.1935-ci ildə isə adı dəyişdirilərək Hoktemberyan adlandırılmışdır.
Sərdarabad rayonu
Qurduqulu rayonu (1935–1992-ci illərdə Oktemberyan rayonu, 1992–1995-ci illərdə Armavir rayonu) — Ermənistan SSR və Ermənistan Respublikasının ərazisində mövcud olmuş keçmiş rayon. Mərkəzi Sərdarabad şəhəri olmuşdur. == Haqqında == Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Toponim "qurd" türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib "qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd" mənasını ifadə edir.1948-ci ilə dair rəsmi statistikaya əsasən rayonun ərazisi 677 km² olmuşdur. Onun inzibati mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir. Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalını, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasını əhatə etmişdir. Bura Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun adı dəyişdirilərək "Oktemberyan" qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə "Armavir" adlandırılmışdır.
Uzunoba (Sərdarabad)
Uzunoba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Araz çayının sol sahilində yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «geniş, böyük» mənasında işlənən uzun sözü ilə «kənd, yaşayış məntəqəsi, yurd», «köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət yer, köç yeri» mənasında işlənən oba sözünün birləşməsindən əmələ gəlib «böyük, geniş kənd» mənasını ifadə edir. Oba sözü türk dilində «tayfa», «köç ailəsi», «tayfanın yaşadığı yer» mənasında işlənir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
İydəli (Sərdarabad)
İydəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Qurduqulu rayonun tabeliyində olmuşdur. Toponim Azərbaycan dilində işlənən «iydə» bitki adına kəmiyyət bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Pştavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 113 nəfər, 1873 - cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə 706 nəfər, 1904 - cü ildə 880 nəfər, 1914 - cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər, 1918-ci ilin əvvəlində 880 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından deportasiya olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.48
2014 ••••••••••••••• 0.34
2015 •••••••• 0.17

Oxşar sözlər

#sərdara nədir? #sərdara sözünün mənası #sərdara nə deməkdir? #sərdara sözünün izahı #sərdara sözünün yazılışı #sərdara necə yazılır? #sərdara sözünün düzgün yazılışı #sərdara leksik mənası #sərdara sözünün sinonimi #sərdara sözünün yaxın mənalı sözlər #sərdara sözünün əks mənası #sərdara sözünün etimologiyası #sərdara sözünün orfoqrafiyası #sərdara rusca #sərdara inglisça #sərdara fransızca #sərdara sözünün istifadəsi #sözlük